Nida Təhlil
“Böyük sülh sazişinin 3-4 variantı olmalıdır” – Tural Abbaslıdan DETALLAR
2021-ci ilin sonlarında Ermənistanın baş naziri Qarabağın “status” məsələsini dəfn edən bəyanatlarla çıxış etdi. Onun bu son bəyanatları Qarabağda rusiyalı sülhməramlıların ətəkləri altında gizlənən separatçı quldurları və quldurbaşı Araik Arutyunyanı “özündən çıxardı”. Bir çoxları hesab edir ki, Nikol Paşinyan artıq Ermənistanda öz rəqiblərini neytrallaşdırdığı üçün bu qədər rahat danışır. Eyni zamanda Paşinyanın erməni cəmiyyətini sülhə hazırladığını iddia edənlər də var.
Bəs, 2022 Ermənistanla Azərbaycan arasında böyük sülh ili olacaqmı?
Ağ Partiya başqanı Tural Abbaslı Publika.az-a açıqlamasında söyləyib ki, əsas məsələ sülh sazişindən daha çox xalqların bir-birini qəbul etməsi, bir-birinə münasibətinin dəyişməsidir:
“Təkcə kağız üzərində ümumi razılaşmalarla kifayətlənmək olmaz. Bir çox ölkələr var ki, aralarında müqavilələr mövcuddur, bir-birlərinin sərhədlərini, suverenliklərini, ərazi bütövlüklərini tanıyırlar, amma yenə də düşmənçilik münasibətləri davam edir. Aralarında müəyyən qarşıdurmalar yaranır, hətta müharibələr baş verir. Mən düşünürəm ki, ermənilərin təfəkkürü dəyişmədikcə, onların dünyaya, regiona, Azərbaycana, öz ölkələrinə baxışlarında hər hansı müsbət tendensiyalar olmadıqca sözün həqiqi anlamında böyük sülh sazişindən söhbət gedə bilməz. Ümumi anlamda əgər Ermənistanla Azərbaycan arasında hər hansı bir barışıq sənədinin, sülh sazişinin imzalanmasından söhbət gedirsə, təbii ki, bu da mümkündür. Biz son zamanlar Ermənistanın baş naziri Nikol Paşinyanın əvvəlkilərlə müqayisədə daha cəsarətli çıxışlarının şahidi oluruq”.
Partiya başqanının fikrincə, bu o deməkdir ki, Nikol Paşinyan artıq erməni cəmiyyətini sülh sazişinin imzalanmasına hazırlayır:
“Bəlkə də artıq hazırlayıb, çünki Paşinyanın son açıqlamaları Ermənistan cəmiyyətində səsləndirilməsi üçün kifayət qədər cəsarətli bəyanatlardır. Ona görə ki, ermənilər cəmiyyət olaraq həmişə bu cür bəyanatlara çox kəskin reaksiyalar verirlər. Hələlik Ermənistan baş nazirinin bəyanatlarına xüsusi etirazlar görünmür. Görünən odur ki, erməni cəmiyyəti də, Ermənistan hakimiyyəti də artıq yaranmış yeni reallıqları görməyə, qəbul etməyə başlayıb. Güc balansının onların xeyrinə olmadığını dərk etməkdədirlər. Xəyallardan, xülyalardan, böyük Ermənistan nağıllarından ayılmaqdadırlar. Artıq real güclə, faktlarla üzləşməyə qərar veriblər. Ehtimal edirəm ki, 2022-ci ildə böyük sülh sazişi imzalana bilər. Amma mən burada daha çox Azərbaycanın özünü qalib ölkə kimi apararaq tələblərini daha konkret, daha kəskin qoymasının tərəfdarıyam. Söz və ifadələrin seçilməsindən tutmuş gələcəkdə bu və ya digər formada həmin razılığın pozulmasına səbəbiyyət verən fikirlərdən yayınmaq lazımdır.
Böyük sülh sazişinin öz dilimizdə, ingiliscə, rusca və digər beynəlxalq dillərdə hazırlanan 3-4 variantı olmalıdır. Çünki 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli razılaşmadan sonrakı razılaşmalarda da onu gördük ki, hər hansı sözün və ya ifadənin yerində işlənməməsi, yaxud ikili məna daşıması sonradan hansısa problemlərə gətirib çıxara bilər. Mən 2022-ci ildə Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanacağına inanıram. Yenə qeyd edirəm ki, əsas məsələ sülh sazişinin imzalanması deyil, əsas olan bizim dövlət maraqlarımızın həmin sazişdə öz əksini tapmasıdır. Yəni biz qalib dövlətik və güc bizim tərəfimizdədir. Balans bizim xeyrimizə pozulub və biz bundan maksimum şəkildə yararlanmalıyıq”.
Tural Turan
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...