Bakı Nikolun “1975-ci il xəritəsi”ni ifşa etdi - 8 kənd necə qaytarılacaq?
Bizi izləyin

Nida Təhlil

Bakı Nikolun “1975-ci il xəritəsi”ni ifşa etdi - 8 kənd necə qaytarılacaq?

Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryana verdiyi cavab xəritə məsələsinə də aydınlıq gətirdi. Xatırladaq ki, Paşinyan iddia edirdi ki, delimitasiyanın “1975-ci il xəritəsinə uyğun aparılması” üzərində razılıq əldə olunub və əgər Azərbaycan 8 kəndin qaytarılmasını istəyirsə, o zaman Başkənd də daxil olmaqla “erməni kəndləri” adı ilə təqdim etdikləri əraziləri verməlidir.

Bununla Paşinyan “barter” məsələsini gündəmə gətirir və Qazaxın 7 kəndi ilə Kərkinin qaytarılmasını arxa plana keçirir.

Azərbaycan XİN-in açıqlaması bu iddianı ifşa edir:

- Delimitasiyanın 1975-ci il xəritəsi üzrə aparılması iddiası yalandır;
- 8 kəndin qaytarılması ilə bağlı şifahi razılaşma var və Ermənistan bundan imtina edir;

Söhbət 10 noyabr razılaşmasından gedir. Məlumatlara görə, 8 kəndin qaytarılması da Bakı tərəfindən bəyanata daxil edilib, lakin müharibədəki itkilər fonunda Paşinyanı daha da çətin vəziyyətə salmamaq üçün son anda bu məsələ çıxarılıb və növbəti mərhələyə saxlanılıb. Bunu Şuşaya “İsgəndər” raketlərinin atıldğını etiraf edən Ermənistan Müdafiə Nazirliyinin Hərbi Nəzarət Xidmətinin sabiq rəisi Movses Akopyan demişdi.

Azərbaycan XİN delimitasiya prosesinin hansı əsasda aparılmasına dair qeyd edir ki, həm Praqa, həm də Soçi görüşü üzrə bəyanatlara əsasən delimitasiyanın ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı tanınması əsasında həyata keçirilməsi nəzərdə tutulub. Bu o deməkdir ki, rəsmi Bakı ərazi bütövlüyünün BMT nizamanməsinə uyğun qarşılıqlı şəkildə tanındığı sülh müqaviləsinin imzalanmasını istəyir, delimitasiya prosesinin isə sonrakı mərhələdə həyata keçirilməsinin mümkünlüyünü nəzərə alır.

İrəvanın mövqeyi 8 kəndi qaytarmaq niyyətində olmadıqlarını təsdiq edir. Bu situasiyada məsələnin fərqli yollarla həll edilməsi də istina deyil.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm