Nida Təhlil
İran Bakının bu küçəsində “Kərimə dövləti” qurub? - Sirli XƏRİTƏ - VİDEO/FOTOFAKT
09:24
İranın Azərbaycanın konstitusiya quruluşunu devirmək və teokratik rejim qurmaq niyyəti gizli deyil. Bu planı hazırda SEPAH tərəfindən yaradılan, vaxtilə İrana köçmüş və molla rejiminə xidmət edən keçmiş Azərbaycan vətəndaşlarından ibarət “Hüseyniyyun” qruplaşması həyat keçirmək istiqamətində çalışır, qruplaşma Azərbaycanda “dindar” adı altında formalaşdırılan şəbəkənin idarə etməsində iştirak edir. İran “Hüseyniyyun” qruplaşması vasitəsilə yaratmaq istədiyi rejimi “Azərbaycan Kərimə dövləti” adlandırır. Ötən il ortaya atılan qondarma “ideya” sosial şəbəkələr vasitəsilə açıq şəkildə elan edilib. Son günlər keçirilən əməliyyatlar zamanı ələ keçirilən İran casuslarının etirafları isə göstərir ki, bu planın həyata keçirilməsi istiqamətində praktiki fəaliyyət göstərirlərmiş.
Publika.az xəbər verir ki, Azərbaycanda “Kərimə dövləti” planı ilə bağlı iddialar, hətta “Google map” sisteminə də yol tapa bilib.

“Google map”da “Azərbaycan Kərimə dövləti” yazdıqda Bakıda ünvan göstərilir: Süleyman Əhmədov küçəsi; koordinat - 9WH7+5XR;

“Google” axtarış sistemində də “Kərimə dövləti Bakı” yazdıqda eyni ünvan çıxır. Xəritə üzərindən araşdırdıqda Süleyman Əhmədov küçəsi yaxınlığında göstərilən ünvanda konkret nəyin yerləşdiyi əks olunmur.

Sirli xəritələr iki mümkün versiyanı önə çıxarır:
Birincisi, İranın xəritədə əks olunan ünvanla bağlı hansısa gələcək planları var;
İkincisi, “Kərimə dövləti” təbliğatını aparanlar beynəlxalq axtarış sisteminə konkret ünvan əlavə etməklə niyyətlərinin reallığını göstərməyə çalışırlar;
İkinci versiya hazırda daha çox ehtimal ediləndir. Son bir ildə qondarma “Kərimə dövləti” iddiası ilə bağlı Azərbaycanın inanclı kəsiminə hesablanmış təbliğat “yaxın zamanda böyük hadisələrin olacağı” mesajı üzərində qurulub. İstisna deyil ki, “Kərimə dövləti” üçün xəyali ünvanın yaradılması ilə təbliğatın təsir imkanlarını gücləndirmək və “proses başlanıb” görüntüsü yaratmaq istəyirlər. O da istisna deyil ki, bu xəyali ünvan Azərbaycanda “dindarların etirazı” adı altında iğtişaş planlarının icrasına başlanan zaman hadisələrin idarə olunacağı məkan rolunu da oyanaya bilər.
Versiyalar müxtəlifdir və İranın niyyətləri fonunda heç biri istisna edilməməlidir. Bu baxımdan, qondarma “Kərimə dövləti”nin "Google map" sisteminə necə əlavə edildiyi və Bakıda xəyali ünvan qurulmasının araşdırılması zərurəti var.
Asif
-
Maraq dünyası04:14Paltar yuyarkən yol verilən 5 SƏHV - "Yumruq qaydası" nədir?
-
Avropa03:13Parad məşqindən qaçan atlar şəhəri qarışdırdılar - Yaralılar var / VİDEO
-
Magazin100:15Əməkdar artistin nəvəsi ailə qurur - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bəzi sirlər qarşınıza çıxa bilər
-
İdman30 May 23:48Parisdə PSJ azarkeşləri ilə polis arasında toqquşmalar başladı - VİDEO
-
Sosial30 May 23:00Sabah bu qəsəbənin bir hissəsi işıqsız qalacaq
-
Magazin130 May 22:24Babək Niftəliyev efirə 3 oğlu ilə çıxdı - FOTO
-
İdman30 May 20:36Əfsanə geri dönür?



























.jpg)










