Nida Təhlil
Azərbaycanın Ərəb coğrafiyasına çıxış strategiyası
Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə yanvarın 15-də Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gedib. Yanvarın 16-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimi keçirilib və prezident tədbirdə iştirak edib.
Sözügedən səfərin iqtisadi tərəflərindən danışan iqtisadçı Eldəniz Əmirov Publika.az-a açıqlaması zamanı bildirib ki, ölkə başçısının hazırki səfəri və görüşü digər investisiya həcmlərinin də Azərbaycana yönəlməsinə imkan yaradacaq.
Multivektoral siyasət Azərbaycanın xarici iqtisadi münasibətlərində son dönəmlər özünü daha qabarıq biruzə verir. Prezidentin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri xarici iqtisadi siyasətdə bu yanaşmanın aydın müşahidə edildiyi növbəti səfərlərdən biridir.
“Ərəb ölkələri, o cümlədən Birləşmiş Ərəb Əmirliyi Azərbaycan üçün son 8 ildir ki, ciddi tərəfdaşlardan birinə çevrilib. Məlum olduğu kimi Azərbaycan ciddi həcmdə alternativ enerji istehsalına ilk olaraq investisiya yatıran 2 ölkədən biri olub. Belə ki, hələ ötən ilin martında BƏƏ-nın “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının martın 15-də Gülüstan sarayında təməlqoyma mərasimi keçirilib. Hansı ki, bu invesrisiya layihəsinin dəyəri 225 milyon ABŞ dollarından çoxdur. İndiyə qədər isə BƏƏ-nin bizim ölkəmizə yatırdığı 2,5 milyard ətrafında bir investisiya həcmi var ki, bu da bizim onlara yatırdığımız investisyadan 6-7 dəfə artıqdır. Bilirik ki, sözügedən ölkənin iqtisadi və maliyyə gücü ehtiyatları kifayət qədər zəngindir. Maraq doğurduğu təqdirdə böyük investisiya həcmləri reallaşa bilər. Bu baxımdan cənab prezidentin səfəri çox vacib və mühüm məsələdir”.
E.Əmirovun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi səbəbindən Azərbaycanın ixracında ciddi problemlər yaranıb.
“Hətta yarıbayarı azalan ixrac məhsullarımız da var. Belə bir şəraitdə yeni ixrac istiqamətlərinin müəyyənləməsinə ixrac imkanlarının yaranmasına böyük ehtiyac var. Odur ki, hazır ki məqamda həm ölkəyə investisiya cəlbi, həm yeni ixrac bazarı, həm xarici turist potensialı, həm iqtisadi zonalar üzrə təcrübə məsələləri və s. kimi bir sıra istiqamətlərdə bu ölkə bizim üçün potensial tərəfdaşdır”.
İqtisadçı bildirib ki, 2021-ci il ilə müqayisədə 2022-ci ildə Azərbaycanda ticarət dövriyyəsi iki dəfəyə qədər artıb.
“Ticarət dövriyyəsi 2021-ci ildə 50.4 milyon məbləğində 2022-ci ilin 11 ayında isə bu rəqəm 94 milyonu keçib”.
E.Əmirov qeyd edib ki, Azərbaycan və Ərəb ölkələri arasında olan münasibətlərin dərinləşməsi son 8-10 ildir daha geniş vüsət almağa başlayıb.
“2015-ci ildə devalvasiya zamanı ölkəmizdə manata güclü təzyiq yarandı və bu təzyiq bir müddət davam etdi. Nəticə etibarilə bu dövrdə hökumətin müxtəlif səpkilərdə atdığı addımlar turizmin inkişafına, ölkəyə turist cəlbinin artırılmasına xidmət edən səbəblərin ortaya çıxması ilə özünü göstərdi. 2019-cu ilə qədər ölkəyə 3.2 milyona yaxın xarici turistin böyük əksəriyyətini də ərəb ölkələrinin vətandaşları təşkil edirdi”, - o deyib.
Ayşən Rəhim
-
Region21:39
Ermənistanda Azərbaycana işləyən “casus”a bu cəza verildi
-
Art21:27
33 ilin direktoru işdən azad edildi
-
Sağlamlıq20:25
Restoranların təklif etdiyi ucuz setlər təhlükə saçır?
-
Nida Xəbər 19:05
Qazaxın azad olunan dörd kəndi belə qorunur - Foto
-
Magazin218:55
Bu məşhurların fəxri adları əllərindən alındı
-
İdman18:25
Türkiyə klubunun baş məşqçisi öldürüldü
-
Dünya16:54
Türkiyəli müəllimdən Azərbaycanla bağlı təsirli addım: Bayrağımızı... - VİDEO
-
Rəsmi xronika16:22
Prezident bu nazirə ali xüsusi rütbə verdi