Nida Təhlil
İspaniyanı parçalayacaq Qarabağ mövqeyi - Rəsmi Madrid Esteladanı unudub?
“Kataloniya müstəqillik hərəkatı”, yaxud “Kataloniya separatizmi”. Avropanın mərkəzində çox yox, cəmi 6 il öncə baş verənlər hər iki ifadənin geosiyasi leksikona sürətli daxil olması ilə nəticələndi. Katalonlar “müstəqillik uğrunda” mübarizə apardıqlarını deyir, İspaniya dövləti bunu separatizm olaraq qiymətləndirir və bütün Avropa rəsmi Madridin mövqeyini bölüşür. 2017-ci ildə Barselona küçələrini qan çanağına döndərən hadisələr Avropa üçün qorxulu kabusudur, çünki separatizm meylləri hələ də davam edir və İspaniyanın bununla üzləşməsi bütövlükdə Qitənin separatizm fitilini alovlandıracaq. Bu təkcə İspaniya, yaxud Avropa üçün yox, dünya üçün də təhlükəlidir.
Birincisi, dünyanın hər yerində separatizm üçün presedentlər yarana bilər;
İkincisi, BMT-nin əsas prinsipi - ərazi bütövlüyünün toxunulmazlığı sıradan çıxacaq, bu da mövcud geosiyasi nizamın dağılması deməkdir;
Çünki separatçının irqi, yaxud dini yoxdur, dünyanın hər yerində eyni məqsədə xidmət edir: dövlət quruluşunun dağılması, münaqişə ocaqlarının yaranması;
Amma və lakin... necə olur ki, Qarabağdakı separatizm “müstəqillik” hərəkatı, Kataloniyadakı separatizm dövlət quruluşuna qarşı terror fəaliyyəti olaraq qəbul edilir?!
İspaniyanın Rusiyadakı səfirliyinin Qarabağdakı separatizmə açıq dəstəyi fonunda bu sual meydana çıxır və rəsmi Madriddən, həm də beynəlxalq hüququn bütün tərəfdaşlarından cavab gözləyir.
Necə olur ki, Esteladanı (Kataloniyada “müstəqillik tərəfdarlarının” ulduzlu bayrağı) separatizmin rəmzi adlandıran və onu qaldıran hər kəsi həbs edən İspaniyanın Moskvadakı diplomatları Xankəndində bir qrup başıpozuğun “bayraq” hesab etdiyi əski parçasını rəsmi Tvitter (X) səhifəsində paylaşır, separatizmə yardım göstərildiyini açıqlayır?!
İspaniya səfirliyinin “Qarabağdakı separatçılar “müstəqillik mücahidləri”, Kataloniyadakılar separatçı-terrorçudur” yanaşması separatizmdən əziyyət çəkən bu ölkənin yumşaq desək, məntiqsiz və ikiüzlü mövqeyini ortaya çıxardı, hərçənd, məsələ təkcə ikiliyanaşma ilə məhdudlaşmır: Qarabağdakı separatçılara dəstək İspaniya səmasında yenidən Esteladanın dalğlanmasına, həm də təkcə Kataloniyada yox, digər bölgələrdə də analoji halın yaşanmasına yol aça biləcək addımdır;
- Kataloniya;
- Basklar ölkəsi
- Qalisiya
- Valensiya və Balear adalarının birləşdiyi “Kataloniya ölkələri” bölgəsi;
İspaniyada 4 böyük separatizm ocağı var. Bura tarixi, coğrafi, linqvistik, iqtisadi, siyasi və sosial amillərə görə bölünən digər bölgələri də daxil etdikdə separatizm İspaniyanın bir dövlət olaraq parçalanması və yox olması üçün potensial təhlükədir. Misal üçün, 4 böyük separatizm ocağı ilə yanaşı, Navarra, Araqon, Kantabriya, Asturiya, Kastiliya, Leon, La Rioja, Andalusiya (Əndəlus) və digər bölgələri də müstəqil olmağa, “öz müqəddəratını təyin etmə” hüququndan yararlanmağa meyllidir. Bu o deməkdir ki, kiçik bir separatizm qığılcımı İspaniyanın yox olması və yerində kiçik “dövlətlərin” yaranması ilə nəticələnəcək.
İspaniya dövləti bunu çox yaxşı anlayır, məhz buna görə 2017-ci ildə Kataloniyada havaya qalxan Esteladanı qan və güc hesabına aşağı endirdi. Cəmi 6 il öncə 1 oktyabr günü kataloniyalılar “Kataloniyanın müstəqilliyi” üçün referenduma getdi və 2,25 milyondan çox insan “bəli” cavabını verdi. Bu, seçicilərin 90 faizi demək idi. Referendumun nəticələrindən dərhal sonra İspaniya hakimiyyəti Kataloniya muxtariyyətinin hökumətini və prezidentini vəzifədən azad etdi, Kataloniya parlamenti buraxıldı. İspaniya Senatı konstitusiyanın 155-ci maddəsinə əsaslanaraq, Kataloniyanın özünüidarəetmə sistemini ləğv etdi. Kataloniya hökumətinə daxil olan 20-ə yaxın məmur həbs olundu, bölgənin rəhbəri Karles Puçdemon isə Belçikaya qaçdı, çünki onu “baş separatçı” olaraq 30 illik həbs gözləyirdi və bu təhlükə hələ də keçmədiyi üçün Puçdemon Avropanın müxtəlif yerlərində gizlənir, qaçaq həyat yaşayır.
İspaniya hökuməti Kataloniyanın “müstəqillik referendumunu” separatizm olaraq ləğv etməklə yanaşı, polis qüvvələrini və milli qvardiyanı bölgəyə yeritdi. Və demokratik Avropanın mərkəzində 900 insanın yaralanması ilə nəticələnən əsl küçə döyüşü yaşandı.
Bu, Avropanın kabusu idi və rəsmi Brüssel də daxil olmaqla Avropa İttifaqı ölkələri, o cümlədən, dünya birliyi 6 milyona yaxın insanın yaşadığı Kataloniyanın ayrılmaq istəyinə qarşı çıxdı, İspaniyanın yanında yer aldı. Azərbaycan da “İspaniya Krallığının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə və suverenliyinə hörmət edirik” bəyanatı ilə separatizmə qarşı çıxdı. Çünki ərazi bütövlüyünün toxunulmazlığı və suverenlik əsas prinsipdir, mövcud dünya nizamı da məhz bu prinsip üzərində qurulub. Azərbaycan da öz siyasətini məhz beynəlxalq hüquqa əsaslanan bu prinsiplərə əsasən aparır və digər ölkələrin də eyni mövqe sərgiləməsini istəyir.
Amma və lakin... Azərbaycan torpaqlarında 30 ilə yaxın davam edən erməni işğalı dövründə də, bu gün də ikiliyanaşma, daha doğrusu, ikiüzlü yanaşma ilə üz-üzə qalıb. Torpaqlarımız işğal altında olanda işğalçıya dəstək verirdilər, işğala son qoyulandan sonra yenə eyni mövqedən çıxış edir, hətta birbaşa Qarabağdakı separatçıları dəstəkləyirlər. Prezident İlham Əliyev “Euronews” televiziyasının tribunasından bütün Avropaya və separatizmə dəstək verən ölkələrə haqlı olaraq səsləndi: “Nəyə görə bizim separatizmə qarşı mübarizəmizə fərqli yanaşma sərgilənir?.. Nə üçün İspaniya Kataloniyaya referendum keçirməyə icazə vermir, baxmayaraq ki, onların sayı 5, yaxud 6 milyon nəfərdir və yaxınlıqda öz dövləti olan ermənilərdən fərqli olaraq, onların öz dövləti yoxdur. Nə üçün biz separatizmə dözməliyik?”.
Necə olur, Karles Puçdemon “baş separatçı” kimi təqib olunur, Xankəndindəki “baş separatçı” Araikə isə dəstək verir, onun qondarma iddialarını tirajlayırlar?! Dünyanın ədalətsiz və ikiüzlü yanaşması ilə üzləşmişik. İspaniya səfirliyinin təxribat xarakteri daşıyan son addımı bunu bir daha əyani şəkildə göstərdi.
Görünür, Madriddə Esteladanı unudublar. Halbuki, nə kataloniyalılar “müstəqillik istəklərindən” vaz keçib, nə basklar, nə də digər bölgələr.
İspaniya unutmamalıdır: Qarabağda separatizmə dəstək öz daxilində separatizmin yenidən alovlanması və bir ölkə kimi parçalanmasına yol açacaq;
Bu, bütün Avropa üçün də SOS siqnalıdır. Çünki Azərbaycan ərazisində separatizmin dəstəklənməsi İspaniyanın 10-dan çox hissəyə bölünməsinə presedent yaratması ilə yanaşı, İtaliyanın Padaniya adlandırılan şimal ərazilərində, Siciliya və Sardiniya adalarında, Fransanın Breton, Elzas, Provans və Korsika vilayətlərində, hətta Polşanın Sileziya, Çexiyanın Moraviya kimi dominat etnosla eyni dildə danışıb, eyni tarixi bölüşən vilayətlərində də belə meylləri stimullaşdıracaq.
Asif Nərimanlı
-
Magazin122:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...
-
Region21:39
Ermənistanda Azərbaycana işləyən “casus”a bu cəza verildi
-
Art21:27
33 ilin direktoru işdən azad edildi
-
Dünya20:45
Terror aktı törətməyə hazırlaşırdı, həbs olundu - FOTO
-
Sağlamlıq20:25
Restoranların təklif etdiyi ucuz setlər təhlükə saçır?
-
Nida Xəbər 19:05
Qazaxın azad olunan dörd kəndi belə qorunur - Foto
-
Magazin218:55
Bu məşhurların fəxri adları əllərindən alındı