Nida Təhlil
Erməni təxribatlarında İranın əli var? - Ərdoğanın açıqlamasından sonra... - VİDEO
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngəzur dəhlizinin açılması ilə bağlı verdiyi müsbət siqnalları və ardınca Naxçıvanla Azərbaycanın quru əlaqəsinin yaranmasına maneə olan tərəfin məhz İran olduğunu elan etməsindən sonra Ermənistanın hərbi təxribatlarının intensivləşməsi və Laçın postunun vurulması məsələsində İranın izi varmı? sualı gündəmə gəlir.
Mövzu ilə bağlı Publika.az-a danışan millət vəkili Fazil Mustafa qeyd edib ki, əslində Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərindən öncə də, İran birmənalı şəkildə Zəngəzur dəhlizinin açılmasına maneə olan ünsür kimi çıxış edirdi.
“İranın bu siyasəti birbaşa Ermənistanın maraqlarına xidmət edir və qonşuları ilə münasibətləri poza biləcək yanlış və anlaşılmayan bir siyasətdir. Bu günə qədər də bu siyasəti davam etdirilir. Ərdoğan da əslində burada yumşaq mesaj verdi və bildirdi ki, biz bu bölgədə İranla əməkdaşlıq etmək istəyirik, Tehran rejimi isə təzyiq edir. İranın Aərbaycana qarşı addım atması heç bir halda müsbət qarşılana bilməz. Biz dəhlizin açılması məsələsində də artıq İranın təkləndiyini görürük”.
Deputat bildirib ki, Ermənistan özü də etiraf edir ki, bu kontekstdə İran daha çox təzyiq göstərir:
“Halbuki Zəngəzur dəhlizinin açılması hər iki tərəfin də maraqlarına uyğundur. İranın ali dini rəhbərinin təmsilçisi qeyd etdi ki, biz bu yolun açılmasının əleyhinə deyilik. Naxçıvandan yüklərin daşınmasına da qarşı çıxmırıq. Amma orada başqa bir alternativ var ki, sözügedən proses İran üzərindən həyata keçirilsin. Əlbəttə, İran normal bir ölkə olsa, burada bir problem yoxdur. İstənilən vaxt, istənilən şəkildə yolu bağlamaq və beynəlxalq hüquqa zidd hər hansı bir addımı atmaq İrana xas davranışlardan biridir. Dəfələrlə də bunu sübut edib. Bu səbəbdən Azərbaycan öz işini çətinə sala bilməz. Biz İranla əlaqəni də Culfa üzərindən quracağıq. Məncə, bu prosesdə hansısa bir problem yaşanmayacaq. Sadəcə İran hələ də nə etdiyini bilmir. Ərdoğanın açıqlamasından sonra bəlli bir situasiya yaranıb və bu situasiyaya uyğun davranacağıq. Ehtimal ki, Zəngəzur dəhlizi yaxın müddətdə açılacaq”,- deyə o yekunlaşdırıb.
İranın Azərbaycana əks mövqeyinin uzun illərə dayandığını xatırladan politoloq Cümşüd Nuriyev qeyd edib ki, bu ölkənin Azərbaycana qarşı xəyanətinin ən azı 31 illik tarixi var.
“İran Azərbaycan müstəqilliyini qazanandan sonra öz nifrətini gizlədə bilmir. Farslar hələ də qəbul edə bilmirlər ki, min ildən çox bunları türklər idarə edib. Eyni zamanda onların dövlət kimi qorunub saxlanmasında da türklərin rolu danılmazdır. Sözsüz ki, bunu Ərdoğan da, Azərbaycan Prezidenti də yaxşı bilir. İran Azərbaycan tərəfinin bu qədər iradə göstərməsini gözləmirdi. Onlar uzun müddət Azərbaycanın işğal olunmuş ərazilərindən böyük gəlir götürdülər. İllik dövriyyəsi 5-6 milyard dollar olan narkotik trafiki buradan keçirdi. Azərbaycan bu torpaqları azad etməklə onların biznes maraqlarına, həm də Ermənistanla “qardaşlıq” maraqlarına toxundu”.
Onun sözlərinə görə, Azərbaycana qarşı bu qədər nifrətin olması qəbuledilməzdir: “Laçın postunun qurulmasında da, Zəngəzur dəhlizinin açılması prosesinin gecikdirilməsində də Tehran-Paris-Moskva cütlüyü birgə fəaliyyət göstərir. Bunu yaddan çıxarmaq olmaz. Molla rejimi nifrətini Ermənistanın təxribatlarına yardımçı olması ilə qusması o demək deyil ki, bütün məsələləri həll edir. Heç bir məsələni həll etmir. Azərbaycan öz milli maraqlarına uyğun rəftar edir. Belə təxribatlar hər zaman olub və davam edəcək. Biz bunlara məhəl qoymayacağıq. İran dəfələrlə “qırmızı xəttimizdir” desə də, Zəngəzur dəhlizi mütləq açılacaq. Bunu Ermənistan da anlayır. Bu, hər dövlətin maraqlarına uyğundur. Azərbaycan yeganə dövlətdir ki, tranzit ölkə kimi bütün məsələləri tənzimləyə bilər. Paşinyan da bunu başa düşür və Azərbaycanın ərazi bütövlüyünü tanıyır”.
Hərbi ekspert Ədalət Verdiyev hesab edir ki, Zəngəzur dəhlizinin açılmasında İranın marağının olmadığı hər birimizə məlumdur. Bu, şübhə doğurmur.
“İranın Azərbaycana qarşı mövqeyi, Ermənistana dəstəyi, şübhə doğurmur. Lakin faktiki olaraq Laçın sərhəd-keçid məntəqəsində törədilmiş təxribatı birbaşa İranla əlaqələndirə bilmirik”,- deyə ekspert yekunlaşdırıb.
Ayşən Rəhim
-
Dünya16:54
Türkiyəli müəllimdən Azərbaycanla bağlı təsirli addım: Bayrağımızı... - VİDEO
-
Rəsmi xronika16:22
Prezident bu nazirə ali xüsusi rütbə verdi
-
Hadisə16:18
Bu şəxs Azərbaycandan məcburi çıxarılacaq: görün nə edib
-
Hadisə15:47
Bakıda MTN-də işləmiş qadını aldadıb 15 min manat aldılar
-
Magazin115:06
"Ailəli qadınların etdiklərini eşidəndə..." - VİDEO
-
İdman14:14
Sürətli yolların ərəb gözəli: O, ABŞ-ın tarixinə necə düşüb?
-
Dünya13:30
Putindən ən yaxın dostuna sürpriz hədiyyə: Yük təyyarəsi ilə göndərdi - VİDEO
-
İqtisadi gündəm13:16
Dollarla bağlı SON MƏZƏNNƏ - İlk dəfə olaraq bu həddi ÖTDÜ