Nida Təhlil
"TikTok"a baxıb, özünü oda atanlar: Şəxsi məqamları sosial mediada ictimailəşdirməyin FƏSADLARI
Bu gün sosial media insanların həyatını hardasa idarə edən əsas vasitəyə çevrilib. Bəzilərinin bu platformalarda nümayiş etdirdiyi "həyat performansı" onu izləyənləri nələrdənsə "geri qaldığını" "düşünmə"yə yönləndirir. Bu isə nəticə etibarı ilə bir sıra neqativ hallara gətirib çıxarır. Bu, özünü insan həyatının hər anında, ailə daxilində də göstərir.
Mövzu ilə bağlı Publika.az-a danışan psixoloq Samirə Bağırova bildirir ki, kommunikasiya vasitələrinin kütləyə böyük təsiri var. "Sürü psixologiyası" da elə bu deməkdir:
“Yəni insanın qərarvermə və öz düşüncəsi ilə hərəkətetmə qabiliyyətinin itməsidir. Sosial mediada, yaxud televiziyalarda məşhurların istər müsbət, istər mənfi hərəkət və çıxışları kütləyə birmənalı şəkildə təsir edir. Əfsuslar olsun ki, günümüzdə ən çox mənfi tərəfdən təbliğatlar aparılır. Düzdür, hansısa məşhuru qınaq obyektinə salsaq, o deyə bilər ki, bu mənim şəxsi səhifəm, yaxud şəxsi kanalımdır, kimisə məcbur cəlb etmirəm. Amma nəzərə almaq lazımdır ki, "şəxsini" də adından göründüyü kimi şəxsi saxlamalı, ictimailəşdirilməməlidir. Düşünürəm ki, artıq bu mövzuda idarəni itirmişik.”

Psixoloq Fərqanə Mehmanqızının sözlərinə görə isə sosial şəbəkə insanlara psixoloji pozuntular yaşada bilir.

Onun sözlərinə görə, sosial şəbəkənin buna gücü çatır:
“Həyatlarından narazı olan psixohəssas insanlarda sosial mediada aktrisaların, bloqerlərin hesablarına və ya insanların şəxsi profillərinə baxan zaman öz həyatlarına və həyatlarını idarə edən insanlara qarşı aqressiya başlayır. Orada hər şey göründüyü kimi deyil, bəzədilmiş halda olduğu, həyatlar sosial şəbəkədə daha möhtəşəm göründüyü üçün bu hal yaşanır. Bu aqressiya da sonradan psixoloji təzyiqə yol aça bilir, özünün güvənsizliyinə, özünün narazılığına və hətta depressiyaya da gətirib çıxara bilir. Təbii ki, bu hal ailədə konfliktlərə, narazılıqlara da yol açır. Bu istər qadınlar, istərsə də kişilər tərəfindən belə olur. Bu, baxışdan da asılıdır. İnsanlar artıq olanı və olmayanı çox açıq, şişirdilmiş şəkildə göstərdiyi üçün bu həyat tərzini yaşamayan və yaşamaq istəyən adamlarda problem yarada bilir. Bu, təbii ki, ailə daxilində də özünü göstərə bilir. Daha yetişkin insanar bu problemin öhdəsindən gələ bilir və bu halı yaşamırlar.”
Nəzrin
-
Avropa12:12Kallas Trampa qarşı sui-qəsdi "qorxu meydanı"na bənzətdi
-
Ekologiya11:51Azərbaycanın bu ərazilərinə qar yağdı - FAKTİKİ HAVA
-
ABŞ10:37Trampın qatıldığı tədbirdə atəş açanın əsas hədəfi onlar olub
-
ABŞ10:04Məşhur senator: "Trampa qarşı görünməmiş təhdidlər axını var!"
-
Digər09:32Modidən ABŞ-dakı atışmaya reaksiya: "Xəsarət almadıqlarını öyrənəndə rahat oldum!"
-
Sağlamlıq09:21Növbəti beş ildə ən çox ölümə səbəb olacaq xəstəliklər açıqlandı
-
İdman06:46Ulduz tennisçi atasını hər kəsin gözü qarşısında alçaltdı - VİDEO
-
ABŞ06:30Trampın iştirak etdiyi tədbirdə atəş açan o imiş



















.png)



















.png)