Nida Təhlil
Moskva Delyaqini Bakıya təhvil verə bilərmi?
Azərbaycan “Bakını bombalamaq” çağırışı edən Mixail Delyaqinə qarşı cinayət işi açıb və beynəlxalq axtarışa verib.
Delyaqin Azərbaycan Cinayət Məcəlləsinin 4 maddəsi üzrə - 101.2, 214.2.3, 283.2.1 və 283.2.2-ci – ittiham olunur. Bu ittihamların ikisi - 101.2 (təcavüzkar müharibəni başlamağa açıq çağırışlar) və 214.2.3 (terrorçuluq-odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədilməklə hədələdikdə) – Delyaqinin Rusiya və Azərbaycan arasında imzalanan müttəfiqlik bəyannaməsinin şərtlərinə uyğun Moskvanın özü tərəfindən cəzlandırılmasını, yaxud Azərbaycana təhvil verilməsini şərtləndirir.
Məlum bəyannamənin 11-ci bəndində qeyd olunur ki, “Rusiya Federasiyası və Azərbaycan Respublikası öz ərazilərində təşkilatların və şəxslərin digər Tərəfin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını qətiyyətli surətdə alırlar”.
Delyaqin “təcavüzkar müharibəni başlamağa açıq çağırışla” Azərbaycanın suverenliyinə qarşı fəaliyyət göstərib və Rusiya öz ərazisində buna imkan verməməlidir.
Bəyannamənin 18-ci bəndində tərəflərin terrorçuluğa qarşı mübarizədə səylərini birləşdirməsi qeyd olunur. Azərbaycan Delyaqinə terrorçuluq fəaliyyəti ilə bağlı cinayət işi açıb və bu, Rusiyanın terrorçunu təhvil verməsini şərtləndirir.
Hərçənd, Rusiyanın bunu edəcəyi inandırıcı görünmür, belə tələb irəli sürsək, bəyannamənin ratifikasiya edilmədiyini əsas gətirə bilərlər.
Bütün hallarda Delyaqinin axtarışa verilməsi iki kontekstdə əhəmiyyətlidir:
- Bu, Azərbaycana qarşı eyni təhdidlərlə çıxış etmək istəyən digərlərinə nümunə olacaq;
- Bakı bununla suverenlik və ərazi bütövlüyü məsələsinin qırmızı xətti olduğunu bir daha göstərir;
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır






.jpg)




























.jpg)
.jpg)