Nida Təhlil
Moskva və Parisin addımı: Minsk qrupu de-fakto “dəfn edildi”
Prezident İlham Əliyev bəyan etdi ki, Minsk qrupunun mandatı de-fakto etibarsızdır.
30 il fəaliyyətsizliyi ilə yadda qalan ATƏT-in Mİnsk qrupu Azərbaycanın Vətən müharibəsində torpaqlarını işğaldan azad etməsi və münaqişəyə son qoyması nəticəsində faktiki olaraq mənasız quruma çevrildi. Bu qrup üzərindən bölgədəki maraqlarını təmin etməyə çalışan ölkələr əvvəlcə yeni reallığı qəbul etmək istəməsələr də tədricən barışmalı oldular və müharibədən ötən bir il yarım müddətində artıq bütün dünya, həmçinin, həmsədr ölkələr reallığı qəbul ediblər.
Minsk qrupunun de-fakto etibarsız olduğu vəziyyət Rusiya-Ukrayna müharibəsindən sonra bir daha aktuallaşdı. Qarşıdurma vəziyyətində olan Qərb ölkələri və Rusiya artıq hansısa məsələdə birgə vasitəçilik edə bilmirlər. Rusiya tərəfi bəyan etdi ki, ABŞ və Fransa Rusiya ilə kontaktları Minsk Qrupu çərçivəsində də dəyandırıblar.
Rusiyanın xüsusi tapşırıqlar üzrə səfiri İqor Xovayevin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasının təşviqi üzrə xüsusi nümayəndəsi vəzifəsinə təyin edilməsi Kremlin Minsk Qrupu formatından uzaqlaşaraq xüsusi nümayəndəlik institutuna üstünlük verdiyini göstərir. Xüsusi nümayəndəlik institutu isə sırf Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması məsələsi ilə məşğul olacaq. Bu addımla Rusiya de-fakto Minsk qrupundan çıxmış oldu.
Bununla yanaşı, Fransa da artıq “həmsədrlik” institundan imtina edir. İrəvana səfər edən ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Bris Rokfeyl də regiona tamam başqa statusla gəlib. Ermənistan rəsmiləri və KİV-i onu “MQ həmsədri” kimi təqdim etsələr də, Rokfeyl İrəvana “MQ həmsədri” kimi yox, Fransa XİN-nin Şərq Tərəfdaşlığı proqramı üzrə nümayəndəsi kimi səfər edib.
Beləliklə, Prezident İlham Əliyev də dediyi kimi Minsk qrupunun mandatı artıq de-fakto etibarsızdır.
-
Dünya09:48Türk iş adamının təyyarəsinin qalıqları tapıldı - Dağın yamacına çırpılıb
-
ABŞ09:12Jurnalistləri aparan helikopter qəzaya uğradı: Ölənlər var - Anbaan VİDEO
-
Nida Xəbər 09:00Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak etdi - FOTO
-
Sosial07:47Balqabağın elə faydaları üzə çıxdı ki...
-
ABŞ07:30ABŞ İsrailə 20 min ədəd ağır bomba satacaq
-
Magazin206:16Azərbaycan repi “Mehmed Fetihler Sultanı”nda - VİDEO
-
İdman03:43Messi vida üçün milliyə çağırıldı
-
Dəb03:13Qış üçün ən zövqlü ayaqqabılar - 1990-cı illərin modeli dəbə qayır


















.jpg)

.webp)















.jpg)


