Nida Təhlil
Laçın yolu və Zəngəzur dəhlizi: Mİ6 şefini İrəvana gətirən səbəb nədir?
Britaniya kəşfiyyatının şefi Riçard Murun İrəvan səfəri iki kontekstdə diqqət çəkir.
Birincisi, səfərin regional xarakter daşımasıdır: belə səfərlər bir çox hallarda məxfiliyi ilə seçilir, bu baxımdan, Mİ6 şefinin Bakıda da olması, yaxud İrəvandan sonra Bakıya da gələcəyi istisna deyil; iyul ayında ABŞ kəşfiyyat rəhbəri Uilyam Börns İrəvana səfər edərkən, onun Bakı və Tbilisidə də olduğu, lakin səfərin təkcə Ermənistan hakimiyyəti tərəfindən açıqlandığına dair məlumatlar var idi; Paşinyan hakimiyyəti belə məlumatlarla Rusiya qarşısında “qiymətini bahalaşdırmaq” gedişi edə bilər, Börnsün səfərindən üç gün sonra Narışkinin İrəvana uçması da bu fikri gücləndirən amillərdən idi; bu baxımdan, Mİ6 şefinin regional səfərinin “ictimaiyyətləşdirilməsi” də buna hesablana bilər;
İkincisi, Xankəndi yolunda azərbaycanlıların Qarabağ məsələsinə, ümumilikdə regional siyasətin bundan sonrakı mənzərəsinə təsir edə biləcək aksiya keçirməsidir: aksiyanın qızıl yataqlarına girişlə bağlı olduğu və işğaldan azad olunmuş ərazilərdəki mədənlərdə ingilis şirkətlərinin iştirakı arasında paralellik apardıqda, Murun səfərində bu amilin rol oynadığı ehtimalı yarana bilər; Ki, belə fikirlər səsləndirilir, hərçənd, regional proseslər fonunda bu, olduqca kiçik detaldır və Mİ6 şefinin gəlişində əsas hədəf bu ola bilməz; aksiya və Murun səfəri arasında paralellik apardıqda burada önə çıxan amil Zəngəzur dəhlizidir;
- Laçın yolunda baş verənlər həm də Bakının “Zəngəzur və Laçın dəhlizi eyni rejimdə işləyəcək” hədəfində praktiki olaraq atılan ilk addım hesab edilə bilər;
- Zəngəzur dəhlizi ingilislərin də marağında olan Avrasiyanın nəqliyyat şəbəkəsində mühüm marşrutlardan biridir və iqtisadi əhəmiyyəti qədər siyasi əhəmiyyəti də var;
Murun səfərində bu məqamın əsas olduğunu demək mümkündür, lakin hadisələrin inkişafı fonunda o da istisna deyil ki, Zəngəzur dəhlizinin ruslarsız həyata keçirilməsi planı var: Bakı Laçın dəhlizində gömrük postu qurur (aksiya bunun ola bilməsi gözləntisini artırdı), Naxçıvana “maneəsiz keçid” üzərində ortaq mövqe tapılır və rusların Qarabağdan çıxmasına ingilislər dəstək verirlər;
Təbii ki, bu hadisələr üzərindən önə çıxan ehtimallardır, lakin bütün hallada Murun səfəri regionda proseslərin inkişafına ciddi təsir göstərə bilər.
Asif Nərimanlı
-
Magazin229 Oktyabr 23:40Paparazzilər məşhur cütlüyün əkizlərini görün harada yaxaladılar - FOTO
-
Hadisə29 Oktyabr 22:36“Uşağımı canlı verdim, ölü aldım” - Dayə haqda şok iddia / VİDEO
-
Art29 Oktyabr 22:00Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açıldı - FOTO
-
Nida Xəbər 29 Oktyabr 21:24Ceyhun Bayramovdan diqqətçəkən jest: Özbəkistanın birinci xanımına kömək etdi - VİDEO
-
Sosial29 Oktyabr 20:48Bəzi ödənişlərdə xidmət haqqı LƏĞV EDİLİR
-
Hadisə29 Oktyabr 20:24Zəhərləndiyi iddia edilən şagirdlərdə rotavirus aşkarlandı - YENİLƏNDİ
-
Sosial29 Oktyabr 20:12Azərbaycanda “rayon” sözü hansı sözlə əvəzlənə bilər? - Yeni təkliflər
-
Sosial29 Oktyabr 19:12Sabah bu rayonların bəzi ərazilərində qaz olmayacaq




































.jpg)
.jpg)