Nida Təhlil
Əli Kərimli Bakının mərkəzində İranın hansı ssenarisinə oynayır?
Son 15 gündə Əli Kərimli iki mitinq keçirdi: azsaylı iştirakçının qatıldığı mitinqin məntiqi sonluğu sıfırdır, kiçik qrup toplaşır, sanki metronun qarşısında görüş keçirir və dağılışırlar, amma görüşü təyin edən şəxs gəlmir və klaviuatura arxasından şəhərin mərkəzinə boylanaraq, fotosessiyalar dərc etməklə məşğuldur;
Məntiqi sonluq əslində Əli Kərimlinin iddia etdiyi “böyük siyasətdən” imtina etməsi, yaxud ən azı birinci mitinq-görüşün say tərkibinə baxaraq, ikincini keçirməməsi olmalı idi. Hərçənd, klaviqəhrəman iştirak etmədiyi aksiyalara doymur, 50-60 nəfərlik piketi “çoxminli mitinq” kimi sırımağa çalışır.
Və aydındır, həm də təcrübə ilə sabitlənib ki, siyasətçidən bloqerə çevrilən, bu günlərdə isə daha çox piarmenecerlik edən Əli Kərimlinin bir ovuc iştirakçı ilə təşkil etdiyi şouları sosial şəbəkələrdə genişçaplı reklam etməsi hesabat xarakterli daşıyır.
Azərbaycana daxildən təzyiq rıçağı yaratmaq istəyənlər sifariş verir, tətikdə dayanan Kərimli hərəkətə keçir, daha sonra hesabat verir. Azsaylı piketin “böyük mitinq” kimi geniş təqdimatının aparılmasının da iki səbəbi var.
Birincisi, Əli Kərimli xüsusilə yaxın məsafədən (bu məsafə iştirakçı sayının azlığını gizlətməyə imkan verir) çəkilən fotolarla sosial dayağının böyük olduğunu və çoxminli, yaxud özünün də ikinci mitinqdən sonra “barıtı” bir qədər azaldaraq, “çox yüzlü” mitinq təşkil etdiyini sübut etməyə çalışır;
İkincisi, Azərbaycanda iqtidara təsir imkanları zəif olduğu üçün sifariş verənlərin özlərinə də belə görüntülər lazımdır və bununla rəsmi Bakıya qarşı təbliğat kampaniyasını təşkil edirlər;
Və budur, Əli Kərimli tapşırığı növbəti dəfə “layiqincə” yerinə yetirdi, sosial mediada alovlu nitq söylərir.
Bəs, sifarişçi kimdir?
Əsas məsələ bunu anlamaqdır, çünki Əli Kərimli və dəstəsinin tək bir mərkəzdən, yaxud ölkədən sifariş almadığı artıq sirr deyil.
İqtisadi terminlə desək, subpodratçı – böyük işin bir hissəsini ödəniş qarşılığında yerinə yetirən, sadə dillə desək maşa. Anadolu türkcəsində buna “taşeron” da deyilir. Yəni iş verən (sahib) taşeron işçini istədiyi işə yönəldir və “taşeron”lar təkcə bir sahiblə yox, müxtəlif iş verənlərlə əməkdaşlıq edirlər. Əsas iş və ödənişin olmasıdır.
Əli Kərimli və dəstəsi də illərdir “taşeronluq” edir, müxtəlif yerlərdən verilən göstərişləri ödəniş, yaxud hansısa formada dəstək qarşılığında (bəzən bu, hakimiyyətə gəlmək vədi də ola bilər) həyata keçirir. Və aylarla klaviatura arxasından qalxmadıqları halda qəfil “mitinq təyin” edir, qəfil küçəyə çıxırlar, çünki göstərişlər də qəfil gəlir.
Sifarişçilər Qərbdən də olur, Şərqdən də. Əli Kərimli üçün fərqi yoxdur, ona sifariş verənlər üçün də elə də böyük fərq etmir, bəzən qərbdəkilər, bəzən şərqdəkilər istifadə edirlər Azərbaycana qarşı.
Və Azərbaycanla bağlı nə vaxt dövlət əhəmiyyətli hadisə baş verirsə, bu, hansısa beynəlxalq səviyyəl tədbirlər də olur, yaxud hansısa ölkə ilə münasibətlərin gərginləşdiyi vaxt, Əli Kərimli dərhal klaviatura arxasından qalxıb küçəyə çıxır.
Bu kontekstdə Əli Kərimliyə sifariş verəni müəyyən etmək o qədər də çətin deyil. Azərbaycanın hazırda hansı ölkə ilə münasibətlərinin gərgin olduğuna, hansı ölkənin total hücumlarına məruz qaldığına baxdıqda cavab da aydın olur: İran.
İran Azərbaycana qarşı daxildən “hücum” ssenarisini işə salır və burada iki əsas hədəfi var:
Birincisi, rəsmi Bakıya qarşı daxili təzyiqə nail olmaq cəhdidir: bununla “istəsək, içəridən qarışdıra bilərik” mesajını verir və hesab edirlər ki, belə mesajlarla Azərbaycanın önünü kəsə biləcəklər;
İkincisi, Cənubi Azərbaycandakı soydaşlarımızın hüquqlarının qorunması zərurətini beynəlxalq platformalara çıxan Prezident İlham Əliyevə qarşı yönəlmiş cəhddir;
Üçüncüsü, Cənubi Azərbaycanda öz hüquqlarını tələb edən və son proseslərdən sonra Azərbaycan dövlətinə heç olmadığı qədər güvənən soydaşlarımızda “Azərbaycan hakimiyyəti insan haqlarını pozur, sizin də hüquqlarınızı pozacaq” rəyini yaratmaqdır;
Əli Kərimlinin icazəsiz mitinq keçirməsi və xüsusilə polislə qarşıdurmanı əks etdirən fotokollajlar tirajlaması İrandan “bizə material ver” göstərişini icra etməkdən başqa bir şey deyil. Belə olmasaydı, yatıb-yatıb indi – İranla qarşıdurmanın böyüdüyü vaxtda “mitinq şousu” təşkil etməzdirlər.
Burada əsas suallardan biri də belədir: Azərbaycanda daha çox din adı altında yaratdığı şəbəkədən istifadə edən, xüsusilə “hicaba təzyiq”, yaxud “şiələrə zülm” kimi qondarma kampaniyalar üzərindən addımlar atan İran Əli Kərimlini niyə küçələrə salır?
Cabab iki və sadədir:
1. İranın Azərbaycanda din adı altında qurduğu şəbəkəyə qarşı ciddi təmizləmə prosesi həyata keçirilir və belə bir vaxtda müəyyən qədər də olsa saxlaya bildiyi adamlarını de-şifrə etmək istəmir: “insan haqları”, “sərbəst toplaşmaq istəyi”, “demokratiya”dan danışan Əli Kərimlidən isə heç kim şübhələnməz;
2. İcazəsiz mitinq və “polislə qarşıdurma” materialları İrana məhz Cənubi Azərbaycandakı soydaşlarımıza göstərmək üçün lazımdır. Çünki cənublu soydaşlarımız din yox, azadlıq istəyir və bu mitinqlə onlara “Azərbaycan hakimiyyəti insan haqlarını pozur” deməyə çalışır;
“Səhər” televiziyasının Əli Kərimlinin geniş təbliğatına başlaması da sifarişin İrandan gəldiyini təsdiq edən məqamlardan biridir.
Və bütün bunların bir adı var: milli xəyanət; hərçənd, söhbət Əli Kərimlidən gedirsə, bu o qədər də təəccüblü olmamalıdır.
Publika.az
-
İdman19:48
Azərbaycan kuboku matçında BƏDBƏXT HADİSƏ
-
Sosial19:36
AQTA-dan qoyun və quzu əti ilə bağlı AÇIQLAMA
-
Sosial18:48
Rüfət Səfərov saxlanıldı
-
Region18:24
İranda Azərbaycan türkcəsi təliminə məhdudiyyət qoyuldu - FOTO
-
Qoroskop17:50
2025-ci ilin ən uğursuz 4 bürcü məlum oldu
-
Region17:10
Aksiyanın təşkilatçıları CƏZALANDIRILACAQ: Baş nazir OD PÜSKÜRDÜ
-
Sosial16:32
Jalə Əhmədovaya yüksək vəzifə verildi
-
Region16:10
Gürcüstan prezidentinin qaçacağı yer bəlli oldu: Bu ölkə sığınacaq verdi