Nida Təhlil
Xankəndidə terror aktları hazırlanır, Azərbaycan hansı addımı atacaq? - General açıqladı - VİDEO
“Azərbaycanın birbaşa əlaqədə olduğu adam əli qanlı qatil, separatçı Araik deyil, Paşinyandır və Ermənistan hökumətidir. Dolayısıyla Azərbaycanın baş terrorçunun sözlərinə cavab verməsi bir o qədər uyğun deyil. Onların müharibəyə hazırlaşmaları qeyri-mümkündür. Buna cəhd edə bilərlər, lakin yalnız kiçik həcmli terror aktları həyata keçirə bilərlər. Bununla sülh sazişinin imzalanmasının qarşısını almaq istəyəcəklər. Azərbaycan dövləti isə hər zaman olduğu kimi onlara qarşı anti-terror əməliyyatları keçirməlidir”.
Bu sözləri Publika.az-a açıqlamasında Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş hərbi attaşesi, istefada olan general-mayor Yücel Karauz deyib.

Onun sözlərinə görə, hazırda müharibədən söhbət gedə bilməz.
“Bizim Anadoluda bir söz var: hürən it dişləməz. Separatçılar da səs-küy qopararaq öz qorxularını, tükənmişliklərini, gələcək dönəmdə hüquq müstəvisində verəcək cavablarından dolayı narahatllıqlarını gizlədə bilmirlər. Amma hər hansı müharibədən söhbət gedə bilməz. Məlumdur ki, oradakı terror qrupları bəlli bir qüvvələrin kəsimləridir. Sülh prossesinə maneə olmağa çalışanlar, ayaqlarını dirəyənlər buna nail ola bilməyəcəklər. Əlisilahlı terrorçu separatçılar Azərbaycan ərazilərini tərk etmədikləri müddətdə nə barış gələcək, nə də sülh sazişi imzalanacaq. Onlar Azərbaycanın ərazi bütövlüyünü tanımalıdırlar. Azərbaycan dövləti Qarabağ ermənilərinə qarşı bütün hüquqi prosesləri təmin edir və bunu daima göstərir. Nəticə etibarilə sülh danışıqlarının gündəmdə olduğu bir dönəmdə ermənilərin bu boş və bihudə davranışları fayda verməyəcək”.
Ayşən Rəhim
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi


































.jpg)
.jpg)