Nida Təhlil
"Taxıl oyunları" və Ərdoğanın Putini mat edən manevrləri - Türkiyənin planı nədir?
Rusiyanın “taxıl sazişi”ndən çıxması fonunda Ankra-Moskva xəttində çatların yarandığı fikri ön plana çıxır, bura "Azov" döyüşçülərinin Kiyevə verilməsi, NATO-nun genişlənməsinin dəstəklənməsi kimi məqamları da daxil etdikdə daha da güclənir. Hərçənd, Putinin Türkiyəyə səfərindən öncə Ərdoğanın bu addımları niyə atdığı maraqlıdır və müəyyən qarşılıqlı gedişlərin edildiyi, Ankaranın hər iki cəbhəyə qarşı oynadığı versiyası da görünür.
Birincisi, Türkiyə Rusiyanın istəyinə qarşı çıxmadı;
Rusiya “taxıl sazişi”ni tələbləri yerinə yetirilmədiyi üçün dayandırmaq istəyirdi, lakin Türkiyədə prezident seçkilərində Ərdoğanın əlinin zəifləməməsinə görə bunu təxirə salmışdı. Seçkidən sonra Moskva sazişi dayandırdı və Ankara geosiyasi maraqlarına zidd görünsə də, buna qarşı çıxmadı. Moskva bununla 5 istəyinin – “Rosselxozbank”ın SWIFT-ə qaytarılması, kənd təsərrüfatı texnikasının idxalının bərpa edilməsini, rus şirkətlərin istehsalla bağlı xarici aktivlərinin blokadan çıxarılması, sığorta və təkrarsığorta üzrə məhdudiyyətlərin ləğvi, Tolyatti-Odessa ammonyak boru kəmərinin fəaliyyətinin bərpası – icra edilməsi tələbini yenidən aktuallaşdıra bildi.
İkincisi, Türkiyə hər iki cəbhədə əsas oyunçu rolunu gücləndirir;
Ankara çəkisini yüksəltmək məqsədilə Qərbə, Türkiyə olmasa, yaranacaq problemləri xatırladır və bunu “taxıl sazişi”nin bərpası üçün diplomatik addımları ilə göstərir, eyni zamanda, Rusiyanın istəklərinin qəbul edilib-edilməyəcəyi məsələsində vasitəçilik etməklə Moskva qarşısında əhəmiyyətini artırır.
Üçüncüsü, "Azov" döyüşçülərini qaytarmaqla Moskvaya mesaj ötürdü;
Ankara Moskvanın sazişi dayandıracağını bilirdi və bundan öncə "Azov" döyüşçülərini Ukraynaya qaytarmaqla həm Kiyevə jest etdi, həm də Moskvaya ata biləcəyi addımlarla bağlı mesaj verdi. Bu, həm də NATO sammiti öncəsi Qərbə anti-Rusiya mövqeyinin nümayiş etdirilməsi baxımından əhəmiyyətli idi.
Beləliklə, “Taxıl sazişi” böhranında Ərdoğan Qərb və Rusiya arasında Türkiyəni yenidən ön plana çıxardı. Bu, Ankaranın Qərbdən istədiklərini ala bilməsi ilə yanaşı, Rusiya ilə də Cənubi Qafqaz da daxil olmaqla müxtəlif coğrafiyalarda siyasi bazarlıq aparmaq imkanlarını genişləndirir.
“Taxıl sazişi” ətrafında baş verənlər isə təkcə siyasi yox, hərbi gərginliyi də artıracaq. Xüsusilə Ukraynanın Rusiya olmadan prosesi davam etdirmək planı Moskvanın aqressiyasını artıracaq və bu kontekstdə Qara dəniz üzərində ciddi toqquşma riskləri aktuallaşır.
Asif Nərimanlı
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO



































.jpg)
.jpg)