Nida Təhlil
Azərbaycan pandemiyaya qarşı qlobal mübarizənin önündə gedən ölkələrdəndir - Deputat
Azərbaycan COVID-19 pandemiyasına, peyvənd millətçiliyinə qarşı qlobal mübarizənin önündə gedən ölkələrdən biri kimi dəyərləndirilir, bu istiqamətdə irəli sürdüyü təşəbbüsləri dəstəklənir. Respublikamız dəfələrlə açıq şəkildə peyvəndlərin zəngin, imkalı ölkələr tərəfindən ehtiyaclarından daha artıq miqdarda alınması ilə bağlı öz narazılığını bildirib. Prezident İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasındakı çıxışında da “peyvənd millətçiliyi” və peyvəndlərə çıxışla əlaqədar inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında dərinləşən qeyri-bərabərliklə bağlı narahatlığını yenidən vurğulayıb.
Publika.az xəbər verir ki, bu sözləri millət vəkili Rəşad Mahmudov deyib.
Millət vəkili qeyd edib ki, Cənab İlham Əliyev Qoşulmama Hərəkatına sədrliyi dövründə bir sıra qlobal təşəbbüslərin müəllifi kimi böyük nüfuz qazanıb:
“Dövlətimizin başçısının təşəbbüsü ilə gerçəkləşən Qoşulmama Hərəkatının 2020-ci ilin may ayında Zirvə toplantısı, dekabr ayında 150-dən artıq dövlətin dəstəyi ilə gerçəkləşən BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyası, Azərbaycan Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında irəli sürdüyü “Bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi” adlı qətnamənin bu ilin mart ayında yekdilliklə qəbul olunması da bunun bariz ifadəsidir.
Azərbaycan bu gün təkcə beynəlxalq miqyasda deyil, həm də respublika daxilində dünya ölkələrinin əksəriyyətində dərin sosial-iqtisadi tənəzzülə yol açan COVID-19 pandemiyasına qarşı ciddi mübarizə tədbirlərinin həyata keçirilməsində mühüm uğurlar əldə edib.
Ölkəmiz COVID-19-un təsirlərinin azaldılmasına pandemiyanın nəzarətdə saxlanılması, onun qarşısının alınması üçün preventiv və profilaktik tədbirlərin gücləndirilməsi, vaksinasiya prosesinin daha səmərəli, eyni zamanda, sürətlə aparılması, zəruri vaksin təminatının yaradılması ilə nail olub. Bununla bağlı xatırladım ki, respublikamızda cari ilin yanvar ayının ortalarından peyvəndləmə kampaniyasının başlanılıb, hər 100 nəfərə istifadə edilən vaksin dozalarının həcmi 80 faizdən artıq olub, həmçinin bu dəhşətli bəlanın təsirinə məruz qalan əhalinin və sahibkarlıq subyektlərinin dəstəklənməsi üçün sosial-iqtisadi paket reallaşdırılıb.
Həmçinin ölkədə iqtisadi artımın bərpası və sürətlənməsində pandemiya ilə bağlı iqtisadiyyata genişmiqyaslı dəstək proqramları həyata keçirilib. Bu məqsədlə cari il noyabrın 1-dək 243 mindən çox muzdlu işçiyə 250 milyon manatadək vəsait ödənilib, 108 minədək fərdi (mikro) sahibkara 113 milyon manatdan çox maliyyə dəstəyi göstərilib. Məhz bunun nəticəsidir ki, respublikada cari ilin doqquz ayı ərzində ÜDM 4,8 faiz artıb”.
R.Mahmudov qeyd edib ki, belə tədbirlərin bundan sonra da davam etdirilməsi məqsədilə növbəti ilin dövlət büdcəsində 350 milyon manat vəsait nəzərdə tutulub: “Burada onu da bildirmək istərdim ki, cənab İlham Əliyev son illərdə ölkəmizdə səhiyyə xidmətləri çərçivəsində müalicənin hər kəs üçün əlçatan olmasını qarşıya mühüm vəzifə kimi qoyub. Bunun üçün respublikada səhiyyəyə qoyulan investisiyaların həcminin yüksəldilməsini daim diqqətdə saxlayıb.
Son 18 ildə ölkəmizdə 700-dən çox xəstəxana əsaslı təmir olunub. Tibb müəssisələrimiz ən yüksək standartlara uyğun qurulub. Ardıcıl olaraq səhiyyə sisteminin və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində addımlar atılıb. Azərbaycanda hər il 5 milyondan çox insan dövlət hesabına tibbi müayinədən keçib. Respublikamızın son illərdə tibb elminin ayrı-ayrı sahələri ilə bağlı beynəlxalq tədbirlərə evsahibliyi etməsi də səhiyyə sisteminin inkişafına müsbət təsir göstərib.
Tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və əhalinin bu xidmətlərə əlçatanlığının təmin edilməsi məqsədilə ölkəmizdə icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Bu məqsədlə 2016-cı ildə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yaradılıb.
Səhiyyə sahəsində bir sıra dövlət proqramlarının həyata keçirilməsində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da müstəsna xidmətlər göstərib. Fond şəkərli diabet və talassemiya xəstələrinə qulluq və müalicə edilməsi, qanvermə aksiyaları, ana və uşaq sağlamlığının qorunması sahələrində bir çox böyük layihələri gerçəkləşdirib” , - millət vəkili vurğulayıb.
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO