Nida Təhlil
Araikin bəyanatı Rusiyaya ünvanlanıb - Separatçılar qorxur ki...
Hazırda Qarabağda vəziyyət Araik Arutyunyanın nəzarətindən çıxıb. Buna görə də o, aksiyalar keçirməklə ermənilərin cilovunu ələ almağa çalışır. Həmçinin, Arutyunyan “bir həftə ərzində stabil və normal vəziyyətin yaradılması üçün beynəlxalq müdaxilə edilməsə, biz həm “artsax"da, həm də ondan kənarda daha sərt tədbirlərə əl atacağıq” deməklə zaman qazanmaq niyyəti güdür.
Bunu Publika.az-a açıqlamasında politoloq Fərhad Məmmədov deyib.
F.Məmmədov separatçıların başçısı Araik Arutyunyanın beynəlxalq ictimaiyyətə ünvanladığı dünənki bəyanatla bağlı danışarkən qeyd edib ki, həmin müraciətin məqsədi Qərbə deyil, Rusiyaya səslərinin eşitdirilməsi olub:

"Həmin qondarma rəhbərlər bu dəqiqə qorxu içindədir. Bilirlər ki, Azərbaycan qisas əməliyyatlarına başlasa, separatçılar heç bir müqavimət göstərə bilməyəcəklər. Bununla yanaşı, Qarabağdakı ermənilər arasında parçalanmalar başlayacaq və onlar ölkəmizin vətəndaşı olmaq üçün Azərbaycan orqanlarına bu və ya digər formada müraciətlər edəcəklər. Əks təqdirdə isə şələ-külələrini yığıb, Qarabağdan gedəcəklər. Odur ki, Araikə görə, əgər Rusiya üçün Qarabağda qalmaq vacibdirsə, separatçılara dəstək olmalıdır.Yəni əsas mesaj bundan ibarətdir".
Poltoloq bildirib ki, A.Arutyunyanın nə cür hədə-qorxu gəlməsindən asılı olmayaraq, Azərbaycan ordusu dərhal istənilən təxribatın qarşısını almağa qadirdir.
Mehti Kamiloğlu
-
ABŞ10:37Trampın qatıldığı tədbirdə atəş açanın əsas hədəfi onlar olub
-
ABŞ10:04Məşhur senator: "Trampa qarşı görünməmiş təhdidlər axını var!"
-
Digər09:32Modidən ABŞ-dakı atışmaya reaksiya: "Xəsarət almadıqlarını öyrənəndə rahat oldum!"
-
Sağlamlıq09:21Növbəti beş ildə ən çox ölümə səbəb olacaq xəstəliklər açıqlandı
-
İdman06:46Ulduz tennisçi atasını hər kəsin gözü qarşısında alçaltdı - VİDEO
-
ABŞ06:30Trampın iştirak etdiyi tədbirdə atəş açan o imiş
-
Magazin206:16“Eşref Rüya”nın aktyoru Ərdoğanla görüşdü - VİDEO
-
Dünya04:44Fil sürüsü milyonçunun ov səfərinə SON QOYDU












.png)
























.png)