Nida Təhlil
Müstəqilliyin Bərpası Günü: tarixi torpaqlara qayıdışın hüquqi əsası
Bu gün Müstəqilliyin Bərpası Günüdür: Ötən ilə qədər 18 oktyabr tarixi Müstəqillik Günü olaraq qeyd olunurdu və bunun həm tarixi, həm hüquqi, həm də strateji baxımdan yanlış olduğu ortada idi. 2021-ci ildə “Müstəqillik Günü haqqında” qanuna edilən düzəlişlərlə 28 may tarixi Müstəqillik Günü, 18 oktyabr tarixi Müstəqilliyin Bərpası Günü olaraq qəbul edildi.
Burada iki mühüm məqam var.
Birincisi, 28 mayın Respublika Günü, 18 oktyabrın Müstəqillik Günü olması Azərbaycanın tarixində fərqli yanaşmalar ortaya çıxarırdı, xüsusilə bir ölkənin müstəqilliklə bağlı iki fərqli gününün olması baxımından.
İkincisi, 28 mayın Respublika Günü olması Azərbaycanın dövlət olaraq 1918-ci ildə yarandığı iddialarının mənbəyini təşkil edirdi;
Dəyişiklik tarixə yanaşmadakı ziddiyyətləri də aradan qaldırmış oldu və 18 oktyabrda müstəqilliyimizin bərpa edilməsi faktının hüquqi qüvvəyə minəsi Azərbaycanın dövlət kimi Cumhuriyyətin varisi olduğunu da qanuniləşdirdi.
Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti və müasir Azərbaycan Respublikası arasında siyasi-hüquqi varisliyin daha dəqiq və qabarıq formada ifadə olunmasını təmin edildi. Bu, həmçinin ermənilərin “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının adına istinad edərək, keçmiş DQMV-nin heç vaxt müstəqil Azərbaycan Respublikasının tərkibində olmaması və Sovet qanunvericiliyinə uyğun olaraq 1991-ci il 2 sentyabr tarixli referendumla onun tərkibindən ayrılması barədə ortaya atdıqları arqumenti də tam sıradan çıxarır.
18 oktyabr tarixi əvvəl Müstəqillik Günü kimi qeyd olunsa da, Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixində qəbul etdiyi müvafiq Bəyannamənin adı da “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” adlanır və “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında qeyd olunurdu ki, “Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsaslanaraq və “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq bu Konstitusiya Aktını qəbul edir və müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis edir”.
18 oktyabr Müstəqillik Gününün Bərpası ilə tarixi yanlışlar aradan qaldırıldı və Cumuriyyətin hüquqi varisi olmaqla Azərbaycanın bu gün Ermənistan adlanan dövlətin qurulduğu tarixi torpaqlarımıza iddiası da qanuniləşdi. Bu strateji düzəlişlərin Vətən müharibəsindən sonra edilməsi də bundan sonra tarixi torpaqlarıma qayıtmaq hədəfinin əsas olacağını deməyə əsas verir.
Asif
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp
-
Nəqliyyat20 Mart 18:36Bakı bir gecədə niyə boşaldı? - Paytaxtı “xilas” etməyin yolları açıqlandı
-
İnanc20 Mart 18:00Tüstüdən gələn mistik güc: Cansız daş da can tapa bilər, əgər...
-
Nida Xəbər 20 Mart 17:06Mehriban Əliyeva xalqımızı bayram münasibətilə təbrik etdi













.jpg)

















.jpg)



.jpg)

