Nida Təhlil
Nərminin qara yubkası necə "cins şalvar" olur? - Atası özü-özünü TƏKZİB ETDİ - VİDEO
QATİLLƏ QURBAN ARASINDA
Yazı silsiləsində ibtidai istintaq materialları, məhkəmə reportajları, şahid ifadələri və müşahidələr, təhlillər əsasında 11 yaşlı Nərminin qətlinin gizlinləri araşdırılır.
VIII yazı
Əvvəlki yazılar:
1. İlkin Nərmini niyə öldürdü? - İTTİHAM AKTINDA YAZILANLAR
https://publika.az/az/news/xususi/398402
2. İlkin Nərmini ata kimi öpürdü? - İTTİHAM AKTININ TƏHLİLİ
https://publika.az/az/news/tehlil/398569
3. Nərmin harda saxlanılıb və necə öldürülüb? - İSTİNTAQ ÖZÜ-ÖZÜNÜ TƏKZİB EDİR
https://publika.az/az/news/crime/399139
4. Nərminin qanı harda axdı və hardan çıxdı? EKSPERTİZA RƏYLƏRİ
https://publika.az/az/news/tehlil/399591
5. İlkin Süleymanovun əleyhinə hansı sübutlar var?
https://new.publika.az/az/news/tehlil/400043
6. İlkin Youtubedə Nərminə nələr göstərirdi? İTTİHAM AKTININ GİZLİNLƏRİ
https://publika.az/news/nida_tehlil/402086.html
7. Nərminin ailəsinin dəhşət və ibrət dolu “Sarı taksi” yalanı
https://publika.az/news/projects/403061.html
Tovuz rayon Dondar Quşçu kənd sakini, 2009-cu il təvəllüdlü Quliyeva Nərmin Şərif qızının itkin düşməsi və 47 gün sonra meyitinin aşkarlanması ilə bağlı cinayət təqibinin ən xüsusi əhəmiyyət daşıyan məqamlardan biri mərhumun itkin düşdüyü an üzərində olan geyimdir. Bu məsələnin ayrıca təhlil edilməsi zərurəti meydana çıxır.
İttiham aktından da göründüyü kimi Nərmin Quliyevanın atası Şərif Quliyeva Nərmin itkin düşən gün, yəni 21 noyabr 2019-cu il tarixində, gecə saat 22.49.-da Daxili İşlər Nazirliyinin “102” nömrəli zəng mərkəzinə məlumat verərək qızının itkin düşdüyünü bildirmişdir.
Şərifin ərizəsi və izahatı
Tovuz Rayon Polis Şöbəsinin Təhqiqat bölməsinin hazırladığı yoxlama materiallarına Şərif Quliyevin elə həmin gün, yəni 21 noyabrda Tovuz Rayon Polis Şöbəsinin rəisi, polkovnik Şirzad Əsgərova yazdığı ərizə də daxil edilmişdir. Zəngin 21 noyabr, saat 22.49-da edildiyini və ərizənin də 21 noyabr tarixində yazıldığını nəzərə alaraq Şərif Quliyevin qızının itməsindən cəmi bir neçə saat sonra bu sətirləri yazdığını anlayırıq: “Qızım evdən çıxarkən qırmızı pencək, yaşıl ayaqqabı, YAŞIL CİNS ŞALVAR (Bu və bundan sonrakı bütün fərqləndirmələr bizə məxsusdur: Q.T.) geyinmişdir”.
Sabahısı gün, yəni 22 noyabrda Şərif Quliyev polis şöbəsinə yazdığı izahatda oxuyuruq: “Bildirirəm ki, qızım Nərmin evdən çıxarkən əynində qırmızı rəngli qış gödəkçəsi, QARA YUBKA və ayağında yaşıl rəngli ayaqqabı olmuşdur”.
Bəs bir günə mühüm əhəmiyyət kəsb edən bir detal niyə dəyişir?
Nərminin böyük bacısı Şəbnəm istintaqa verdiyi ifadədə (30 noyabr, 2019) geyimlə bağlı suala belə cavab verir: “Bacım evdən çıxan zaman onun əynində yaşıl rəngli ayaqqabılar, QARA YUBKA (ƏTƏK), ətəyin altında isə güllü naxışları olan kalqotka vardı”.
Qızı Şəbnəmlə eyni gündə ifadə verən Aynurə İsmayılova da Nərminin həmin gün qara yubka geyindiyini bildirir: “Həmin vaxt qızı Nərmin ağ rəngli kalqotka, QARA RƏNGLİ YUBKA, qırmızı rəngli gödəkçə geymişdi”.
Göründüyü kimi, Şərif Quliyev ərizədə Nərminin “cins şalvar”, ifadədə isə “qara yubka” geyindiyini bildirir. Şəbnəm Quliyeva isə kalqotkanın naxışlarına qədər təsvir edərək bacısının qara yubkada olduğunu göstərir. Anası da kalqotkanın rənginin ağ olduğunu əlavə etməklə Şəbnəmin ifadəsini təsdiqləyir.
Polis rəisi niyə Nərmingilə getmişdi?
25 noyabrda Tovuz Rayon Polis Şöbəsinin rəisi Şirzad Əsgərova ətraf rayonların polis idarələrinə göndərdiyi məktubda Nərmin Quliyevanın əynində yaşıl rəngli cins şalvar olduğunu bildirir. Tarixə nəzər salaraq onu haqlı hesab etmək olar. Çünki Şəbnəm və Aynurə İsmayılovanın yuxarıda qeyd edilən ifadələri isə bu məktubdan 5 gün sonra verilmişdi. Amma onlardan niyə bu qədər gec izahat alındığı sualı açıq qalır.
Tovuz polisinin hazırladığı yoxlama materiallarında ən qəribə cəhət isə Nərmin Qulyevanın anası Aynurə İsmayılova və bacısı Şəbnəm Quliyevadan ümumiyyətlə izahat alınmamasıdır. (Yuxarıdakı ifadələr Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin müstəntiqinə verilmişdir) Polisin işə heç bir aidiyyatı olmayan, ancaq başqalarından eşitdiyi hadisələri nəql edən şəxslərdən və ümumiyyətlə 16 nəfərdən izahat aldığı halda Aynurə İsmayılovadan və Şəbnəm Quliyevadan izahat alınmaması hüquqi praktikaya söykənmədiyi kimi və məntiqli deyildir.
Tovuz polisinin bu çatışmazlığı şəxsən polis rəisinin işə qarışaraq aradan qaldırmaq cəhdini də inkar etmək olmaz. Belə ki, Aynurə İsmayılova Nərminin meyitinin tapıldığı gün polis şöbəsinə gedərək polis rəisi Şirzad Əsgərovla görüşdüyünü, bundan bir neçə saat sonra isə Şirzad Əsgərov onlara gəldiyini bildirmiş, Şirzad Əsgərovun evə gəlmə səbəbinin isə Nərminin əynində hansı paltarlar olduğunu aydınlaşdırmaq olduğunu qeyd etmişdir.
Rəhbərlik etdiyi polis idarəsində hazırlanan yoxlama materiallarında, eləcə də şəxsən öz imzası ilə ətraf rayonların polis idarələrinə göndərilən məktubda Nərmin Quliyevanın əynində hansı paltarlar olduğu təfərrüatlı şəkildə qeyd olunduğu halda polis rəisi geyim haqda məlumatı əldə edə bilməmiş və Dondar Quşçu kəndinə gələrək Aynurə İsmayılovadan bu barədə xəbər almışdır. Həmin gün Nərminin itkinliyinin 47-ci günü idi...
Görməyənin göy selofanı
Nərminin əmisi Arif Quliyevin həyat yoldaşı Nailə Quliyeva 30 noyabrda- Nərmin Quliyevanın itkin düşməsindən 9 gün sonra istintaqa verdiyi ifadədə o günü belə xatırlayır: “Həmin gün mən evdə olarkən Şərifin ortancıl qızı Nərmin bizə gələrək ərim Arifin gödəkçəsini verib. Lakin həmin vaxt mən onu GÖRMƏMİŞƏM”.
3 mart 2022-ci ildə Nailə Quliyeva məhkəmədə verdiyi ifadədə Nərminin gələrkən əlində göy selofan olduğundan başlayaraq əynindəki geyimləri də sadalamağa başlayır: “CİNS ŞALVAR, qırmızı gödəkcə, yaşıl ayaqqabı”.
Vəkillərin ifadələri arasındakı arasında ziddiyyətlə bağlı sualına isə Nailə Quliyeva istintaqa verdiyi ifadəni oxuyub imzalamadığını bildirmiş, ancaq əvvəlki prosesdə onun ifadəsini oxuyub imzaladığı barədə sözləri xatırladıldıqda Nailə Quliyeva çıxılmaz vəziyyətə düşmüşdür.
Digər şahid ifadələri də Nailə Quliyevann Nərmini görmədiyini təsdiqlədiyindən Nailə Quliyevanın çıxılmazlıq halqası daha da daralmaqdadır...
Güldürməyən Arif Quliyev
Nərminin mərhum komik aktyorumuz Arif Quliyevlə eyni ad və soyadı daşıyan əmisinin məhkəməyə verdiyi ifadə isə komizmdən uzaq və müəmmalıdır: “Uşağın əynində cins şalvar, ağ idman ayaqqabısı, qırmızı boğazlı köynək və gödəkcə var idi. Vəkillərin Şəbnəmin və Şərifin geyimi barədə suala isə Arif Quliyev belə cavab verir: “Həmin gün Nərminin böyük bacısını və atasını da görməyimə baxmayaraq, onların əynindəki paltarlara diqqət yetirməmişəm”.
Özü-özlüyündə bu hissə belə ifadənin şübhəli olduğunu sübut edir. Ancaq tam yəqinlik üçün, Arif Quliyevin istintaqa verdiyi ifadədə Nərminin geyimi haqqında heç bir söz demədiyini də qeyd etmək gərəkdir...
Şərif Quliyev isə məhkəməyə verdiyi ifadəsində Nərminin əynində cins şalvar olduğunu bildirib. Bununla da əvvəl “cins şalvar”, sonra “qara yubka” kimi ifadə verən ata ikinci dəfə öz-özünü təkzib edib.
Qara yubka beləcə cins şalvara çevrildi. Ancaq, bu hekayənin proloqudur. Hekayə davam edir...
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz