Nida Təhlil
Qələt edib Azərbaycana qarşı bəyanat verirlər! - EKSPERT
Bildiyimiz kimi, dünən baş separatçı Araik Artyunyan ermənilərə müraciət edib. O, müraciətində hədə-qorxu gəlib. Bildirib ki, bir həftə ərzində beynəlxalq müdaxilə olmasa, “Artsax” xalqının rəyi nəzərə alınmasa, sərt tədbirlərə əl atacaqlar. Araik bununla təxribat, terror aktları törədəcəklərinə işarə edib. Həm Azərbaycanı, həm də beynəlxalq qurumları hədələyib. Hədə-qorxudan sonra Araik oturaq aksiya elan etdiyini bildirib. Onun bu hədəsi Azərbaycana tam əsas verir ki, anti-terror əməliyyatını yubatmadan başlasın. Böyük ehtimalla, elə belə də olacaq.
Publika.az-a danışan hərbi ekspert Telman Qasımov bildirib ki, hazırda Qarabağda qalıb hələ də fəaliyyət göstərən “erməni rejimi”nin rəhbəri Araik Arutyunyanın açıqlamaları onun bir daha Kremlin, Moskvanın tərəfindən verilən tapşırıqları yerinə yetirdiyini göstərir: “Guya ki, 3 gündür baş tutan mitinqlərin keçirilməsindən xəbəri yoxdur. Onlarla əlaqələri yoxdur. Sonda da bildirir ki, bundan sonra keçib həmin aksiya işirakçılarının yanında olacam. Guya onların yanında deyilmiş kimi. Halbuki bəllidir ki, o aksiyaların arxasında dayanan qüvvələr Ruben Vardanyan və Araik Arutyunyandır. Hər ikisi də, Ruiyanın narrativlərini Qarabağda təbliğ edən fiqurlardır. Araik Aruyunyan çalışır ki, burada vəziyyəti yenə gərginləşdirsin, ağırlaşdırsın. Heç də Azərbaycanın qoyduğu tələblərə tabe olmaq istəmir. Əksinə, iddia edir ki, guya Azərbaycanla biz həmişə razı olmuşuq ki, danışıqlara gedək. Azərbaycan bizi həmişə qeyri-konstruktiv qələmə verib. Biz razı olmuşuq, sadəcə olaraq Azərbaycanın aqressiyası ucbatından o danışıqlar baş tutmayıb. Halbuki bunlar hamısı yalanlardır, şərdir, böhtandır. Bunlar Azərbaycanın 44 günlük müharibədən sonra qoyduğu şərtləri bu günə qədər qəbul etmirlər. Onlar gəlib Azərbaycanın şərtləri ilə razılaşsınlar, əli silahlı quldurlar təslim olsunlar və Azərbaycan konstitusiyası çərçivəsində torpaqlarımızda qalıb yaşasınlar. Yəni bizim qırmızı xəttimiz budur. İndi Araik Arutyunyan özündən nə çıxarıbsa, nə deyibsə həqiqətə uyğun deyil. Yenə də çalışır ki, beynəlxalq mexanizmləri cəlb etsin, ikinci, üçüncü qüvvələrin danışıqlarda iştirak etməsinə, danışıqların Azərbaycan Respublikasında deyil, kənarda aparılmasına çalışır”.

Ekspertin sözlərinə görə, Azərbaycan tərəfi maksimum dərəcədə ermənilərə təsir göstərilməlidir:
“Kapituliyasiyaya uğramış, bu gün bomj vəziyyətində olan bir icma və onun “separatçı” rəhbəri Azərbaycana qarşı hansı tələbləri qoyur, mən başa düşə bilmirəm. Bu qeyri-konstruktiv yanaşmaları bir daha sübut edir ki, Azərbaycan bunların o təsir mexanizmləridən əl çəkməməlidir. Maksimum dərəcədə bunlara təsir göstərilməlidir. İddia edirlər ki, guya blokadadırlar, acdırlar, ərzaq yox, yanacaq bitir. Çox gözəl, bitsin! Biz Ağdamda sizin üçün baza yardırıq. Ərzaq da, yanacaq da, dərman da olacaq. Gündəlik insanın ehtiyacları üçün bütün şəraiti yaradırıq. Zəhmət çəkin, həm o Qırmızı Xaç, hansılar ki, qeyri-qanuni addımlara əl atmışdı, və o sülhməramlılar hansı ki, ermənilərin taleyi üçün o qədər narahatdırlar, əzab çəkirlər, gəlsinlər, daşısınlar, aparsınlar. Vəssalam. Budur. Yox, siz əgər bundan da imtina edirsinizsə, deməli, sizin məqsədiniz aclıq yox, yanacağın olmaması yox, tamamilə başqa şeydir. Bunlar öyrəşiblər ki, Ermənistandan Qarabağa humanitar yardım adı altında bütövlüklə yanacaqdan, qidalardan tutmuş, hər şey daşınsın. Bunlar dükanlarda satıb pul qazansınlar, varlansınlar. Yoxdur belə bir şey. Onlar bir şərtlə ola bilər ki, Azərbaycana Ermənistandan hər hansısa bir məhsul girirsə, onun vergisi ödəniləcək. Biz ona qadağa qoymuruq, nə qədər istəyirsinizsə Ermənistandan qida, yanacaq daşıyın və onun rüsumunu ödəyin. Bilin ki, siz bir müstəqil dövlətin ərazisinə girirsiniz. İstəmirsinizsə, Ağdamda böyük bir baza olacaq. Bu bazadan gedib alıb, Qarabağda dükanlarda satıb yaşayacaqsınız. Şərtlər belə qoyulmalıdır”.
Telman Qasımov bildirib ki, erməni tərəfi humanitar yardım adı altında Azərbaycanın sərhədlərinə girir və rüsum ödəmir:
"Ac olan, çörəksiz, duzsuz qalan xalq üçün fərq olmamalıdır, ona gələn o ərzaq hardan gəlir deyə. Onsuz da ona pul verib dükandan alır. İndi bunlar humanitar yardım adı altında Azərbaycanın sərhədlərinə girirlər, rüsum ödəmirlər. Amma durub həmin o humanitar yardım hesab etdikləri məhsullarını dükanlarda, bazarlarda satıb pula çevirirlər. Xeyir ola? Belə humanitar yardım olur? Yox təbii ki. Oyun oynayırlar. Elə sanırlar ki, Bakı yatıb, heç nədən xəbəri yoxdur. Humanitar yardım kimə gedə bilər? Qarabağda yaşayan ermənilər zəlzələdən, seldən əziyyət çəkib çadırlardamı qalırlar ki, siz onlara humanitar yardım daşıyırsınız? Mən başa düşə bilmirəm. Humanitar yardım fəlakət olan, sel altda qalan, zəlzələ olan bölgələrə, aclı-susuzluq çəkən ölkələrə edilər. Qarabağdakı erməni icmasına nə humanitar yardım oluna bilər ki? Lap kimsə yardım edirsə, qoy etsin. Humanitar yardım adı altında həftədə qoy bir maşın gəlsin".

"Daha gündəlik, maşın-maşın ərzaq, yanacaq, geyim daşınır, bazarlarda, dükanlarda satışa çıxarılıb pula çevrilir. Adını da qoyublar humanitar yardım. Dünyanın hansı yerində belə bir yardım görmüsünüz siz? Ağdamda yaranacaq o bazadan istifadədən imtina edirlər. Deməli, sizin məqsədiniz başqa şeydir. Bu yaşamaq məsələsi deyil, qida məhsulunun olmaması deyil. Yenə də, çalışırlar ki, Ermənistanla əlaqələrini kəsməsinlər. Özbaşınalıq olsun, istədiklərini eləsinlər, istədikləri məhsulları Azərbaycanın büdcəsinə xeyir vermədən daşısınlar. Kimsiniz axı siz? Hansı əməllərinizə görə, hansı ali bir irqə aid olduğunuza görə olmalıdır axı bunlar? Necə digərləri, elə də siz. Qalıb yaşamalısınız. Burada digər bir söhbət ola bilməz. Ona görə də, günü-gündən bunlara qarşı təsir və təzyiqlərimizi artırmalıyıq. Bir addım da olsa bunlara güzəşt olunmamalıdır. Tabe olub, Azərbaycanın tam tələblərinə uyğun hərəkət eləməlidirlər”.
O qeyd edib ki, Azərbaycan erməni xalqının beynəlxalq aləmdə car çəkdiyi yalanlara qarşı mübarizəsini gücləndirməlidir:
“Bunlar beynəlxalq aləmdə car çəkib problem yaratmağa çalışırlar. Bununla bağlı media, siyasətçilərimiz, ekspertlərimiz gecə-gündüz çalışmalıdır. Sübut eləməliyik ki, bunlar yalan danışır. Təbliğatlarımızı artırmalıyıq. Xüsusən də beynəlxalq təşkilatlarla. İndi 200-ə yaxın beynəlxalq QHT-lərin nümayəndələri, insan haqları təşkilatları Qarabağdakı ermənilərlə bağlı yalandan bəyanat veriblər, Azərbaycana qarşı tələblər qoyurlar. Qələt edirlər. Onların qoyduğu tələblərlə deyil ki. Həqiqətlər həmin o təşkilatlara ünvanlanmalıdır. Qoy oxuyub bilsinlər ki, bu belə deyil, erməni yalan danışır. Heç bir fəlakət qarşısında deyil. Ermənilərə Azərbaycan şərait yaradır ki, ac qalmasınlar. Ancaq istəmirlər. İstəməmə səbəbləri də Ermənistanla əlaqələrini kəsməməkdir. Özbaşınalıq, humanitar yardım adı altında qeyri-qanuni işlərlə məşğul olmaq. Bax budur əsas məsələmiz”.
Nəzrin Cavadzadə
-
ABŞ10:37Trampın qatıldığı tədbirdə atəş açanın əsas hədəfi onlar olub
-
ABŞ10:04Məşhur senator: "Trampa qarşı görünməmiş təhdidlər axını var!"
-
Digər09:32Modidən ABŞ-dakı atışmaya reaksiya: "Xəsarət almadıqlarını öyrənəndə rahat oldum!"
-
Sağlamlıq09:21Növbəti beş ildə ən çox ölümə səbəb olacaq xəstəliklər açıqlandı
-
İdman06:46Ulduz tennisçi atasını hər kəsin gözü qarşısında alçaltdı - VİDEO
-
ABŞ06:30Trampın iştirak etdiyi tədbirdə atəş açan o imiş
-
Magazin206:16“Eşref Rüya”nın aktyoru Ərdoğanla görüşdü - VİDEO
-
Dünya04:44Fil sürüsü milyonçunun ov səfərinə SON QOYDU












.png)
























.png)