Nida Təhlil
Niyə bəzi təşkilatlar reket "jurnalistdən" qorxur?! - Aqil Abbas
"Dövlət strukturları artıq reketlik edən jurnalistlərlə mübarizə aparır. Əslində bu işlə Mətbuat Murası və Medianın İnkişafı Agentliyi məşğul olmalıdır".
Bunu Publika.az-a açıqlamasında millət vəkili Aqil Abbas deyib.
Deputat qeyd edib ki, bu məsələlər prokurorluq orqanına gedib çıxmamalı idi:
"Mətbuatın özü bu cür şəxslərlə mübarizə aparmalıdır. Yəni qəzetlər, saytlar reket jurnalistlərə imkan yaratmamalıdır. Bu yaxınlarda bir nəfər gedib özünü "Ədalət" qəzetinin baş redaktoru kimi qələmə verib. Sonradan isə öyrənilib ki, o, əslində "Ədalət Uğrunda" qəzetinin baş redaktorudur. Ölkəmizdə "Azərbaycan" adında 19, "Ədalət" adı ilə isə 17 qəzet çıxır. Bu adları verəndə diqqətli olmaq lazımdır. Demokratiya dövründəyik və istəyən ərizə yazıb sayt, qəzet aça bilər. Media Agentliyi söyləmişdi ki, reyd keçirəcək. Mən lap əvvəldən demişdim ki, Medianın İnkişafı Agentliyi ilə "Ədalət" qəzeti sənəd imzalasın. Vəsiqənin bir tərəfində mənim, digərində isə adıçəkilən orqanın möhürü, imzası olsun. Bu cür yolla belə halların qarşısını almaq olar".
A.Abbas vurğulayıb ki, bəzi təşkilatların reket jurnalistlərdən qorxması başadüşülən deyil:
"Həmin qurumlar doğru-düzgün işləyirsə, bəs niyə qorxur?! Yəni, onlar reket jurnalistlərdən bu qədər çəkinməli deyil. Əvvəl bu cür şəxslərin sayı daha çox idi. Ancaq müəyyən tədbirlər görüldükdən sonra onların sayı azaldı. Mətbuat Şurası vaxtı ilə qara siyahı tərtib etmişdi. Bununla da reket jurnalistlərin qarşısı alınmışdı. Ancaq sonradan bu siyahı ləğv olundu. Mətbuat Şurası bu siyahını yenidən təqdim eləməlidir. Bu məsələ artıq çox ciddi hal alıb. Onu da qeyd etmək lazımdır ki, reket jurnalistlərlə mübarizə tək Prokurorluğun işi deyil. Həmin məsələ ilə məşğul olmalı olan təşkilatlar var. Amma kimsə dezinformasiya yayırsa, cəmiyyəti səhv yola yönəltmək istəyirsə, əlbəttə, onda bu məsələyə prokurorluq qarışmalıdır. İlk olaraq gərək hərbi sirləri elə qoruyasan ki, onlar belə "jurnalistlərin" əlinə düşməsin. Prokurorluq dəfələrlə saxta xəbərlərin yayılmaması ilə bağlı çağırış edib. Buna riayyət etməyən isə qanuna uyğun olaraq cəzalandırılır. İndi bəzi şəxslər Ukrayna-Rusiya müharibəsi və İran məsələsində çox sayda dezinformasiya yayırlar. Bütün bu olanlar da cəmiyyətin fikrini yayındırır".
Rahib Ələsgərov
-
Kriminal19:20Dəhşətli qətldə təqsirləndirilənin həyat yoldaşı məhkəmədə nəyi etiraf etdi?
-
Dünya17:30Ərdoğanın gizli planı: Tramp Netanyahuya qarşı hərəkətə keçdi
-
Rəsmi xronika16:02İlham Əliyev sərəncam imzaladı
-
MDB15:48Rusiya halvasında ağır metal aşkarlandı – Belarus geri qaytardı, Azərbaycanda da satılır
-
Nida Xəbər 15:28XİN-dən vətəndaşlara çağırış: Qara dənizdə təhlükə artır
-
Region13:12Ermənistanda polis məmuruna “zibil” deyən jurnalistə bu cəza verildi
-
İdman12:42Hemilton Kardaşyanın uşaqlarını belə əyləndirir - FOTO
-
Nida Xəbər 11:15Azərbaycanlıların olduğu gəmi dron hücumuna məruz qalıb - XİN












.jpg)



























