Nida Təhlil
Səfirliyimizə hücumda İran izinə işarə edən detal - FOTO
Londondakı səfirliyimizə hücum edən “Mehdinin xidmətçiləri”ninin İranın dini rəhbərliyi ilə ideoloji müharibədə olmasına dair məlumatlar fonunda hadisə “Azərbaycanın inanclı kəsiminə təsir uğrunda mübarizə”nin nətəcəsi kimi görünür. Hərçənd, baş verənlərdə İranın bu və ya digər formada sifarişçi olması ehtimalı da var və belə bir hücum birdən çox hədəfə hesablana bilər:
- Cənubdan Bakıya qarşı əsas ittihamlardan biri “Azərbaycan başqa ölkələrə güvənib “şiələri təqib” edir” yönündədir: Məhərrəmlik ayında Londondakı səfiriliyin ələ keçirilməsi ilə “sizi güvəndiyiniz yerdə vura bilərik” mesajı verirlər;
- Səfirlk binasının ələ keçirilməsi və bayrağımızın təhqir edilməsi, yerinə “dini bayraqlar” asılması “Azərbaycan dövlətini ələ keçirə bilərik” mesajı ola bilər;
- Londonda belə bir hücum Britaniyanı da ittiham altına salır və bu, Azərbaycan-İngiltərə münasibətlərinin gərginləşməsinə hesablanmış addım ola bilər;
Bu ehtimallar fonunda bir detal - ingilis polisinin həbs etdiyi “Mehdinin xidmətçiləri” arasındakı bir şəxsin görüntüsü diqqət çəkir: görüntüdə həbs edilən şəxs İranda Azərbaycan dövlətinə qarşı hücuma “piyadalıq” edən, Azərbaycanda dini rejim qurmaq istəyən, Gəncə hadisələrinin təşkilatçısı olan və bu yaxınlarda “Kərimə dövləti” planlarını elan edən “Hüseyniyyun” qruplaşmasının üzvlərindən olan Musa Əsədzadəyə bənzəyir;
Bu bənzərlik hadisənin arxasında İran izinin olmasını və hücumda “Hüseyniyyun” radikal qruplaşmasının durması ehtimalını da önə çıxarır.
Asif Nərimanlı
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır





































