Nida Təhlil
Ərdoğanın Azərbaycana səfərində verilən mesaj: Yaxın 10 il ərzində...
“Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri gerçəkləşdi. Artıq bu ənənə halını alıb. Hər iki dövlət başçısı yenidən prezident seçildikdə ilk xarici səfərlərini qardaş ölkəyə edir. Bu dəfə də ənənə qorunub saxlanıldı. Ərdoğan ikinci dəfə prezident seçildikdən sonra ilk dövlət səfərini Azərbaycana etdi”.
Bu sözləri Publika.az-a açıqlamasında politoloq Amid Əliyev deyib.
O bildirib ki, bu, hər şeydən öncə Türkiyə ilə Azərbaycan arasında olan münasibətlərin ən yüksək həddə olduğunun göstəricisidir:
“Son on ilə nəzər salsaq, görərik ki, Azərbaycan və Türkiyə arasında sıx sosial, iqtisadi, siyasi, hərbi əməkdaşlıq əlaqələri mövcuddur. Şuşa bəyannaməsi imzalandıqdan sonra ölkələr arasındakı münasibətlər həm məzmun, həm də keyfiyyət cəhətdən yeni bir mərhələyə qədəm qoydu, strateji müttəfiqlik səviyyəsinə qədər qalxdı. Bu o deməkdir ki, Türkiyə Azərbaycanın milli təhlükəsizliyini və milli maraqlarını öz təhlükəsizliyi və maraqları kimi qəbul edir”.
Politoloqun sözlərinə görə, təhdidlər ola biləcəyi təqdirdə Türkiyə Azərbaycanın yanında yer alacaq:
“Yeni qurulmuş kabinetə nəzər yetirsək, görərik ki, XİN, müdafiə strukturuna, eləcə də iqtisadi sahəyə rəhbər təyin edilən şəxslərin əsas məqsədi qarşıdakı 10 il müddətində Türkiyənin xarici siyasətində hərbi qüdrətinin artırılmasına və iqtisadi-siyasətdə yeni uğurlara imza atmağa hədəflənib. Bu, eyni zamanda Azərbaycanla münasibətlərə də öz təsirini göstərəcək. Azərbaycan ordusu Türkiyə standartları səviyyəsində qurulur. Azərbaycan və Türkiyə diplomatiyası xaricdə birlikdə fəaliyyət göstərir. Hər-hansı təzyiq olduqda, bir dövlət digərinə dəstək verir”.
A.Əliyev qeyd edib ki, yaxın 10 il ərzində iqtisadi əlaqələrdə də irəliləyişlər olacağı gözlənilir:
“2022-ci ildə iki dövlət arasında xarici ticarət dövriyyəsi 5.8 milyard dollara yaxın olub. Yaxın 2-5 il ərzində bu rəqəmin daha da artacağı gözlənilir. İki dövlət arasında əlaqələrin inkişaf etməsinə nümunə olaraq, Qarabağda başladılan yenidənqurma işlərini göstərmək olar. Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçilməsi qarşıdakı on ildə iki dövlət arasındakı əlaqələrin hər sahədə inkişafının möhkəmlənməsinə gətirib çıxaracaq”.
Aydan Beydullayeva
-
Ekopublika.az05:45“Nvidia” rəhbərinin 162 milyard dollarlıq sərvəti gündəmdə - Tarixin ən bahalı boşanması baş verəcək?
-
Qoroskop01:20Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün yeni həyat başlayır
-
Dünya00:27Türkiyədə zavodda partlayış: ölənlərin sayı artdı - Yeniləndi
-
Avropa9 Noyabr 23:55700 supermarketə hücumun arxasında İran dayanır - Fransadan ittiham
-
Elm və təhsil9 Noyabr 23:05Abituriyentlər iki fəndən imtahan verəcək? - Ekspertdən AÇIQLAMA
-
Region9 Noyabr 21:00Ərdoğan zavoddakı partlayışın ağır nəticələrini açıqladı - 16 nəfər öldü
-
Nida Xəbər 9 Noyabr 15:03Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik etdi
-
Rəsmi xronika9 Noyabr 14:04Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi














.webp)











.jpg)





.jpg)




