Nida Təhlil
Aİİ-də narkotiklərlə Beynəlxalq Mübarizə Gününə aid seminar
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar “Zərərli vərdişlərlə mübarizədə Qurani-Kərimin təqdim etdiyi həll yolu” mövzusunda seminar keçirilib.
Publika.az xəbər verir ki, Aİİ Dillər və ictimai fənlər kafedrasının müəllimi, dosent Elvüsal Məmmədov çıxışında zərərli vərdişlərin getdikcə artan təhlükəsinə toxunub, Qurani-Kərimin bu problemin həllində təqdim etdiyi çıxış yollarından danışıb. O, qeyd edib ki, mücərrəd-nəzəri biliklər əsasında problemi həll etmək mümkün deyildir. Bu baxımdan, Quran ayələrində bu cür məsələlərə kompleks baxış mövcuddur, çünki natamam və məhdud yanaşma səmərə vermir: “Əlaqədar ayələrin təhlili göstərir ki, zərərli vərdişlərlə mübarizədə Quran nöqteyi-nəzəri maarifləndirmə, yaxşı ilə pisin müqayisəsi, məhdudlaşdırma və qadağa ardıcıllığını əsas götürür. Bu baxımdan, Qurani-Kərimin zərərli vərdişlərlə mübarizə üsuluna tədricilik, ardıcıllıq və mərhələlilik xasdır”.
E.Məmmədov vurğulayıb ki, Quran bu cür vərdişlərin inzibati, yaxud mexaniki formada qadağan edilməsinə deyil, onlardan qənaətbəxş inandırma ilə meydana gələn daxili istək əsasında imtina prinsipinə üstünlük verir.
(trend)
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO




































