Nida Təhlil
Əli Kərimli-Bağırzadə ittifaqının gizli planı: İran “üçüncü mərhələ”yə keçir
- “O kəslər ki, bizimlə deyil, onlar cəhənnəm odunda yanacaqlar”;
- “Yezidin yanında durub İmam Hüseyn üçün ağlayan azərbaycanlılar”;
- “Gerçək İmam Hüseyn aşiqisinizsə, o zaman niyə bu gün susursunuz”;
- “Ədalətin tapdanmasına susacaqsınız, sonra da Aşura günü ağlamaqla, baş-gözünüzə döyməklə özünüzü İmam Hüseynin ardıcılları sayacaqsınız?”;
- “Hardadır İmam Hüseyn üçün ağlayıb yezidi lənətləyənlər?”;
Və sair və ilaxır...
Zənn etdiyiniz kimi deyil. Bu fikirləri təkcə İranda dini siyasi maraqları naminə istismar edən molla rejimi və Azərbaycanda din üzərindən qurduqları şəbəkə demir, bu, həm də özünü “liberal-demorkat” adlandıran Azərbaycan müxalifətinin leksikonuna daxildir.
Bir neçə il öncə - 2015-ci ildə baş verən Nardaran hadisələrindən sonra liberal, lazım olanda, hətta ultra-liberal olan Əli Kərimli və dəstəsi "U" dönüşü ilə Əhli-Beyt aşiqinə çevrildi. Nardaranda “Müsəlman Birliyi Hərəkatı” və rəhbəri Tale Bağırzadənin qanlı təxribatının qarşısı alınandan sonra Əli Kərimli və dəstəsi xalqa “Yezid-İmam Hüseyn” çağırışları edir, “cəhənnəm odu” ilə hədələyirdilər. Ki, hər kəs Tale Bağırzadənin, “Müsəlman Birliyi Hərəkatı”nın, yəni İranın müdafiəsinə qalxmalıdır.
Uultra-liberalçıların İrana da bağlı olması ilk baxışdan təəccüblü görünə bilər, hərçənd, son 20 ilə yaxın dövrdəki prosesləri yada saldıqda molla rejiminin Azərbaycanda dayaq nöqtələri təkcə din adı ilə yaratdıqları şəbəkə yox, həm də özlərini “liberal-demorkat” adlandıran müxalifət də olduğunu görmək mümkündür. Və bu qarşılıqlı əməkdaşlıqda hər iki tərəfin öz maraqları var.
2003-cü ildə “rəngli inqilab” sevdaları baş tutmayandan sonra radikal müxalifət, xüsusilə Əli Kərimli və dəstəsi Əhli-Beyt aşiqinə çevrildi. Bunun iki səbəbi vardı:
1. 2005-ci ildən sonra partiyanın rayon təşkilatları dağılır, sosial baza sürətlə zəifləyirdi;
2. İran din adı altında siyasi şəbəkə formalaşdırmağa başlamışdı və bu, sosial bazası zəifləyən müxalifət üçün “elektorat” rolunu oynaya bilərdi;
AXCP-nin qəfil Əhli-Beyt aşiqinə çevrilməsi də dağılan sosial bazanı din adı ilə formalaşan şəbəkənin hesabına doldurmaq məqsədi daşıyırdı.
Həmin günlərdə İran din pərdəsinə bürüdüyü siyasi addımlarını Azərbaycan İslam Partiyası (AİP) üzərindən həyata keçirirdi. Bu prosesdə AXCP-AİP yaxınlaşması baş verdi. Xüsusilə 2013-cü il prezident seçkiləri öncəsi yaradılan Milli Şura AİP-i və onlar vasitəsilə İranın dəstəyini qazanmağa çalışırdı. Hərçənd, nə İranın, nə də AXCP-nin İslam Partiyası planı istənilən effekt vermədi.
Məhz bu zaman – 2013-cü il seçkilərindən sonra "B" planı dövriyyəyə daxil edilir: İran zəif elektorata malik olan AİP-i yox, radikallaşdırılmış dini kəsimi önə çıxırır; plana uyğun olaraq, həbsdə olan Tale Bağırzadə “Müsəlman Birliyi Hərəkatı”nı yaradır; bu, silahlı qarşıdurmalara hazırlıq mərhələsi idi;
Silahlı qarşıdurmalara hazırlaşan Tale Bağırzadə Milli Şuraya üzv olmaq üçün müraciət edir və qəbul edilir. Həmin vaxt artıq Əli Kərimli Milli Şurada əsas gücü əlinə alırdı. Beləliklə, AXCP-dən ibarət olan Milli Şuraya İranın da siyasi payı daxil edildi.
Tale Bağırzadə həbsdən çıxandan sonra rəhbərlik etdiyi “Müsəlman Birliyi Hərəkatı” vasitəsilə radikallaşdırılmış dini kəsimi aktivləşdirməyə başladı və dövlət əleyinə açıq hücumlara keçdi. Hətta konstitusiya quruluşunun dəyişdirilməsi çağırışları da edirdi və bunu edərkən Milli Şuranın üzvü idi, yəni Əli Kərimli ilə ittifaq davam edirdi.
Bu ittifaqı isbat edən faktlardan biri də Tale Bağırzadənin yayılmış səs yazısı idi.
“Azərbaycanda İranda, Livanda və başqa yerlərdəki təki islamçılıq zəifdir. Ona görə milli kimlik məsələsindən istifadə etməliyik. Müxalifətlə münasibətlərə gəldikdə isə onlara demişik ki, Ayətullah Xamneyi ağamızdır, “qırmızı xətt”imizdir, ona toxunmasınlar… Biz onlara deməmişik ki, demokratıq, filanıq, Qərbə meylliyik. Əsla. Bunu bilirlər və şərtlərimizi qəbul ediblər. Mediaya çıxışımız zəif idi, bizə imkanlar yaradıblar. Tribuna veriblər ki, sözümüzü deyək. Nəyi pisdir?! İstifadə edin onlardan, yararlanın… Əslində onlar bizə yox, biz onlara lazımıq. Bundan da yararlanırıq və gələcəkdə də istifadə etməliyik. Azərbaycanda müsəlman dövləti qurmalıyıq, bölücülüyə son qoymalıyıq”, - Bağırzadə hədəflərini açıqlayırdı.
Gizli itttifaqı və onun hədəflərini ortaya çıxaran bu səs yazısı sübut edirdi ki:
- İran Azərbaycanda konstitusiya quruluşunu dəyişdirmək və “şəriət dövləti” qurmaq məqsədilə müxalifətdən istifadə edir;
- Müxalifət – Əli Kərimli və dəstəsi hakimiyyətə gəlmək naminə konstitusiya quruluşunu dəyişdirmək istəyən şəbəkə ilə ittifaq qurur;
Nardaran hadisələri bu planda ilk cəhdlərdən biri idi, lakin dövlətin, konstitusiya quruluşunun dəyişdirilməsinə hesablanmış bu cəhdin qarşısını alması həm İran, həm də müxalifətin planlarını dəyişdirməsi ilə nəticələndi.
Tale Bağırzadə və dəstəsi həbs olunsa da, Əli Kərimli radikal dini kəsimin lideri kimi onu əvəzlədi. Bu, İran və AXCP-nin gizli ittifaqının davam etdiyini də təsdiq edirdi.
Əli Kərimlinin radikal dindarların liderliyini ələ almaq planı Nardaran hadisələrindən sonrakı dövrdə açıq şəkildə müşahidə olunurdu:
- AXCP üzvləri aktiv şəkildə Bağırzadə və dəstəsini müdafiə edir, “Yezid-İmam Hüseyn” təbliğatı üzərindən əhalinin dini hislərini istismar etməyə çalışırdı;
- Milli Şuranın mitinqlərində iştirakçıların 50 faizindən çoxu radikal dindarlar olurdu, İrandan ixrac edilən “Biz Hüseynçilərik” şüarları səsləndirir, Tale Bağırzadənin və Mövsüm Səmədovun posterlərini qaldırırdılar: müxalifətin “O kəslər ki, bizimlə deyil, onlar cəhənnəm odunda yanacaqlar” şüar-təhdidi də o günlərdə meydana çıxdı;
Bu mitinqlərin əsas məqsədlərindən biri də Tale Bağırzadə başda olmaqla İran şəbəkəsinin müdafiəsini təşkil etmək idi.
2018-ci ilə - Gəncə hadisələrinə qədər Əli Kərimli İrana bağlı radikal dindarların “lideri” olaraq çıxış etdi və bu situasiya həm elektorat, həm də molla rejimini dəstəyini qazanmaq baxımından ona sərf edirdi.
Hərçənd, molla rejimi həmin günlərdə “silahlı mübarizə”nin ikinci və əsas mərhələsinin də hazırlığını aparırdı. Və aydın görünürdü ki, hədəf silahlı qarşıdurmalarla hakimiyyət dəyişikliyi etmək, “liberal-demokrat” donu geyinmiş müxalifətlə öz şəbəkəsinin ittifaqından ibarət rejim qurmaqdır, Əli Kərimli və dəstəsi ilə qurulan ittifaq həm də Qərbdə müəyyən dairələrin dəstəyini qazanmağa hesablanmışdı.
“Hüseyniyyun” qruplaşmasının Suriyada təlim keçmiş üzvü Yunis Səfrovun göndərilməsi və Gəncə hadisələrinin baş verməsi İranın Azərbaycan planında ikinci mərhələ hesab edilə bilər və bu mərhələdə də Əli Kərimli dəstəsi ilə birlikdə molla rejiminə bağlı şəbəkəyə aktiv dəstək verdi.
Plan yenə baş tutmadı, Azərbaycan dövləti konstitusiya quruluşuna qarşı təhdidləri aradan qaldırmaq istiqamətində lazımi addımları atdı və ikinci cəhdin baş tutmamasından sonra İranın planlarını müəyyən qədər təxirə saldığı müşahidə edilirdi. Lakin Əli Kərimli ilə əlaqələrin davam etdirildiyi də istisna deyil, bunu xüsusilə AXCP-Milli Şuranın Tale Bağırzadəyə, “Müsəlman Birliyi Hərakatı”nın üzvlərinə dəstəyində də görmək mümkündür.
2020-ci il Vətən müharibəsindən sonra İranın Azərbaycana dair planını yenidən aktivləşdirdiyi bəllidir və bu dəfə oyunu daha açıq şəkildə oynayırlar.
İranın aktiv hücuma keçdiyi bu günlərdə, istisna deyil ki, Nardarandan başlanan planın üçüncü mərhələsini həyata keçirmək cəhdi ola bilər. Molla rejiminin Azərbaycanla bağlı irəli sürdüyü iddialar da təhlükənin miqyasından xəbər verir.
Azərbaycanın dövlət quruluşuna qarşı olan bu təhlükəni bir neçə istiqamətdə dəyərləndirə bilərik:
Birincisi, molla rejimi casus şəbəkəsini aktivləşdirir: hərçənd, təhlükəsizlik orqanlarının bununla bağlı gördüyü tədbirlər onların əl-qolunu bağlayır;
İkincisi, molla rejimi şiə məzhəbi üzərindən xitab etdiyi dini kəsimi önə çıxarır. Ki, bu risk olsa da, Azərbaycanın inanclı insanlarının İrana əvvəlki qədər inamı qalmayıb, xüsusilə Ermənistana verdikləri dəstək fonunda;
Üçüncüsü, gizli ittifaqda olduqları “liberal-demokrat” adı altında müxalifətçilik edənlər, xüsusilə Əli Kərimli və dəstəsi üzərindən hərəkətə keçə bilərlər: bu, mümkün versiyadır, çünki radikal müxalifət dini yox, “insan haqları, demokratiya” kimi məsələlərdən çıxış edir və bu ad altında ata biləcəkləri addımların İranla bağlılığını gizlədə bilərlər;
Bu kontekstdə Əli Kərimli və dəstəsinin İran-Azərbaycan münasibətlərinin kəskinləşməyə başlamasından etibarən iki dəfə icazəsiz aksiya keçirməsi diqqət çəkir. İlboyu heç bir aksiya, mitinq keçirməyən Əli Kərimlinin indi – molla rejiminin Azərbaycana hücuma keçdiyi bu dövrdə mitinq keçirməsi, şübhəsiz ki, sifarişin icra edilməsidir və bəllidir ki, sifariş cənubdan gəlib. Eyni addımların davamlı olacağı da istisna deyil.
Təcrübə də təsdiq edir ki, radikal müxalifət hakimiyyətə gəlmək naminə Azərbaycana qarşı olan bütün qüvvələrlə əməkdaşlığa gedib. Hazırki situasiyada əsas hücumun İrandan gəldiyini, AXCP-Milli Şura dəstəsinin də molla rejimi və uzantıları ilə əlaqələrinin davam etdiyini nəzərə alanda, Əli Kərimlinin, baş verənləri özünü siyasi maraqlarının təmin edilməsi üçün fürsət olaraq gördüyünü deyə bilərik.
Publika.az analitik qrup
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO