Nida Təhlil
Putinin məktubunda nə yazılıb? - Kremlin əsas ümidi...
“Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, “Vahid Rusiya” Partiyasının lideri Dmitri Medvedyev dekabrın 21-də Çinə səfər edərək bu ölkənin lideri Si Cinpinlə görüşüb. Medvedyev Rusiya prezidenti Vladimir Putinin məktubunu Si Cinpinə çatdırıb. Si Cinpin Dmitri Medveyvevlə görüşdə iki ölkənin hakim partiyaları arasında əməkdaşlığın dərinləşməsində maraqlı olduğunu bildirib. Onun sözlərinə görə, Çin Kommunist Partiyası “Vahid Rusiya” Partiyası ilə əməkdaşlığı genişləndirəcək. Ancaq yalnız bunu vurğualamaq üçün Pekinə səfər etməyin mənası yox idi”.
Publika.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
O xatırladıb ki, Medvedyev Si Cinpinlə Pekində görüşərkən Ukrayna prezidenti Volodimir Zelenski Ağ Evdə ABŞ prezidenti Co Baydenlə görüşürdü. Onun sözlərinə görə, Kreml Medvedyevi Pekinə göndərməklə sanki Zelenskinin ABŞ-a səfərinin beynəlxalq aləmdəki reaksiyasını zəiflətmək istəyib:
“Buna baxmayaraq, Volodimir Zelenskinin ABŞ-a səfəri və Konqresdəki çıxışı Medvedyevin Pekinə səfərini kölgədə qoydu. ABŞ Ukraynaya maliyyə və hərbi dəstəyini artıracaq. Medvedyevin Cinpinlə görüşündə ikitərəfli əlaqələrlə yanaşı, Ukraynadakı müharibə də müzakirə olunub. Pekinin mövqeyi belədir ki, müharibənin dayandırılması və sülhün bərqərar olması vacibdir. Si Cinpin bildirib ki, müharibənin uzanması tərəflərdən heç birinə fayda gətirmir. Müharibəni və işğalı davam etdirən Rusiyadır. Pekin isə buna görə Kremli tənqid etmir, əksinə Rusiya ilə əməkdaşlığı genişləndirir.
Qərb ölkələrinin Rusiyaya qarşı sanksiyaları sərtləşir. Kreml belə vəziyyətdə dünyanın ən böyük bazarı olan Çinə daha çox neft və qaz satmağa çalışır. Pekin Rusiya neftinin və qazının idxalını artırmağa hazırdır, sadəcə qiyməti endirməyə çalışır”.
Putinin Si Cinpinə göndərdiyi məktubda nələr var?
Politoloq bildirib ki, Qərb ekspertləri məktubda Rusiya-Çin əməkdaşlığının bütün sahələrdə genişlədirilməsinin vacibliyinin yazıldığını bildirirlər:
“Rusiyanın tərəfdaşlarının sayı azalıb. Ukraynaya qarşı işğalçı müharibə çoxlarını Kremllə yaxınlıqdan çəkindirib, hətta Dehli belə Moskva ilə münasibətlərdə məsafə saxlamağa çalışır. Odur ki, Kremlin əsas ümidləri Çinədir. Kreml Ukraynaya qarşı işğalçı müharibədə Çini yanında görmək istəyir”, - E.Şahinoğlu əlavə edib.
Akqabay Mıradov
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi


































.jpg)
.jpg)