Nida Təhlil
İrana haradan hücum edilib? - Bakıdan Tehrana “pas atanlar”...
İsrailin İrana hücumundan sonra “PUA-lar Azərbaycandan qalxıb” iddiası iki seqmentdə gündəmə gətirilir:
Birincisi, Ermənistan mediasıdır: ermənilərin bu prosesdə öz maraqları var, lakin istisna deyil ki, Tehran rejimi hadisələrin “soyuması”ndan sonra bunu kampaniyaya çevirmək üçün indidən “istinad nöqtələri” də formalaşdırır;
İkincisi, sosial şəbəkələrin Azərbaycan seqmentidir: bilərəkdən, yaxud bilməyərəkdən İran üçün “mənbə” olacaq fikirlər, analizlər peyda olur və artıq SEPAH-a bağlı media orqanları bundan “Əliyev rejiminin hücumda iştirakına dair sübut” olaraq istifadə etməyə başlayıblar;
PUA-lar Azərbaycandan qalxa bilərmi?
1. Azərbaycan İrana hücumlarda platforma rolunu heç vaxt üzərinə götürməyib: Bakı-Tehran xəttində gərginliyin hansı səviyyədə olmasına baxmayaraq, mümkün hərbi toqquşmada üzləşə biləcəyimiz risklər fonunda buna indi də razılıq verilməsi ehtimalı kifayət qədər azdır;
2. İsrail PUA-larının Azərbaycandan qalxmasına dair iddialar indiyə qədər yalnız iddia olaraq irəli sürülüb: Azərbaycanda bu məqsədlə istifadə edilə biləcək hansısa bazanın, yaxud İsrail PUA-larının yerləşdiyi obyektin olması haqda kiçik də olsa informasiya yoxdur;
3. İranın zərbələr endirilən hərbi obyektləri məsafə baxımından Azərbaycana daha uzaqdır, nəinki İraqa: ABŞ hərbi bazalarının olduğu bölgədən PUA-ların havaya qalxması daha əlverişlidir; hücumdan öncə ABŞ və İsrail ordusunun İrana zərbə endirmək ssenarisini məşq etməsi də bu kontekstdə diqqət çəkir;
Və nəhayət, platforma olaraq Azərbaycandan istifadə edilsəydi, İran tərəfi ən azı Arazın sahilinə ordu yığmış olardı. Tehran da hücumun hansı istiqamətdən edildiyini bilir, Azərbaycanla bağlı iddialar İrana sonrakı proseslərdə Bakıya qarşı təzyiq kartı üçün lazım ola bilər. Təəssüf ki, Azərbaycandan məhz bu iddialar üçün “mənbə” rolunu oynayanlar var, bilərəkdən və ya bilməyərəkdən, yaxud “ağıllı” görünmək istəyindən.
Asif Nərimanlı
-
Dünya09:00“Taurus” raketlərinin Ukraynaya verilməsi riski barədə XƏBƏRDARLIQ: "MI6 nəsə hazırlayır"
-
Dünya07:47Qocalar evində FACİƏ: 10 nəfər öldü, 20-yə yaxın yaralı var
-
Magazin106:16Oğlu Zaura ŞƏRT QOYDU: "Səhnəni tərk edəcəyəm" - VİDEO
-
Hadisə05:45Bakıda avtobus bir neçə maşını əzib obyektə çırpıldı - VİDEO
-
Magazin103:43Toya gecikən Afət görün məclisə hansı geyimdə gəldi - VİDEO
-
ABŞ02:12ABŞ TƏŞVİŞ İÇİNDƏ - Sərnişin təyyarəsi hədəfə alındı, hava limanı bağlandı
-
İdman00:30“Qara bazar”dan şikayətlənirdi, özü də saxlanıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz bir dərinliklə qarşılaşacaqsınız






































