Nida Təhlil
“Azərbaycanlı” kimi sırınan Xameneyi əslində kimdir? - Faktlar
İran rejiminin dini lideri Əli Xameneyi azərbaycanlıdırmı?!
Son 40 ildə - İranda inqilabdan sonra bu məsələ həmişə müzakirə mövzusu olub və əksər vaxt bizə - həm Arazın bu tayındakı, həm o tayındakı azərbaycanlılara Xameneyi “böyük azərbaycanlı” kimi təqdim olunub, bir çoxu onunla fəxr də edib. Hətta onun dini lider olmasından sonra İranı yenidən “türk dövləti”nə çevirəcəyi gözləntiləri də olub.
Amma və lakin...
Həm prezident, həm dini lider olduğu dövrdə Xameneyinin əsas siyasəti azərbaycanlılara qarşı olub və məsələ təkcə İran naminə cənubdakı soydaşlarımızın haqlarının boğulması ilə yekunlaşmır, eyni zamanda, Azərbaycan dövlətinin mövcudluğuna qarşı da əlindən gələni edib. Bəzi düşüncələrə görə, Xameneyi daha çox dini kimliyi üstün tutur, yəni “dini lider” olması milli hislərini boğmağa vadar edir. Hərçənd, İranda azərbaycanlı kimliyini unutmayan şiə dünyasının ən böyük alimlərinin olduğu nümunələr də var.
Belə nümunələrdən ən birincisi Xameneyinin özünə “ağa” hesab etdiyi, İranın mövcud rejiminin banisi Xomeyninin müəllimi olmuş, hətta onu dar ağacından xilas edən Seyid Məhəmmədkazım Şəriətmədaridir. Xomeyni hakimiyyəti ələ keçirəndən sonra liderliyinə təhlükə kimi gördüyü Şəriətmədarini ev dustaqlığına məhkum edərək, ölümün ağuşuna atdı və bu, böyük azərbaycanlı alimin təkcə “vilayəti-fəqih” nəzəriyyəsini qəbul etməməsindən yox, həm də onun milli kimliyindən – Cənubi Azərbaycana ən azı muxtariyyət istəməsindən qaynaqlanırdı.
Xomeynidən də, Xameneyidən də daha böyük alim olan Şəriətmədari öz milli kimliyini unutmurdu, unuda bilmirdi. Bu nümunə fonunda “azərbaycanlı” hesab edilən Xameneyinin paniranizm siyasəti onun milli kimliyini mübahisələndirir.
Xameneyinin etnik kimliyi nədir?
Seyid Əli Hüseyn Xameneyi ona görə “Xameneyi” adlanır ki, əslinin Təbriz yaxınlığındakı Xamnədən olduğu haqda məlumatlar var. Daha doğrusu, onun bu qəsəbədə doğulduğu, ona görə əslən “azərbaycanlı” olduğu deyilir. Hərçənd, Xameneyinin bütün dillərdəki rəsmi bioqrafiyasında Xamnənin adı qeyd olunmur.
Xameneyi 1939-cu ildə İranın Xorasan vilayətinin Məşhəd şəhərində anadan olub. Uşaqlığı bu şəhərdə keçib. Atası Seyid Cavad Nəcəfdə, anası Xədicə isə Məşhəddə doğulub, əslən İsfahandan olan Haşim Mirdamədin qızıdır. Seyid Cavad bir müddət Məşhəddə yaşayıb, Xameneyi də bu şəhərdə anadan olub. Daha sonra onun atası müəyyən müddətdə Xamnədə yaşamağa məcbur olub. Bunun səbəblərindən biri də şah rejiminin din xadimlərini Məşhəddən uzaqlaşdırmaq siyasəti idi.
Xameneyinin atası Cavadın əsli İranın Mərkəzi vilayətinin Təfreş şəhərindəndir, əcdadları da 28 nəsil bu şəhərdə yaşayıb. Bu şəhərin sakinləri də, əsasən farslardır. Xamnədən yolu keçməsi onların azərbaycanlı olması deyil, sadəcə olaraq, şah rejimində pasport alarkən Xamədə olduğu üçün adlarının sonluğuna Xameneyi, yəni “Xamnədən olan” əlavə edilir. Xameneyi də heç vaxt xatirələrində Xamnənin adını çəkməyib.
Xomeynidən sonra dini lider postu üçün iki əsas namizəd var idi: Xameneyi və Rəfsəncani;
Rəfsəncaninin nüfuzu daha yüksək olsa da, o, prezident, Xameneyi dini lider olur. Və həmişə Xomeynidən sonra Xameneyinin dini lider olmasında ad bənzərliyinin də rol oynadığı haqda müzakirələr aparılıb. Hərçənd, burada daha bir mərkli niyyət də var idi: Xameneyinin “azərbaycanlı” kimi tanınması Cənubi Azərbaycandakı soydaşlarımızın, həm də din xadimlərinin İran rejiminə bağlılığına nail olmaq;
Nüfuzlu Şəriətmədarinin inqilabdan sonra milli haqları tələb etməsi İran rejimində azərbaycanlı din xadimlərə qarşı inamsızlığa səbəb olmuşdu və “azərbaycanlı” Xameneyi bu prosesdə yaxşı tapıntı hesab olunurdu. Onun Azərbaycan dilində danışa bilməsi də bu seçimə təsir edən amillərdəndir. Və Xameneyinin Azərbaycan dilində danışa bilməsi bu gün belə onun “azərbaycanlı” olduğunun “arqumentlərindən” biri kimi təqdim edilir, halbuki, İranda bir çox fars Azərbaycan dilində danışa bilir. Xameneyinin Azərbaycan dilində bilgisi isə yalnız məişət səviyyəsindədir.
Xameneyinin bütün şüurlu fəaliyyəti boyunca azərbaycanlılara qarşı fəaliyyəti, milli hərəkatın yox edilməsi naminə radikal addımları da onun gerçək kimliyindən və paniranizm xəttinə sadiqliyindən qaynaqlanır.
“Azərbaycanlı” kimi sırınan Xameneyi şah dövründə Əhməd Kəsvərinin məlun “azəri” nəzəriyyəsinin müdafiəçisi, prezident və dini lider olduğu dövrdə azərbaycanlılara qarşı siyasətini bu ideologiya üzərindən quran şəxsdir. Kəsvəri “azəri” nəzəriyyəsində uydururdu ki, Cənubi Azərbaycandakı azərbaycanlıların Arazın bu tayındakı azərbaycanlılara aidiyyəti yoxdur, onlar İran dilləri qrupuna aid olan “azəri” millətidir. Şah rejimi bu nəzəriyyədən azərbaycanlıları bir-birindən ayırmaq, milli kimliyi yox etmək üçün istifadə edirdi. İnqilabdan sonra da İran rejimi eyni xətti olduğu kimi davam etdirdi və Xameneyi də bunun əsas təşviqatçılarındandır.
1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa edəndə Xameneyi “kiçik böyüyə birləşməlidir” sözləri ilə Azərbaycanı İrandan ayrılmış ərazi kimi təqdim edirdi və sonrakı 30 ilə yaxın dövrdə cənubdan bizə qarşı aparılan siyasətin əsas xətti də məhz bu qondarma iddia üzərində qurulub.
Azərbaycan müstəqilliyini bərpa etdiyi ilk gündən indiyə qədər Xameneyinin bu siyasəti davam edir:
- Birinci Qarabağ müharibəsində Xomeneyinin göstərişi ilə İran rejimi Azərbaycan torpaqlarını işğal edən xristian Ermənistana silahlar da daxil olmaqla müxtəlif vasitələrlə dəstək verdi;
- İşğalın mövcud olduğu 30 ilə yaxın dövrdə İran rejimi bunun davam etməsi üçün əlindən gələni etdi: Ermənistan siyasi, iqtisadi və enerji sektorunda dəstəkləndi, işğal altındakı ərazilərdə separatizmin inkişafı istiqamətində lazımi olan hər şey edildi, bütün sərvətlərimizin talan edilməsinə dəstək verildi və bütün bunlar Xameneyinin başında dayandığı siyasət idi;
- İşğal olunmuş ərazilərdə, o cümlədən, Ermənistanda qalan Azərbaycan maddi-mədəni irsinin erməniləşdirilməsi ilə yanaşı, farslaşdırılması da Xameneyinin siyasətinin əsas xətlərindən olub: Şuşadakı məscidin İran şirkətləri tərəfindən bərpa edilməsi, İrəvandakı Göy məscidin bərpa edilərək, fars məscidi kimi təqdim edilməsi və s. bu məkrli siyasətin tərkib hissəsi idi;
- 44 günlük müharibədə Xameneyi Azərbaycanın haqq mübarizəsini “bölgədə terrorçular var” iddiası ilə ləkələməyə cəhd etdi və döyüşlərin davam etdiyi vaxt İran rejimi işğalçılara hərbi-kəşfiyyat xarakterli dəstək verdilər, hətta ordumuzun qarşısını kəsərək, döyüşlərin gedişinə təsir etməklə daha çox əsgərimizin şəhid olmasına şərait yaratdılar;
- Xameneyi Zəngəzur məsələsində Azərbaycana qarşı çıxan əsas fiqurdur və hətta o, tarixi saxtalaşdırmaq namin olsa belə, cəmi 100 il öncə Ermənistana verilən Zəngəzur bölgəsini min illik erməni torpağı adlandıracaq qədər azərbaycanlı deyil;
- Bizə “azərbaycanlı” kimi sırınan Xamenei Ermənistanın sərhədlərini “qırmızı xətt” elan edir, bu ölkəyə siyasi-iqtisadi-hərbi formada dəstək verir, Azərbaycana qarşı silahlandırır, eyni zamanda, Qarabağdakı separatçı-terrorçuların qalıqlarını müxtəlif yollarla dəstəkləyir;
Çünki Xameneyi məqsədli şəkildə “azərbaycanlı” donuna bürünən fars şovinistidir və paniranizmə xidmət edir. Fəaliyyəti də, milli kimliyi haqda faktlar da bunu təsdiqləyir.
Asif Nərimanlı
-
Magazin209:48
Məşhur reper güllələndi: qatil hadisəni lentə aldı - ANBAAN VİDEO
-
Magazin109:00
Əməkdar artistin nəvəsi ilə MARAQLI VİDEOSU
-
ABŞ08:12
1 dollara satılan Panama kanalı - Tramp onu GERİ QAYTARACAQ
-
Magazin105:45
Bu da Röya Ayxanın "Qızı" - VİDEO
-
Magazin201:41
Məşhur müğənnidən büstqaltersiz dərin dekolteli FOTOLAR
-
Hadisə00:30
Azərbaycanda toy evində KÜTLƏVİ DAVA - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Bu səhvi etsəniz, sevgilinizlə münasibətiniz çətinləşəcək
-
Magazin221 Dekabr 23:12
İş adamı Dubayda görün kiminlə ailə qurdu - FOTO