Nida Təhlil
Qarabağda təxribatların hədəfi və sifarişçiləri - “Qisas” əməliyyatı davam edəcək
Dünən Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə qalan qanunsuz silahlı dəstələrin təxribat hücumu nəticəsində ordumuzun hərbi qulluqçusu yaralandı. Buna cavab olaraq Ordumuzun Qarabağda həyata keçirdiyi “Qisas” əməliyyatı ilə 5 terrorçu məhv edildi, hərbi infrastruktur darmadağın edildi.
Bütün bunların Vaşinqtonda xarici işlər nazirlərinin görüşü ərəfəsində baş verməsi diqqət çəkir və təxribatların məqsədini, sifarişçilərin kim olduğunu aydın göstərir.
Vaşinqtonda müzakirə edilən əsas məsələlərdən biri Qarabağdakı erməni əhalisinin Azərbaycana reinteqrasiyasıdır. Rəsmi Bakı bölgədəki erməniləri Azərbaycan vətəndaşı olaraq qəbul edir. Vətəndaşlığı qəbul edənlər Azərbaycanda bərabərhüquqlu şəraitdə yaşayacaqlar, qəbul etmək istəməyənlərin bölgədən ayrılmasına tam şərait yaradılır. Beynəlxalq müstəvidə qəbul edilən reinteqrasiya prosesinə əsas maneə Qarabağda hələ də qalan separatçılardır. Beynəlxalq danışıqlarda Bakıdan separatçılara amnistiya imkanının yaradılması xahişi olunub. Prezident İlham Əliyev bəyan edib ki, onlar təslim olarsa, amnistiya haqda düşünmək mümkündür. Bu mövqe rəsmi Vaşinqton tərəfindən də dəstəkləndi.
Vaşinqtonda müzakirə mövzularından birinin bu olduğu istisna deyil: rəsmi Bakı separatçıların amnistiyadan belə yararlanmaq istəmədikləri, reinteqrasiya prosesini pozduğu və bütün bunların Azərbaycanın suverenliyinə qarşı təhdid yaratdığı məsələsini gündəmə gətirir, bununla separatçılara qarşı mümkün praktiki addımların təkcə suverenliyimizə olan təhdidlərin aradan qaldırılması yox, həm də erməni əhalisinin hüquq və təhlükəsizliyinin qorunması olaraq qəbul edilməsi mövqeyi beynəlxalq müstəvidə aktuallaşır;
Danışıqların getdiyi vaxt Qarabağda törədilən təxribat və hərbi qulluqçumuzun yaralanması da separatçıların bu situasiyanı dəyişmək cəhdidir:
Birincisi, danışıqları pozur, Vaşinqtonda mümkün nəticələrin əldə edilməsinin qarşısını almağa çalışırlar: separatçı rejimin Ermənistana danışıqları dayandırmaq çağırışı da bunu təsdiq etdi;
İkincisi, “reinteqrasiyanın mümkün olmadığını” nümayiş etdirir, bununla öz mövcudluqlarını qorumağa çalışırlar;
Bu təxribatlarda əsas maraqlı tərəfin Rusiya olduğu istisna deyil. Vaşinqtonda danışıqların getdiyi vaxt belə təxribatlar danışıqlar prosesinin pozulması baxımından Moskvaya sərf edir və bəllidir ki, separatçıları buna sövq edən Rusiya sülhməramlılarıdır. Ordumuza qarşı təxribat hücumu tördən qanunsuz silahlı birləşmələrin Rusiya sülhməramlılarının tam nəzarətində olması faktı da bu fikri gücləndirən amillərdəndir.
Və burada əsas şübhəli məqamlardan biri də separatçı-terrorçu rejimi müdafiə edən, onların mövcudluğunu qorumaq məqsədilə Azərbaycana qarşı ittihamlar irəli sürən AŞPA və Avropa Parlamenti kimi Qərb strukturlarındakı siyasətçilərin kimə işlədiyidir. Belə siyasətçilərin erməni diasporu/lobbisinə bağlı olduğu bəllidir, lakin onların Rusiyanın da sifarişini yerinə yetirdiyi istisna edilməməlidir. Onların separatçıları müdafiə etməsi Qarabağda hərbi təxribatları stimullaşdırır və bu danışıqlar prosesinin pozulması ilə nəticələnir. Hazırda danışıqlar prosesinin ABŞ-ın təşəbbüsü ilə aparıldığını və bu təşəbbüsə qarşı çıxan əsas tərəfin məhz Rusiya olduğunu nəzərə alsaq, separatçıları müdafiə etməklə onları təxribatlara sövq edən avropalı siyasətçilərin Moskvaya işlədiyinə dair şübhələr artır. Beləliklə, Moskva Vaşinqtonun təşəbbüskarı olduğu danışıqların pozulması üçün Qarabağdakı separatçıları təxribtlara sövq etməklə praktiki, AŞPA-AP kimi strukturlarda avropalı siyasətçiləri danışdırmaqla diplomatik addımlar atır. Baş verənlər bununla bağlı açıq suallar yaradır.
Bu təxribatların davamlı olacağı gözləniləndir. Çünki erməni əhalisinin reinteqrasiyası ilə bağlı həm Qarabağdakı ictimai rəy, həm də beynəlxalq müstəvidəki rəy gücləndikcə, separatçılar hərbi eskalasiya yaradaraq, prosesin önünü kəsməyə çalışacaq. Artıq yeni təxribatların hazırlandığına dair məlumatlar və bu məlumatları təsdiq edən görüntülər yayılıb. Bu təsdiq edir ki, rəsmi Bakı yeni təxribatlardan məlumatlıdır və buna qarşı daha sərt cavab veriləcək. Bundan öncə Fərrux, Sarıbaba təxribatlarına verilən qətiyyətli cavab növbəti təxribatlara qarşı atılacaq addımların necə olacağını təsəvvür etməyə imkan verir: qanunsuz silahlı dəstələr məhv ediləcək, onların mövqeyi darmadağın olacaq, Qarabağda suverenliyimizə qarşı istənilən təhdid aradan qaldırılacaq;
Bunu separatçıları təxribatlara sövq edən sülhməramlılar da, bu təxribatlara göz yumaraq, Azərbaycana qarşı iddialarını irəli sürən, separtçı-terrorçu rejimi müdafiə edən Qərb dairələri də anlamalıdır.
Asif Nərimanlı
-
Nida Xəbər 19:05
Qazaxın azad olunan dörd kəndi belə qorunur - Foto
-
Magazin218:55
Bu məşhurların fəxri adları əllərindən alındı
-
İdman18:25
Türkiyə klubunun baş məşqçisi öldürüldü
-
Dünya16:54
Türkiyəli müəllimdən Azərbaycanla bağlı təsirli addım: Bayrağımızı... - VİDEO
-
Rəsmi xronika16:22
Prezident bu nazirə ali xüsusi rütbə verdi
-
Hadisə16:18
Bu şəxs Azərbaycandan məcburi çıxarılacaq: görün nə edib
-
Hadisə15:47
Bakıda MTN-də işləmiş qadını aldadıb 15 min manat aldılar
-
Magazin115:06
"Ailəli qadınların etdiklərini eşidəndə..." - VİDEO