Nida Təhlil
İki il əvvəl və indiki TƏXRİBATLAR arasındakı BİRMƏNALI OXŞARLIQ
“2020-ci ilin iyil ayındakı Tovuz hadisələri ilə sentyabrın 12-də başlayan və hələ də davam edən gərginlik arasında oxşarlıq var. Ən önəmlisi odur ki, hər iki gərginlik Azərbaycan-Ermənistan dövlət sərhəddində baş verdi və bu, İrəvan hakimiyyətindən qaynaqlandı. Azərbaycan əraziləri Ermənistanın sərhədləri daxilindən artilleriya atəşinə tutulur”.
Bu sözləri Publika.az-a söyləyən politoloq Samir Hümbətov bildirdi ki, İrəvan hakimiyyətinin hər iki təxribatı törətdikdən sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına və digər beynəlxalq təşkilatlara müraciət etməsi, onları bölgəyə dəvət etməsi bir çox qaranlıq məqamlara aydınlıq gətirir:
“Hər iki dövr arasında kiçik nüanslar var. İki il əvvəlki hadisələrdə Ermənistan KTMT-yə müraciət etsə də, buna ciddi yanaşılmadı. Təşkilatın baş katibi Stanislav Zas rəsmi İrəvanın irəli sürdüyü iddiaların əsassız olduğunu, Azərbaycan tərəfindən münaqişə zamanı qeyri-professional hərəkətlərə yol verilmədiyini bildirdi. Amma bir gün əvvəl təşkilat üzvləri bir araya gələrək, Azərbaycan-Ermənistan dövlət sərhəddinə qoşun birləşmələrinin göndərilməsi barədə qərar qəbul etdilər. Ancaq son anda Qazaxıstanla Qırğızıstan bu qərara veto qoydu. Təşkilat indi də bir missiya göndərmək və hadisələrin əsl məğzini öyrənmək istəyir. Amma bu da dəqiq deyil və qeyri-müəyyən hal kimi qalmaqdadır. 2020-ci ildə general Polad Həşimov, polkovnik İlqar Mirzəyev və zabit-əsgər heyəti, yeni hadisələrdə isə iki kapitan, bir neçə baş leytenant və digər hərbçilər ani hücum və təxribat nəticəsində şəhid edildi. Bu da onu göstərir ki, hadisələr yenidən təkrarlanır”.
Politoloq həm 2020-ci ilin, həm də bu ilin sentyabr ayını xoş ay kimi deyil, qanlı-qadalı bir ay kimi yadda qaldığını bildirdi:
“Həm 2020-ci ilin sentyabrın 27-də başlayan II Qarabağ müharibəsində, həm də indiki hadisələrdə xeyli sayda şəhidimiz və yaralımız oldu. Düşünürəm ki, bundan sonra şəhidlərimizin sayı az olacaq. Ancaq Ermənistan ordusu təxribatçı hərəkətlərinə davam edəcək. Əgər iki əvvəl Tovuzda, indi Zəngilan, Kəlbəcər, Laçın və Daşkəsən ərazilərində baş verdisə, növbəti dəfə başqa ərazilərdə olmayacağına heç kim təminat verə bilməz”.
Hər bir əsgər itkisinin təkcə onların ailəsi üçün deyil, bütün ölkə üçün ağır və kədərli olduğunu deyən politoloqa görə xalqın əhval-ruhiyyəsində yeni yüksəliş müşahidə olunur:
“Bu da onu göstərir ki, xalqımız öz haqqını və mövcudluğunu qorumaq üçün bütün gücü ilə mübarizə aparır və vətənpərvərlik hissi yetərincədir. Sadəcə bunu qorumaq, gələcək nəsillərə çatdırmaq lazımdır. Düşünürəm ki, I Qarabağ müharibəsi və ondan sonrakı dövrdən fərqli olaraq, Tovuz döyüşləri və ondan sonrakı hadisələr, hətta II Qarabağ müharibəsi xalqımızda böyük oyanışa səbəb oldu. Öz torpağı, bayrağı, Vətəni və milləti üçün qanından, canından keçməyə hazır bir xalq formalaşdı. Son hadisələrdə 50 şəhid verməyimizə baxmayaraq, xalqımız yenə müharibəyə hazırdır”.
Rövşən Ziya
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”
-
Dünya11:02
Netanyahudan daha bir təhdid gəldi: Bütün Yaxın Şərq dərs alacaq
-
Sosial10:52
"Hər şey yaxşı olacaq" deyən bələdçinin meyiti tapıldı - VİDEO
-
MDB09:55
Təyyarə qəzasında yaralanan 9 nəfər Qazaxıstandan bu ölkəyə aparıldı - VİDEO