Nida Təhlil
Xankəndində Bakıya müharibə elan edirlər - Separatçıların sonu çatdı
Xankəndindəki separatçı-terrorçu rejim “hər şeyi itirəcəyini” anlayır, lakin rəsmi Bakının “Azərbaycan bayrağı altında yaşamaq” təklifini sona qədər rədd etmək fikrindədir. Terrorçu rejimin qondarma “rəhbərinin” “müşaviri” David Babayanın dedikləri bu kontekstdə diqqət çəkir və bunu Bakıya qarşı müharibə elanı kimi də qəbul etmək olar.
Babayan Prezident İlham Əliyevin “separatçıların iki seçimi var: ya Azərbaycan bayrağı altında yaşamaq, ya da rədd olub getmək” çağırışı ilə bağlı “biz vətəndaşsız qalsaq da, heç vaxt Azərbaycanın bir hissəsi olmayacağıq” deyib.
Qondarma “müşavirin” dediklərindən iki nəticə çıxır:
- reinteqrasiya prosesini qəbul etməyən separatçılar prosesləri hərbi müstəviyə sürükləyir: yeni eskalasiyanın yaşanması onlar üçün birgəyaşayışın mümkünsüzlüyünü ispat etmək baxımından sərfəlidir;
- separatçılar erməni əhalisinin reinteqrasiya prosesinə yaxınlaşması perspektivinin də qarşısını alacaqlarını açıq şəkildə elan edirlər: Babayanın “vətəndaşsız qalsaq da” sözləri separatçıların öz mövcudlarını qorumaq naminə Qarabağda sonuncu erməniyə qədər hər kəsi aradan götürməyə hazır olduğunun etirafıdır və bununla həm də erməni əhalisinə Bakıya inteqrasiya istəklərinin cəzalandırılacağı da elan edilir;
Bu, separatçıların çıxılmaz vəziyyətdə olduğunun ispatıdır. Onlar erməni əhalisinin Azərbaycana inteqrasiyasının qarşısını almaq üçün müharibəyə başlamağa və hər kəsi qurban verməyə hazırdırlar. Babayan da çətin vəziyyətdə olduqlarını etiraf edir.
Bildirir ki, beynəlxalq ictimaiyyətdən kiçik də olsa onları “xilas etmək” üçün addım atacağını gözləyirlər: “Lakin heç bir beynəlxalq təşkilat, heç bir dövlət təsirli addım atmır. Əksinə, Azərbaycanla münasibətləri daha da dərinləşdirirlər. Artıq gözləntilərimiz puç olub”. Separatçı onu da qeyd edir ki, “həlledici olan rol ayırıcındayıq, hər şeyi itirəcəyik”.
Xarici aləmlə bütün yolları praktiki olaraq bağlanan separatçıların siyasi müstəvidə nə Ermənistandan, nə Rusiyadan, nə də beynəlxalq ictimaiyyətdən dəstək ala bilməməsi onların sonunun çatdığından xəbər verir. Prezident İlham Əliyevin “ya Azərbaycan bayrağı altında yaşamaq, ya da rədd olub getmək” çağırışını da Bakının son seçim imkanı verməsi olaraq dəyərləndirə bilərik. Bunun fonunda hər şeyi itirən separatçıların təxribatlarla eskalasiya yarada biləcəyi gözləntisi var, hərçənd, belə bir cəhd onların məhvini daha da sürətləndirəcək.
Asif Nərimanlı
-
Sosial12:46Sabah yağış yağacaq
-
Nida Xəbər 10:54Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama: Başlayırıq
-
Nida Təhlil 10:30"Dəmir yumruq" ermənilərin 50 faizini sağaltdı - Zülfüqarov azərbaycanlıları təbrik etdi
-
Region10:09Bütün səslər hesablandı: Ermənistan seçkilərinin nəticəsi bəlli oldu
-
Dünya10:00Bəşər Əsədin Moskva həyatı - Putin ona nəyi qadağan edib?
-
Nida Xəbər 09:12Emin Ağalarov ilk dəfə AÇIQLADI: İlham Əliyevlə belə tanış olub
-
Cənubi Qafqaz08:24MSK yeni məlumat yaydı - Paşinyanın səs faizi düşüb
-
Dünya06:52İsraildən cavab zərbələri: İranın bir neçə şəhərində partlayış səsləri eşidildi







































