Nida Təhlil
Ərdoğanın Zəngilana, Abdullahianın İrəvana səfəri - Orada Zəngəzur möhürü vuruldu
“Qarabağın sürətlə abadlaşdırılması və yenidən qurulması, Böyük Qayıdışın hazırlanması, eyni zamanda qarşıdakı dövrdə iqtisadi, sosial, mədəni və tarixi kontekstdə oynayacağı rola hazırlanması çox böyük əhəmiyyət kəsb edir”.
Bu sözləri Publika.az-a Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş hərbi attaşesi, istefada olan general-mayor Yücel Karauz Rəcəb Tayyib Ərdoğanın Zəngilan Beynəlxalq Hava Limanının açılışında iştirakından və liderlərin verdiyi mesajlardan danışarkən deyib.
Onun sözlərinə görə, minalardan təmizlənmənin davam etdiyi bir müddətdə İlham Əliyevin uzaqgörən siyasəti ilə bölgədəki iqtisadi yüksəlişə ağırlıq verilməsi dünyada savaş yaşamış ölkələr içərisində Azərbaycanı nümunəvi dövlət kimi önə çıxarır:
“Qarabağ bölgəsi, istifadəyə verilən Füzuli və Zəngilan hava limanları, tikintisi davam edən Laçın Beynəlxalq Hava Limanı şimaldan cənuba, şərqdən qərbə qovşaq nöqtəsi olmağa namizəddir. Bu, həm Azərbaycan üçün uğurlu fəaliyyət olacaq, həm də bütün Qafqaza iqtisadi baxımdan böyük fayda qazandıracaq. Bu işlərin sürətlə aparılması da çox önəmlidir”.

Y.Karauz qeyd edib ki, Zəngilan Beynəlxalq Hava Limanına ilk eniş edən xarici dövlət başçısının Rəcəb Tayyib Ərdoğan olması təsadüfi deyil:
“Türkiyə və Azərbaycana yaraşan da budur. İki dövlət başçısının qucaqlaşması təkcə iki liderin qucaqlaşması deyil, eyni zamanda 85 milyon Anadolu insanı ilə 10 milyon azərbaycanlının, dövlətlərimizin, ordularımızın qucaqlaşmasıdır. Bu həm də Şuşa Bəyannaməsi ilə davam edən tarixdə və dünyada ən nümunəvi müttəfiqlik və qardaşlıq hadisəsidir”.
General hesab edir ki, Zəngəzurun Azərbaycana aid olmasının vurğulanması 10 noyabr sazişinə əməl etməyərək zaman qazanmağa çalışan Ermənistana, bundan faydalanmağa çalışan İran başda olmaqla, ABŞ və Fransaya verilən mesajdır:
“Zəngəzur Azərbaycanındır. Orada da məhz Zəngəzur möhürü vuruldu. Sülhün vacibliyi və bundan kimsənin qaça bilməyəcəyinin vurğulanması önəmli məsələdir. Hər kəs mövqeyini bəlli etməlidir. Ərdoğanın Zəngilan hava limanının açılışına qatıldığı gün İranın xarici işlər nazirinin İrəvanda olması da diqqət çəkən durumdur. İran bununla mövqeyini bəlli etmişi oldu. Əslində, bunu hər kəs bilirdi. Şərqi Zəngəzurda iki liderin qucaqlaşması dostda güvən, düşməndə qorxu yaratmaqdadır. Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı!”.
Akqabay Mıradov
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi




































.jpg)


