Nida Təhlil
Azərbaycan ordu ilə yanaşı donanmanı da gücləndirir: Belə olduğu halda...
Xəbər verdiyimiz kimi, iyulun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirə keçirilib.
Mövzu ilə əlaqəli politoloq Turab Rzayev Publika.az-a açıqlama verib.
O, qeyd edib ki, ötən gün sosial-iqtisadi yekunlara həsr olunmuş müşavirədə Azərbaycan öz əsas prioritetlərini bir daha göstərib:
"Bütün xərclərin əsas payı Qarabağın yenidən qurulmasına və ordu quruculuğuna yönələcəyi bildirildi. Digər bir detal ondan ibarətdir ki, dövlətimiz ordu ilə yanaşı donanmanı da gücləndirməyə çalışır. Belə olduğu halda Azərbaycan həm öz neft-qaz tankerlərini təmir edəcək, həm də yeni işlərə zəmin yaradacaq. Belə ki, gəmiçiliyin istehsal müəssisə genişlənəcək. Bu çox xoş xəbərdir. Çünki bölgədə buna ehtiyac var idi”.

Politoloq vurğulayıb ki, hər zaman olduğu kimi Azərbaycan Qarabağ məsələsində mövqeyini açıq şəkildə ifadə etdi:
“Biz sülhün olmasını istəyirik. Həmçinin, Zəngəzur dəhlizində Ermənistanın öz öhdəliklərini yerinə yetirməsini tələb edirik. Beynəlxalq güclərin verdikləri sözləri yerinə yetirməsini gözləyirik. Görünən odur ki, Azərbaycan Ordusu yenə də yüksək texnoloji hərbi vasitələrlə təmin ediləcək. Həmişə olduğu kimi bütün vəziyyətlərə hazır olacaq. Lakin Azərbaycanın öncəliyi sülh danışıqlarıdır. Sülh danışıqları ilə bağlı müsbət göstəricilər olmasa, Ali Baş Komandanın əmri ilə Azərbaycan Ordusu hərəkətə keçəcək”.
T. Rzayev əlavə edib ki, hərbi məsələlərlə yanaşı iqtisadi sahədə də xeyli inkişaf və uğurlar müşahidə olunub.
“Abşeron yatağının istismarı həm Türkiyəyə, həm də Avropaya ixrac etdiyimiz qazın miqdarını artıracaq. Həmçinin, Azərbaycanın yaşıl enerji üzrə regionun liderinə çevrilmək imkanı var”.
Aysel Şahmar
-
Avropa12:12Kallas Trampa qarşı sui-qəsdi "qorxu meydanı"na bənzətdi
-
Ekologiya11:51Azərbaycanın bu ərazilərinə qar yağdı - FAKTİKİ HAVA
-
ABŞ10:37Trampın qatıldığı tədbirdə atəş açanın əsas hədəfi onlar olub
-
ABŞ10:04Məşhur senator: "Trampa qarşı görünməmiş təhdidlər axını var!"
-
Digər09:32Modidən ABŞ-dakı atışmaya reaksiya: "Xəsarət almadıqlarını öyrənəndə rahat oldum!"
-
Sağlamlıq09:21Növbəti beş ildə ən çox ölümə səbəb olacaq xəstəliklər açıqlandı
-
İdman06:46Ulduz tennisçi atasını hər kəsin gözü qarşısında alçaltdı - VİDEO
-
ABŞ06:30Trampın iştirak etdiyi tədbirdə atəş açan o imiş



















.png)



















.png)