Qərb cəbhəsində yenilik yoxdur: Bakıya qarşı “it ssenarisi” davam edir
Bizi izləyin

Nida Təhlil

Qərb cəbhəsində yenilik yoxdur: Bakıya qarşı “it ssenarisi” davam edir

“İtləri güllələyəcəklər” və Azərbaycanı ittiham edəcəklər. İki həftə öncə bu haqda yazmışdıq və heç 40 gün çəkmədi ki, insan haqları üzərindən pul qazanan dəstənin şinelindən çıxmış “heyvan haqları müdafiəçiləri” hökumətdən cavab tələb edirlər: “Göyçayda sahibsiz itlər güllələnib, buna görə cəza tədbirləri görülməlidir”.

Göyçayda “it müəmması” və sonra baş verənlər haqda öncədən yazmışdıq. Bu, Azərbaycana qarşı kampaniyanın tərkib hissəsidir:

- Ölkədə beynəlxalq tədbirlərin keçirildiyi vaxt süni gündəm yaradılır: həm insan haqlarının pozulması, həm də heyvan haqlarının qorunmaması iddiaları irəli sürülür, bu məqsədlə “faktlar” formalaşdırılır və xarici mediada tirajlanır;

- Formula-1 yarışları ərəfəsində xüsusilə heyvan haqları məsələsi aktuallaşdırılır və bununla dünyada heyvan hüquqlarının müdafiə təşkilatlarını da Azərbaycana qarşı kampaniyaya qoşmağa çalışırlar;

- Bununla diqqəti ölkənin imici üçün müsbət olan beynəlxalq yarışlardan yayındırmaq, süni yaradılan problemlərə çəkmək və mümkün dividentləri minimuma endirməyə çalışırlar;

Bunun fonunda Göyçayda “it müəmması” şübhəlidir və istisna deyil ki, itlərin öldürülməsini də görüntünü çəkənlər təşkil edib, yaxud ümumiyyətlə bu, qurulmuş ssenaridir. Burada məsələ heç də itlərin güllələnməsi, yaxud heyvan haqlarının qorunması yox, məhz “it haqqı” üzərindən siyasi və maliyyə dividenti qazanmaq, Azərbaycana qarşı qarayaxma kampaniyası tapşırığının bu və ya digər vasitələrlə həyata keçirilməsidir. İtlərin güllələnməsi iddiası da bu prosesin tərkib hissəsidir.

Hər şey proqnozlaşdırdığımız kimi baş verdi.

- Sahibsiz itlərin güllələnməsi hadisəsi dövriyyəyə buraxıldı;

- Xarici media (xüsusilə Qərbdə fəaliyyət göstərən media orqanlarının yerli bölmələri) tərəfindən tirajlandı;

- “İt haqqı”na görə aksiya təşkil edildi və bu, yenə eyni mərkəzlərdən idarə olunan media qurumları tərəfindən tirajlandı;

Eyni iddia, eyni metod, eyni hədəf. Maraqlı məqam odur ki, kampaniyanın təşkilatçıları illərdir tətbiq etdikləri ssenarini dəyişmir, yaxud dəyişə bilmirlər. Təəccüblü deyil. Çünki illərdir eyni kampaniyanı təşkil edən eyni dəstələr bu illər ərzində nə özləri dəyişib, nə də yanaşmaları. Və bu da səbəbsiz deyil.

Birincisi, bu dəstələrin məqsədi “müdafiə etdikləri dəyərlər” yox, bu dəyərlər üzərindən qazanacaqlarıdır;

İkincisi, təcrübə də belə kampaniyaların əksər vaxtı sifarişlə icra edildiyini göstərir və sifarişi yerinə yetirənlər belə demək mümkünsə, “plan doldurmaq”la məşğuldurlar;

Hətta iki həftə öncə hadisələrin bu cür inkişafı haqda yazdıqlarımızdan sonra belə kampaniyanın sifarişçiləri və icraçılarının qəlibə çevrilmiş ssenaridən çıxmaması nə qədər dar düşüncəli olduqlarını da təsdiqləyir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm