Nida Təhlil
Petrosyanın dediyi reallıq: İrəvan sülhə məcbur edilməlidir - Video
13:59
Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan bildirir ki, Ermənistanı çətin və ağrılı qərarlar gözəyir, həm Azərbaycan, həm də Türkiyə ilə müqavilələr imzalamlı olacaq. Bu, xoş olmasa da an gələcək ki, başqa seçim olmayacaq”.
Levonun Ermənistanın gələcəyi ilə bağlı proqnozları bir çox hallarda doğru çıxıb. Münaqişə həll olunmasa, Ermənistanın indi düşdüyü vəziyyətin olacağını da, 2016-cı il “aprel döyüşləri”ndən sonra 2020-ci il müharibəsində baş verənləri də proqnozlaşdırırdı. İndi dedikləri də siyasi təbliğat yox reallıqdır.
44 günlük müharibədən sonra razılaşmaların icrasından yayınan Ermənistan geosiyasi şərtlərin dəyişəcəyi ümidi ilə vaxtı uzadır. İrəvan üçün bu şərtlərin dəyişməsi imkanları indi yaranıb, xüsusilə son sərhəd döyüşləri fonunda Qərbdə Azərbaycana qarşı müəyyən çağırışların edilməsi, Vaşinqton-Moskva qarşıdurmasında ermənilərə müəyyən yatırımların edilməsi bu perspektivi yaradır. Hərçənd, coğrafiyanın diktə etdiyi reallıqlar uzaq Qərbin epizodik xarakterli dəstəyinin Ermənistanı xilas edə biləcəyi ehtimalını arxa plana keçirir. İrəvan Bakı və Ankara ilə anlaşmağa məhkumdur.
İndi Azərbaycan üçün riskli olan vaxtdır. Zamanın uzanması özü ilə əlavə istəkləri də gətirə, ermənilərin maraqlarının hansısa məsələdə nəzərə alınması şərtlərini yetişdirə bilər. O baxımdan, indi – Rusiya və İranın “məşğul” olduğu vaxt Ermənistan sülh sazişinə məcbur edilməlidir.
Asif
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi







.jpg)









.jpg)

















.jpg)
.jpg)

