Nida Təhlil
Münasibətlərin yaxşı olması Avropa üçün də önəmlidir - Deputat
"Avropa Birliyi ilə Azərbaycan arasında olan münasibətlərin yüksəlməsini bütün dünya görür. Amma çox təəssüf ki, Avropa Parlamenti bu münasibətlərin korlanmasına xidmət edən addımlar atır. Bunun əsas səbəbi isə onun daxilindəki ermənipərəst qüvvələrdir".
Bunu Publika.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
Depuata qeyd edib ki, münasibətlərin korlanmasında maraqlı olan qüvvələr Azərbaycanın inkişafdan geri qalmasını istəyən dairələrdir:
"Avropa Parlamenti vaxtaşırı Azərbaycana qarşı qərəzli mövqe tutur. Adıçəkilən parlamentin reqlamentində müəyyən bir boşluq var. Orada qərarlar səs çoxluğu ilə deyil, bəzi deputatların iştirakı ilə qəbul edilir. Ona görə də bəzən çox az sayda deputat bütün Avropa Parlamenti adından qərar ala bilər. Ermənipərəst bəzi deputatların Azərbaycan əlehinə qərarlar qəbul etməsi qəbuledilməzdir. Onlar bilməlidir ki, Azərbaycanla münasibətlərin yaxşı olması Avropa üçün çox önəmlidir. Bizə qarşı atılan addımlar heç də Avropanın mənafeyinə uyğun deyil. Məhz buna görə də Prezident İlham Əliyev öz haqlı iradını bildirdi. Ölkə başçısı qeyd etdi ki, onlar ölkəmizi olmayan şeylərlə bağlı ittiham etməyə çalışır. Azərbaycan tolerant, bütün dinlərin sərbəst fəaliyyət göstərə bildiyi və Avropay ilə münasibətlərə xüsusi diqqət göstərən bir ölkədir. Bununla belə Avropanın ayrı-ayrı ölkələrindəki aparıcı siyasi partiyalar öz nümayəndələrindən Azərbaycana qarşı obyektiv münasibət göstərməklərini tələb etməlidir. Onlar mövcud olan münasibətlərin zəifləməsinə deyil, güclənməsinə xidmət etməlidirlər".
Rahib Ələsgərov
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?















.jpg)




















.jpg)


