Nida Təhlil
“Yaşma” Arazın sahilinə endi: Bakıdan İrana tutarlı cavab
Xüsusi Təyinatlı Qüvvələrinin cənub sərhədlərində təliminin İranın hərbi təlimlərinə cavab olduğu məlumdur.
Burada diqqətçəkən məqam başqadır: İranın indiyə qədər Azərbaycana qarşı irəli sürdüyü bütün təhdidlərə rəğmən, rəsmi Bakı barışdırıcı mövqe tutur və diplomatik gedişlər edirdi, indi ilk dəfədir ki, hərbi təhdidə qarşı hərbi müstəvidə cavab verilir;
Və bunun birdən çox səbəbi var:
Birincisi, İranın mövcud rejimi Azərbaycanın bütün xoş niyyətinə rəğmən, təhdid ritorikasından əl çəkmir, əksinə, barışdırıcı, uzalaşdırıcı mövqeni “geriçəkilmə” kimi qəbul edərək, Bakının üzərinə gəlməyə davam edir;
İkincisi, İranın Azərbaycan ərazisinə qarşı mümkün müdaxilə perspektividir: 44 günlük müharibədən sonra İranın təhdidləri artan xətt üzrə inkişaf edir, lakin bu təhdidlərin bölgədəki şərtləri dəyişdirməyəcəyi də məlumdur və bunun fonunda molla rejiminin müdaxilə etməsi ssenarisi də nəzərə alınmalıdır; İran rəsmiləri və siyasətçilərinin çağırışlarının bu istiqamətdə olması da təsadüfi deyil;
Bakı mümkün təhdidlərə və risklərə qarşı hərbi müstəvidə hazırlıq aparır.
Və bu həm də o deməkdir ki, Azərbaycan İranın təhdidləri qarşısında öz maraqları və strateji xəttindən geri çəkilməyəcək.
Araza “körpü atan”lara qarşı Vətən müharibəsində döyüş sənətini yenidən yazan XTQ-nin kazarmalardan çıxarılması da adekvat “əzələ nümayişi”dir: İran “Yaşma”nı tanımaq istəyirsə, qardaşı Ermənistandan soruşa bilər.
Asif Nərimanlı
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi


































.jpg)
.jpg)