Nida Təhlil
Qarabağdan Vaşinqtona “atəş açıldı” - Bakının “Qisas”i böyüyə bilər
Separatçılar ordumuzun “Qisas” əməliyyatına görə, Vaşinqton danışıqlarının dayandırılması üçün İrəvana müraciət edib. Hərbçimizin yaralanması ilə nəticələnən təxribatın məqsədi bu müraciətlə daha da aydın olur: Xankəndidə qorxurlar ki, Vaşinqtonda Bakı və İrəvan irəliləyiş əldə edə bilər, təxribat hücumu ilə prosesi pozmağa çalışırlar.
Və sirr deyil ki, təxribatların idarəedicisi Vaşinqton prosesinin pozulmasında əsas maraqlı tərəf olan Rusiyadır.
Ermənistanın da danışıqlardan yayınmaq üçün prosesdən yararlana biləcəyi gözləntisi var. İrəvan qondarma “Bakı-Xankəndi” formatını və “beynəlxalq mexanizm” istəyini əsaslandırmaq üçün baş verənlərdən istifadə etməyə çalışacaq. Paşinyanın Bakının “Qisas” əməliyyatı haqda dedikləri, “beynəlxalq ictimaiyyəti Qarabağdakı erməni əhalisinin “hüquq və təhlükəsizliyini” qorumağa çağırması” da bu ehtimalı artırır.
Lakin İrəvanın danışıqlardan yayınması ümidlərin azaldığı sülh prosesinə zərbə olsa da, Moskva ilə birgə Vaşinqtonun təşəbbüsünün pozulmasına hesablanmış addım kimi qəbul olunacaq və bu, Bakının suveren ərazisində əməliyyatları genişləndirmək üçün beynəlxalq dəstəyin artması ilə nəticələnə bilər. Belə bir perspektivdə Rusiyanın proseslərə təsir edə biləcək səviyyədə müdaxilə imkanları da zəif görünür.
Separatçıların yeni təxribata hazırlaşdığına dair məlumatlar var. Bu, “Qisas” əməliyyatının davamlı ola biləcəyi deməkdir.
Asif Nərimanlı
-
Magazin216:50Castin Biberin həyat yoldaşı bu davranışı ilə gündəm oldu - FOTO
-
Maraq dünyası15:19Dünyanın ən nadir metalının adı açıqlandı - Qramı milyonlarla dollara başa gəlir
-
Hadisə15:00Ağdərədə minaya düşən kişinin vəziyyəti ağırdır - TƏBİB
-
Magazin214:14Bianka pəhrizsiz 40 kiloqram arıqladı
-
İdman13:57UFC prezidenti Trampa olan sui-qəsddən danışdı: Hər dəqiqəsindən zövq aldım!
-
Avropa12:12Kallas Trampa qarşı sui-qəsdi "qorxu meydanı"na bənzətdi
-
Ekologiya11:51Azərbaycanın bu ərazilərinə qar yağdı - FAKTİKİ HAVA
-
ABŞ10:37Trampın qatıldığı tədbirdə atəş açanın əsas hədəfi onlar olub








































.png)