Nida Təhlil
Prezident Minsk qrupuna niyə təkcə “Əlvida” dedi?
Prezident İlham Əliyevin “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən IX Qlobal Bakı Forumundakı çıxışında diqqətçəkən məqamlardan biri ATƏT-in keçmiş Minsk qrupu haqda dedikləri idi.
Azərbaycan lideri artıq mövcud olmayan Minks qrupuna son mesajını verdi: “Əlvida!”.
Və bununla Ermənistanın hələ də ümid etdiyi həmsədrlik institutunun bərpasının mümkünsüzlüyünü diqqətini “Qlobal dünya nizamına təhdidlər”in müzakirə edildiyi Bakıya yönəltmiş beynəlxalq ictimaiyyətə çatdırdı.
“Misnk Qrupunun fəaliyəti de-fakto sıfra bərabər olub. 20 il ərzində əldə edilən sıfır nəticədən sonra görürük ki, ATƏT-in Minsk Qrupunun təqaüdə getmək vaxtıdır. Minsk Qrupu artıq fəaliyyət göstərmir və ya fəaliyyətsizdir. Məncə, ən yaxşı yol Minsk Qrupuna əlvida deməkdir. “Təşəkkürlər və əlvida” yox, sadəcə, “əlvida”, - Prezident qeyd edib.
Niyə “təşəkkürlər və əlvida” yox, sadəcə “əlvida”?
Prezidentin də vurğuladığı kimi Minsk qrupunun münaqişənin mövcud olduğu dövrdə fəaliyyət(sizliy)i bu münasibətlə qarşılaşmalarına tam adekvatdır. İlham Əliyev də bu adekvat reaksiyanı verdi və “təşəkkür” etməməklə həm heç nəyi unutmadığımızı, həm də Azərbaycanın münaqişəni təkbaşına həll etdiyini diqqətə çatdırmış oldu.
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi


































.jpg)
.jpg)