Nida Təhlil
Qarabağda anti-terror əməliyyatı, sülh sazişinin imzalanması... - Yeni ilin siyasi PROQNOZU
“2023-ün gərgin il olacağını indidən söyləmək olar. Hadisələrin builki gedişatı göstərir ki, Azərbaycanla Ermənistan arasında gərginlik gələn il də azalmayacaq”.
Publika.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu qeyd edib.
Politoloq hesab edir ki, bu il sülh sazişinin imzalanması ehtimalı yüksək deyil:
“Qarabağda erməni separatçılarına qarşı ünvanlı anti-terror əməliyyatları mümkündür. Eynilə gələn il Rusiya ilə Ukrayna arasında razılaşma çətin görünür, müharibə davam edəcək, hər iki tərəfdən itkilər artacaq”.
E.Şahinoğlunun sözlərinə görə, qonşu İranda daxili qarşıdurma azalmayacaq, toqquşmalar fərqli formalar alacaq.
O əlavə edib ki, Türkiyədə prezident və parlament seçkilərində hakim partiya ilə müxalifət arasında başabaş mübarizə gedəcək.
“Çinin Tayvanı nəzarət götürmək istəyi böyük dövlətləri üz-üzə qoyacaq. Bu sıraya Qərbin Rusiyaya qarşı yeni sanksiyalarını, enerji böhranını, dünyada artan inflyasiyanı və pandemiya ilə mübarizənin davamını aid etmək lazımdır”, - politoloq vurğulayb.
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu





























.jpg)







.jpg)


