Nida Təhlil
İrəvan Kərki kəndinin önündə ABŞ “qalxanı” hazırlayır – Arazdəyən PLANI
İrəvanın Arazdəyəndə əsas hədəfi nədir?
Ermənistanın Azərbaycanı Arazdəyəndə metallurgiya zavodunu atəşə tutmaqda ittiham etməsi bu sualı gündəmə gətirir.
Bu bölgədə metallurgiya zavodu inşa edilir. İnvestisiya ABŞ-da fəaliyyət göstərən “CS Global Investments” (sahibi Hindistan əsilli Bobbi Kanqdır) və “Virtual Funding” (sahibi Ermənistan vətəndaşı Qriqor Ter-Qazaryandır) şirkətlərinə məxsusdur. Zavodun zəhərli kimyəvi tullantıları bölgəyə, xüsusilə Araz çayına ekoloji fəlakət vəd edir.
Ekoloji fəlakətə səbəb olsa da, belə bir zavodun Arazdəyəndə inşa edilməsi Ermənistanın Kərki ilə bağlı planlarından qaynaqlana bilər, bu, xüsusilə ankavların qaytarılması perspektivinin aktual olması fonunda diqqət çəkir.
Anklavlarla bağlı məsələ müzakirə mərhələsindədir və burada iki variantın olduğu də sirr deyil:
Birinci variant danışıqlar yoludur: Ermənistan prosesi pozmaq üçün 1975-ci il xəritəsini ortaya atır, bununla SSRİ vaxtı ermənilərə verilən ərazilərə – Başkənd – iddiasını irəli sürür; Bakı buna qarşıdır və burada məsələnin danışıqlar yolu ilə həllinin çətinliyi önə çıxır;
İkinci variant hərbi yoldur: bu, istisna deyil, rəsmi Bakı daha əvvəl məsələnin hərbçilər tərəfindən həll edilməsi variantının olduğuna dair xəbərdarlıq edib;
Birinci variantı qəbul etməyən Ermənistan Arazdəyəndə zavod inşa etməklə ikinci variantın praktiki müstəvidə reallaşmasının qarşısını almağı planlaşdırır.
Kərkinin hərbi yolla azad edilməsi variantında Arazdəyən bölgəsi keçid ərazisidir və bu bölgəyə ABŞ şirkətlərinin investisiya yatırması belə bir perspektivdə Vaşinqtonun prosesə müdaxiləsinə şərait yaradır. Beynəlxalq təcrübəyə əsasən xarici investisiyanın yatırıldığı bölgələrdə kapitalın məxsus olduğu ölkə gərginliyin əleyhinə olur. Burada İrəvanın niyyəti də Kərki kəndinin azad edilməsi perspektivinin önündə ABŞ investisiyasını qalxan olaraq istifadə etməkdir. Azərbaycanı zavodu atəşə tutmaqda və əcnəbiləri yaralamaqda ittiham etməsi buna hesablanıb. Və belə görünür ki, bundan sonra Arazdəyən istiqamətində hərbi gərginliklə bağlı ittihamlar daha intensiv olacaq.
Asif Nərimanlı
-
Magazin123:00“Eşref Rüya”da şok ayrılıq - Foto
-
Magazin122:36Alim Qasımovla yeni qohum olan kürəkən iş axtarır - Video
-
İdman20:36Ronaldo bu gün məşqə də çıxmadı - Nə baş verir?
-
Magazin120:24Tatlıses Günelə mirasından pay verib?
-
Sosial19:48Qalib Salahzadənin dəniz kənarındakı obyektləri sökülür
-
Elm və təhsil19:00Nazir bu xanıma yüksək vəzifə verdi - FOTO
-
Nida Xəbər 16:16Azərbaycan vasitəsilə benzin idxalı qiymətlərə təsir edəcək - Ermənistan ümidlidir
-
Dünya14:52Epşteyn Putinlə də görüşmək istəyib? - Kremldən rəsmi açıqlama










.jpg)











.jpg)


.jpg)











