Nida Təhlil
İCRA HAKİMİYYƏTİ və BƏLƏDİYYƏLƏR yenidən formalaşmalıdır - EKSPERT
Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında və xarici KİV-ə verdiyi müsahiblərində bildirib ki, bizim daha çox islahatlara, qeyri-enerji sektorunda sərmayəyə və bunun üçün də biznes mühitinə ehtiyacımız var.
“Əlbəttə, o sahədə irəliləyiş var, lakin bütün bu bürokratik maneələri və keçmiş sovet dövrünün psixoloji mirasını aradan qaldırmaq üçün hələ çox iş görməliyik” – deyə dövlətimizin başçısı qeyd edib.
İqtisadçı-ekspert Eyyub Kərimli Publika.az-a açıqlamasında bildirdi ki, ölkəmizin inkişafı üçün yeni idarəetmə üsulunun və yeni innovativ yanaşmanın tətbiqinə ehtiyac var:
“Cənab prezidentin qeyd etdiyi kimi, bu gün dövlət idarəetməsində prioritet istiqamətlər korrupsiya ilə mübarizə, inzibati idarəetmədə şəffaflıq, struktur dəyişiklikləri kimi islahatlar gələcəyə hesablanmış strategiyadır. Azərbaycanda keçmiş sovet dövrünə xas inzibati-amirlik sisteminin fəsadları hələ də qalmaqdadır və bunlar aradan qaldırılmalıdır. Ümid edirəm ki, həm bu islahatlar, həm də iqtisadiyyatda və dövlət idarəetməsində yeni texnologiyalardan istifadə ölkəmiz üçün səmərəli olacaq”.

Ekspert qeyd etdi ki, dünyada baş verən mürəkkəb siyasi-iqtisadi proseslər ölkəmizin həyatına da təsirsiz ötüşmür:
“Dövlətimizin qarşısında həlli vacib məsələlər var. Bu gün insan potensialından, resurslarından daha səmərəli istifadə önə çıxıb. Yəni, peşəkar, beynəlxalq standartlara uyğun təhsil almış və vicdanlı kadrlar idarəetməyə cəlb olunmalıdır ki, aparılan islahatlar uğurlu olsun və qanunların işləkliyi təmin edilsin. Sevindirici haldır ki, artıq bu gün belə gənclər idarəetməyə cəlb edilir. Cənab Prezident idarəetmə sistemində bu gün siyasi, institusional və iqtisadi islahatlar aparır. Buna görə də iqtisadiyyatda rəqabətlilik və şəffaflıq artırılmalı, kölgə iqtisadiyyatı, qeyri-şəffaf gəlirlər ortadan qaldırılmalıdır. Əgər bu islahatlar reallaşarsa, müsbət nəticələr əldə edəcəyik”.
E.Kərimlinin sözlərinə görə, köhnəlmiş icra hakimiyyəti strukturlarının ciddi islahata ehtiyacı var:
“Bundan başqa, bələdiyyə institutları yenidən formalaşmalı, səlahiyyətləri artırılmalı, fəaliyyəti təkmilləşdirilməlidir. Bu sahədə işlər görülməlidir ki, yerli idarəetmə imkanları artırılsın və cəmiyyət tərəfindən bu strukturlara ictimai nəzarət təmin edilsin. İşğaldan azad olunmuş ərazilərimizdə tətbiq edilən yeni idarəçilik üsulları öz səmərəsini verməkdədir. Bilirsiniz ki, əvvəlcə Şuşa şəhərində, sonra digər şəhərlərdə prezidentin xüsusi nümayəndəliyi yaradıldı. Bu, bir yenilikdir və yeni struktur yerli icra hakimiyyəti orqanlarından yaxşı işləyir”.
Rövşən Ziya
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu




























.jpg)







.jpg)


