Nida Təhlil
Qərb Ukraynanın başını belə aldadır - Zelenskinin acı etirafı
ABŞ prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bolton Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı danışıqların vaxt itkisi olduğunu deyir. Əlavə edir ki, bunun üçün demokratiyanın olmaması, korrupsiya ilə mübarizə və digər şərtlərdən bəhs etmək mənasızdır. Çünki münaqişə gedən ölkənin NATO-ya üzvlüyü mümkün deyil, bunu Ukraynaya deməlidirlər.
Əslində Bolton hamının bildiyini deyir. NATO Nizamnaməsinin 5-ci maddəsi bunu mümkünsüz edir, əgər Ukrayna Alyansa qəbul olunacaqsa, bu, NATO-nun avtomotik olaraq Rusiya ilə müharibəyə qoşulması deməkdir. Kiyevi qəbul etmək üçün NATO ya nizamnaməni dəyişdirməlidir ki, bu da, Alyansın ümumiyyətlə mövcudluğunu sual altına salır, ya da Rusiya ilə müharibəyə qoşulmalıdır. Hərçənd, hər iki halda NATO yenə müharibəyə daxil olmuş hesab ediləcək.
Alyans üzvlərinin haqlı səbəbləri var: müharibəyə qoşulmaq istəmirlər;
Ukrayna da haqlıdır: ərazi bütövlüyünü bərpa etmək, rus işğalından xilas olmaq istəyir;
Lakin Ukraynaya “yox” da deyilmir, “prosedurun sadələşdirilməsi” ilə üzvlük vədi davam edir. Əvəzində G-7 səviyyəsində təhlükəsizlk zəmanətləri verəcəklər və hesab edirlər ki, bu, Putinə böyük siqnal olacaq, Avropaya da sülhü gətirəcək. Aydındır ki, Avropa paytaxtlarında əyləşənlər Ukraynada müharibənin bitməsində maraqlı deyil, bir qismini döyüş, Ukraynada getdiyi müddətdə o qədər də maraqlandırmır.
Bu yanaşmaya ən real cavabı elə Zelenskinin özü verib: “Ukrayna açıq şəkildə başa düşür ki, müharibə davam edərkən o, NATO-ya üzv ola bilməz... Lakin bu gün ilk dəfə olaraq, uyğun şərtlər olduqda Ukraynanın NATO-ya üzv olacağına əminlik səslənirdi. Bununla belə demək istəyirəm ki bu (uyğun şərtlər) yer üzü təhlükəsiz olanda olacaq”. Yəni Ukrayna da bu vədlərə inanmır.
Asif Nərimanlı
-
Avropa12:12Kallas Trampa qarşı sui-qəsdi "qorxu meydanı"na bənzətdi
-
Ekologiya11:51Azərbaycanın bu ərazilərinə qar yağdı - FAKTİKİ HAVA
-
ABŞ10:37Trampın qatıldığı tədbirdə atəş açanın əsas hədəfi onlar olub
-
ABŞ10:04Məşhur senator: "Trampa qarşı görünməmiş təhdidlər axını var!"
-
Digər09:32Modidən ABŞ-dakı atışmaya reaksiya: "Xəsarət almadıqlarını öyrənəndə rahat oldum!"
-
Sağlamlıq09:21Növbəti beş ildə ən çox ölümə səbəb olacaq xəstəliklər açıqlandı
-
İdman06:46Ulduz tennisçi atasını hər kəsin gözü qarşısında alçaltdı - VİDEO
-
ABŞ06:30Trampın iştirak etdiyi tədbirdə atəş açan o imiş



















.png)



















.png)