Nida Təhlil
Bakının Sərsəng gedişi
Rus sülhməramlılarının - sepratçıların nəzarətində qalan Sərsəng su anbarına baxışın keçirilməsi və su bölgüsünün aparılmasının müzakirə edilməsi Bakının Qarabağ iqtisadi rayonuna nəzarəti gücləndirməsi baxımından əhəmiyyətli hadisə hesab edilə bilər.
Su anbarının suyundan istifadə Azərbaycanın suvarma sistemi üçün əhəmiyyətlidir və istisna deyil ki, anti-terror əməliyyatı ilə Sərsəngə nəzarətin bərpa edilməsi planı olub. “Qisas” əməliyyatında Sərsəng ətrafındakı erməni kazarmaların vurulması da bu ehtimalı gücləndirən məqamdır. Lakin Bakının məsələni niyə əməliyyatla yox, su bölgüsü ilə həll etmək istəyi maraqlıdır.
Bunun iki mümkün səbəbi ola bilər:
Birincisi, Rusiya sülhməramlıları ilə konfliktin dərinləşdirilməməsi, bunun indi sərfəli olmamasıdır;
İkincisi, Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin həyat mənbəyini kəsmək istəməməsidir: sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərdəki ermənilərin qaz, elektrik, internet xətləri üzərində Bakının nəzarəti güclənib, Laçın yolunun alternativ marşruta keçməsi ilə bu kommunikasiyalardan böyük ölçüdə məhrum olacaqlar; Sərsəng su anbarından istifadə etdikləri suyun da kəsilməsi erməni əhalini tamamilə çıxılmaz vəziyyətə sala bilər;
- bu, Azərbaycanın Qarabağdakı etnik ermənilərin öz vətəndaşı kimi qəbul etmək siyasətinə uyğun deyil;
- bunu etmək erməni əhali arasında “Azərbaycan “soyqırımı” törədir” rəyinin yaradılması baxımından İrəvana da, Moskvaya da, Qarabağda qalan separatçılara da sərf edir;
- belə addım Bakıya qarşı kənar təzyiqlərin – Qərbdən də, Rusiyadan da – güclənməsinə şərait yarada bilər;
Azərbaycan “erməni vətəndaşlarının” suyunu kəsmir, əvəzində su bölgüsü ilə Sərsəng anbarından istifadəyə nail olur. Sərsəngə nəzarət əməliyyatla bərpa edilsəydi belə, ruslar ermənilərin suyunun kəsilməməsinə nail olmaq üçün hər şeyə əl atacaqdılar. Azərbycan məsələni müzakirə yolu ilə həll edir və mümkündür ki, bu, “Qisas” əməliyyatından sonra razılaşdırılıb.
Və ən əsas məqam görüş haqda məlumatda sülhməramlıların iştirakına dair heç bir qeydin olmamasıdır. Bu, separatçıların “tərəf” kimi qəbul edilməsi yox, Əliyevin dediyi kimi, Qarabağdakı ermənilərlə birbaşa təmasın qurulması deməkdir, İrəvansız və Moskvasız. Bakı daxili məsələsini vasitəçisiz həll etməlidir.
Asif Nərimanlı
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi







.jpg)






.jpg)





















.jpg)
.jpg)
