Nida Təhlil
Xameneyinin sevimli oyuncağı: “dini lider” əslində “maşın alverçisi”dir

İran rejiminin Xameneyini “kasıb həyat tərzi” haqda uydurduğu nağıllar məşhurdur. Belə nağıllardan birini də Xameneyi ofisinin katibi Məhəmməd Məhəmmədi Qolpayeqaninin dedikləridir. Qolpayeqani iddia edir ki, Xameneyi o qədər kasıbdır ki, hətta aradan ondan borc da alır. Təbii ki, buna inanmaq absurd olardı, xüsusilə “dini lider”in böyük sərvət üzərində əyləşdiyinin sirr olmadığı fonunda. Hərçənd, rejim belə nağıllarla təkcə İrandakı əhalini yox, həm də şiə dünyasında inanclı kəsimi yatızdırır və “yuxuya verdikləri” dindarları Xameneyinin, yəni rejimin ətrafında birləşdirir.
Xameneyinin dəyəri milyardlarla ölçülən sərvəti haqda açıq mənbələrdə kifayət qədər məlumat var. “Dini lider”in özünəməxsus zövqlərinin olması ilə bağlı məlumatlar isə azlıq təşkil edir. Buna səbəb rejimin bu kimi informasiyaların yayılmasının qarşısını almasıdır. Lakin bir qədər dərindən araşdırdıqda “kasıb” kimi təqdim etdikləri Xameneyinin zəngin həyatında “sevimli oyuncaq”larının lüks avtomobillər olduğunu tapmaq çətin deyil, xüsusilə o, BMW markalı avtomobillərə üstünlük verir.
Və bunun arxasında maraqlı sirlər də yatır.
İranda “ağazadələr” olaraq tanınan varlı məmur övladları Porşe, Maserati və Ferrari kimi avtomobillərə üstünlük versə də, BMW və Mercedes Benz İran əhalisinin pərəstiş etdiyi avtomobillərdir. Hesab etmək olar ki, Xameneyi də əhalinin rəğbətini qazanmaq məqsədilə “kasıb həyat” təbliğatına tərs mütənasib olsa belə, BMW-ni “sevimli oyuncağı”na çevirib. Lakin gerçək səbəb BMW firmasının İranda yeganə rəsmi dilerinin məhz Xameneyinin özü olmasıdır.
Məlumatlara görə, firmanın rəsmi dileri Xameneyi tərəfindən idarə olunan “Rey İnvestment” holdinqinə məxsus “Persia Khodro” şirkətidir. “Rey” investisiya qrupu “Şah Əbdüləzim” ziyarətgahının, bu ziyarətgah da birbaşa Xameneyinin nəzarətindədir.
“Şah Əbdüləzim” ziyarətgahının direktoru Xameneyinin yaxın silahdaşı, keçmiş kəşfiyyat naziri ayətullah Məhəmməd Reyşəhridir. Reyşəhri vaxtilə Xomeyninin müavini və təbii varisi olan Ayətullah Hüseynəli Montazerinin sıradan çıxarılması və Xameneyinin “dini lider” olmasında əlindən gələni edib, əvəzində “Şah Əbdüləzim” ziyarətgahına rəhbər təyin olunub. Reyşəhri Xameneyinin biznes imperiyasının əsas idarəçiləri sırasına daxildir.
Reyşəhrinin rəhbərlik etdiyi “Rey İnvestment” holdinqi neft, qaz, tikinti, qida və kənd təsərrüfatı da daxil olmaqla müxtəlif sahələrdə monopoliyaya malikdir. Xameneyinin himayəsində olan bu biznesin əsas prinsipi şantaj və təzyiq yolu ilə hər şeyi ələ keçirməyə söykənir.
BMW-nin dilerliyinin ələ keçirilməsi də bu yolla baş tutub. Rəsmi diler əvvəlcə “Nouriani Enterprises” şirkətinə məxsus olub. Lakin təzyiqlərdən sonra şirkət dilerlikdəki payın 50 faizini “Şah Əbdüləziz” ziyarətgahına verib, daha sonra əlavə 17 faizini də əlindən alıblar. Bu “transfer”dən sonra “Nouriani Enterprises” rəhbəri Əli Nuriani sıfırdan qurduğu şirkətin adını “Persia Khodro” olaraq dəyişdirmək məcburiyyətində qalıb. Əsas gəlir Xameneyinin cibinə axır.
İran rejiminin üzvləri, ayətullahlar, SEPAH zabitləri və digər rəsmilərin əsas istifadə etdiyi avtomobil də BMW-dir, çünki onlara başqa avtomobil yox, məhz “dini lider”in nəzarətində olan bu maşını almaq əmri verilib.
Xameneyinin BMW markalı avtomobilə üstünlük verməsi həmçinin, İrandakı əhalinin də bu maşına maraq göstərməsi və almağa təşviq edilməsinə də hesablanıb.
Göründüyü kimi, Xameneyi iddia etdikləri “kasıb həyat”dan çox uzaqdır və nə qədər “dini lider” kimi göstərsələr də, əslində sadə iranlıların pıçıltı ilə də olsa dilə gətirdikləri kimi, “maşın alverçisi”dir.
Asif Nərimanlı

-
Hadisə14:49
Azərbaycanda zəlzələ oldu
-
MDB14:18
Bu türk dövləti Rusiya ilə müharibəyə hazırlaşır? – Müdafiə Nazirliyi bəyanat yaydı
-
Dünya13:48
İstanbul təhlükədə: 7 baldan güclü zəlzələ olacaq - Riskli bölgələrin siyahısı
-
İdman13:36
Ən cazibədar qadın futbolçu tənqid olunur: Bu VİDEOSUNA görə - MƏN UTANARDIM
-
Nida Xəbər 12:43
Pekində İlham Əliyevin masasına qoyulanlar diqqət çəkdi: Nəyə mesajdır? - FOTO
-
Rəsmi xronika11:25
İlham Əliyev Çinin CGTN telekanalına müsahibə verdi
-
Hadisə10:59
Bakıda 2 nəfərin öldüyü dəhşətli qəzanın - VİDEOSU
-
Nida Xəbər 10:24
Paşinyandan Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasına reaksiya: Təxribatdır