Nida Təhlil
Ekoloji hərəkat siyasiləşə bilərmi? - Kimsənin ağlına gəlməyib ki...
Gədəbəy hadisələrinə görə bizim yerli ekoloji fəalların əsas ittiham ünvanı olan “Anglo- Asian Mining plc" şirkətinə qarşı sui-qəsd nəzəriyyəsinə mövzu verəcək hansısa gizli iş varmı? Müəyyən yönləndirmələri sezməmək mümkün deyil.
Hələ ötən ilin sonlarında ekofəallar sülhmərmalıların nəzarət zonasında qalmış yataqlara Azərbaycan tərəfinin baxış keçirməsinə nail olmaq üçün Xankəndi-Laçın yolunda keçirdiyi aksiyalar erməni və İran mediasında sözügedən şirkəti gündəmə gətirmişdi. İddia olunurdu ki, “aksiyaların arxasında bu şirkət, onun azərbaycanlı, britaniyalı və amerikalı ortaqları durur, ekoaksiyalar Xankəndi ermənilərinə qarşı beynəlxalq koalisiyanın sui-qəsdidir” və s. Erməni tərəfi diqqəti daha çox Reza Vəziriyə, Azərbaycandakı fəaliyyət və əlaqələrinə yönəldir, İran saytları isə Xankəndi-Laçın yolundakı aksiyanı "Anglo Asian Mining"lə bağlayır, bu fonda ekofəalların etirazlarında amerikan-ingilis “izləri” görürdülər. Diqqət buna yönəldilir ki, "Anglo Asian Mining"in səhmdarların biri ABŞ-ın sabiq prezidenti Corc Buş-Atanın administrasiyasının başçısı Con Sununudur. Hətta “Azərbaycan-Türkiyə tandeminin böyük dostu” – Britaniyanın Mİ-6 gizli kəşfiyyatının şefi Riçard Murun həmin vaxt İrəvana səfəri də bu kontekstdə şərh edilirdi.
Daha əvvəllər şirkət işğal olunmuş ərazilərimizdəki yataqların istismarına qarşı beynəlxalq müstəvidə müəyyən təbliğati, hüquqi işlər aparıb. Hərçənd bunun nə qədər uğurlu olub- olmadığını isə demək çətindir, amma aydındır ki, zamanında şirkətin Azərbaycanda fəaliyyətinə həm də bu məqsədlə “yaşıl işıq” yandırılıb. Şirkətlə bağlanmış müqavilə də PSA tiplidir, qanun statusundadır.
Təbii ki, sadalananlar şirkəti müqəddəsə, toxunulmaza çevirmir. Gədəbəy hadisələrini araşdırmaq üçün yaradılmış komissiya şirkətin məsuliyyətini də müəyyən edəcək, onun ekoloji normalara əməl etməməsi haqda iddiaların gerçəkliyi nə dərəcə də əks etdirib-etdirmədiyi bilinəcək.
Komissiyanın rəyinin necə olacağından asılı olmayaraq? bu tip şirkətlər tərəfindən ən azı ictimai rəyin iqnor edilməsi qınanası haldır.
Adətən, mədən sənayesi sahəsində çalışan iri şirkətlər donor kimi çıxış edir, yerli icma, QHT-lərlə birgə sosial və ekoloji layihələr həyata keçirir. Məsələn, bp BTC nin tikintisi zaman Gürcüstan, Türkiyə və Azərbaycanda onlarla belə layihəni dəstəklədi, ekoloji fəalların tələbi ilə ilkin marşrutdan müəyyən sapmalara gedildi. Və ya TAP kəmərinin çəkiliş ilə bağlı Balkanlarda və İtaliyanın Apuliya bölgəsində ekofəalların tələbi ilə xəttin marşrutuna korrektələr edilib, yerli icmaların sosial təşəbbüslərinə, ekoloji layihələrinə dəstək verilib. KİV-lərdə qaldırılmış ajiotajla bağlı izahedici iş aparılıb, bəzən ictimai lobbiçilik və reklam üçün büdcə ayrılıb.
“Yaşılları” birləşdirən elə beynəlxalq QHT şəbəkələri -İNGO-lar var ki, sadəcə reketdirlər. Lakin onlara dözürlər, dünya ictimai rəyində, ölkələrdə indi ekoloji tələblərin həssas olduğunu anlayırlar, bu təşkilatlarla işləyir, bilmək istəsəniz, “saqqızlarını oğurlayırlar”. ABŞ da “yaşıl hərəkat”ının Ralf Nader adlı livanlı bir lideri var idi, barəsində dələduzluq ittihamları belə qaldırılmışdı. Amma 2020-ci ilin prezident seçkiləri vaxtı El Qorun səslərini parçalamaq üçün ondan məharətlə istifadə etdilər.
İcmaları, yerli ictimaiyyəti razı salmağın yolu budur. Madam ki, çoxsaylı şübhələr, narahatlıqlar var, labüd idi ki, mədən sənayesində çalışan milli və beynəlxalq şirkətlər bizdə də oxşar davranış sərgiləyəydilər. Ona görə yox ki, ünvanlarına deyilən ittihamların hamısı haqlıdır. Ona görə ki, ekoloji mövzu bizdə də həssasdır, ictimai rəy etirazçıya daha çox inanır, nəinki hər hansı şirkətə. Bəs bizdə belə təşəbbüslərə dəstək verilibmi? Ümumən yerli şirkətlərin hansısa birinin ciddi sosial təşəbbüslərə dəstək verməsinə, donor kimi çıxış etməsinə dair yaddaqalan, nəzərəçarpan nümunələr varmı?
Nəhayət, bizdə də ekoloji hərəkatın formalaşması, müəyyən siyasi çalar qazanması üçün illərdir davam edən, gözardı edilməyəcək təşəbbüslər var. Problem olmayanda belə süni problemlər, deyək ki, ərəb turistləri ilə bağlı yalan -gerçək mövzular gündəliyə gətirilir. Rus və türk “yaşılları”na aid nəşrlər tez-tez bizim ekofəallara tribunalar təqdim edir, ekososialistlərin ideoloji baxımdan təşkilatlanması, birləşdirlməsi üçün hansısa səhifələr açılıb, qəhrəmanlar da yetişdirilib. İndi ortada bu qədər şiş(irdil)miş mövzu da qazandılar: icmanın tələblərinə məhəl qoyulmadan hasilat qərarı verilib, zəhərli sular axıdılacaq rezervuarlar tikilib, icra hakimiyyətinin başçısının sözləri ilə desək, göl “rəsmi fəaliyyətə başlayıb”. Fəqət kimsənin ağlına gəlməyib ki, yerli əhali ilə normal iş aparılsın, əgər orda qızıl hasilatı bu qədər vacibdirsə, gələcəkdə ekologiyanın bərpası ilə bağlı görüləcək işlər əhaliyə izah edilsin, icmanın hansısa layihələrinə dəstək verilsin, təşəbbüs yoxdursa belə, təklif edilsin, ictimai fəalların “saqqızları oğurlansın”. Kim etməli idi? Şirkət, mədən sənayesinə nəzarət etməli olan qurumlar, yerli icra strukturları, milli donor təşkilatları...
Cəmaləddin Quliyev, siyasi ekspert
-
Magazin216:50Castin Biberin həyat yoldaşı bu davranışı ilə gündəm oldu - FOTO
-
Maraq dünyası15:19Dünyanın ən nadir metalının adı açıqlandı - Qramı milyonlarla dollara başa gəlir
-
Hadisə15:00Ağdərədə minaya düşən kişinin vəziyyəti ağırdır - TƏBİB
-
Magazin214:14Bianka pəhrizsiz 40 kiloqram arıqladı
-
İdman13:57UFC prezidenti Trampa olan sui-qəsddən danışdı: Hər dəqiqəsindən zövq aldım!
-
Avropa12:12Kallas Trampa qarşı sui-qəsdi "qorxu meydanı"na bənzətdi
-
Ekologiya11:51Azərbaycanın bu ərazilərinə qar yağdı - FAKTİKİ HAVA
-
ABŞ10:37Trampın qatıldığı tədbirdə atəş açanın əsas hədəfi onlar olub








































.png)