Nida Təhlil
Sülhə qarşı fransızsayağı “vasitəçilik”: Bakı buna imkan verməməlidir
Fransa Senatının Azərbaycana qarşı qəbul etdiyi qətnamə bir daha təsdiq etdi ki:
- Bu ölkə özünün də bir parçası olduğu beynəlxalq hüququ heçə sayır;
- Bu ölkənin Azərbaycan-Ermənistan münasibətlərində hər-hansı vasitəçilik niyyəti, cəhdi, yaxud belə bir istəyi birmənalı şəkildə mümkün deyil;
Qətnamənin mətni sözün gerçək mənasında gülünc, bir o qədər də həyasızlığı özündə ehtiva edir.
Senatorlar Fransa hökumətinə çağırış edir ki, Azərbaycana qarşı sanksiyalar qəbul etsin, “Qarabağın müstəqilliyini” tanımaq siyasətini davam etdirsin, Qarabağda “humanitar ofis” açsın, həmçinin, Azərbaycanın “Ermənistan ərazisindən çıxartmağa” nail olsun və s.
Qətnamə faktiki olaraq Azərbaycanın suverenliyinə və beynəlxalq hüquqda təspit olunmuş ərazi bütövlüyünün toxunulmazlığı prinsipinə ziddir. Fransa açıq şəkildə beynəlxalq hüququn tapdalanması mövqeyindən çıxış edir.
Senatda müzakirələrdən bir neçə gün öncə Fransa prezidenti Emmanuel Makron Azərbaycan Prezidenti İlham Əliyevə zəng etmişdi və Bakı-İrəvan münasibətlərində vasitəçilik etmək niyyətini bildirmişdi. Fransız “vasitəçiliyinin” Ermənistanın müdafiəsinə və bu ölkənin Cənubi Qafqazdakı maraqlarının təmin edilməsinə hesablandığı bəllidir, belə bir qətnamənin qəbulu isə Yelisey sarayının istənilən “vasitəçilik” cəhdinin legitimliyini sual altına salır. Azərbaycan hökuməti də Fransanın istənilən vasitəçilik istəyi və cəhdindən birmənalı şəkildə imtina etməlidir, bu həm də Azərbaycan ictimaiyyətinin tələbidir.
Azərbaycanın suverenliyinə hörmət etməyən, Azərbaycanı Ermənistana, həm də “Dağlıq Qarabağa” hücumda ittiham edən, erməni maraqlarının keşikçisi rolunda çıxış edən Fransanın vasitəçiliyi regionda sülhə töhfə verə bilməz, əksinə, 44 günlük müharibədən sonra yaranmış sülh imkanlarını da alt-üst edir.
Asif
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi


































.jpg)
.jpg)