Nida Təhlil
Əliyev Paşinyana deyib ki... - Soçidə liderlərin şam yeməyində nələr baş verib?
Ermənistan mediası hələ də Soçi görüşünü müzakirə edir, görüşdə baş verənlərin təffərrüatlarını öyrənməyə çalışır. Görüşdən öncə erməni ictimai rəyində “rus variantı”nın qəbul ediləcəyinə dair gözləntilər böyük idi, xüsusilə Qarabağla bağlı məsələlərin gündəmə daxil ediləcəyi deyilirdi, lakin nəticə ermənilər üçün tamamilə əks oldu: Əliyev Qarabağın Azərbaycanın daxili məsələsi olduğu reallığını önə sürdü və bunu qəbul etdirdi.
Publika.az xəbər verir ki, erməni şərhçilərin görüşlə bağlı çıxardıqları nəticələr eynidir: Paşinyan Soçidə heç nə əldə etməyib. Nə sülhməramlılar, nə Qarabağla bağlı, nə kommunikasiyanın açılması, nə də sərhədə bağlı Ermənistanın mövqeyi nəzərə alınmayıb. Putin bir sıra məsələləri gündəmə daxil etmək istəsə də, Əliyev öz gündəliyindən kənara çıxmayıb və görünür, bunu qəbul etdirib.
“Hayeli” nəşri yazır ki, bütün fikir ayrılığına baxmayaraq, Putin, Əliyev və Paşinyanın birlikdə şam yeməyi süfrəsində olması diqqət çəkir.
“Tərəflər uzun və razılaşmaların olmadığı danışıqlardan sonra şam yeməyini birlikdə ediblər. Bunu “müəmmalı şam” yeməyi adlandırmaq olar və tərəflərin yemək masası arxasında müzakirəyə davam etdiyi də istisna deyil. Əsas söhbət, bəlkə də elə şam yeməyində olub, lakin Əliyev mövqeyində - sülhməramlılar, Qarabağ, kommunikasiyanın açılaması və s. – israrla dayanıb,
Paşinyana izah edib ki, üçtərəfli razılaşmalardakı öhdəliklər icra edilməlidir. Bakının qalib gəldiyini yekun bəyanatdan da görmək olar. Putin isə Paşinyanın qaldırdığı heç bir məsələyə müsbət cavab verməyib”, - nəşr yazır.
Asif
-
Rəsmi xronika17:25Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam
-
ABŞ15:30Ağ Evdə intriqa: Moskva və Kiyevlə danışıq aparanlar dəyişəcək?
-
Sosial14:24"Ucal sağ idi, təcili yardım gec gəlib" - Coşqunun nişanlısı HƏR ŞEYİ DANIŞDI
-
Dünya14:06Klintondan etiraf: Trampa və Netanyahuya nifrət edirəm
-
Region12:12Ermənistan-İran sərhədində körpünün tikintisinə nə vaxt başlanacaq? - Xəbər-ətər yoxdur
-
Nida Xəbər 10:27Bu ölkəyə də vizasız gedə biləcəyik
-
Dünya09:48Mayamidən İstanbula, oradan da İtaliyaya uçdu: Çantasından qurudulmuş baş çıxdı - FOTO
-
Kriminal09:42Gəlin milyonçu qayınatasını öldürtdü - ŞOK SİFARİŞ

































.png)





