Nida Təhlil
Sərhəddə hücumun hədəfləri: Ermənistana “atəş əmrini” bu ölkə verib?
Fransa və Ermənistan BMT Təhlükəsizlik Şurasında “Azərbaycan Ermənistana hücum edib” iddiasını gündəmə gətirəcək. Sərhəddə baş verənlərin əsas hədəfi budur.
BMT TŞ-nin son iclasında istəyinə nail ola bilməyən Ermənistanın sərhəddə eskalasiya yaradacağı gözləntiləri var idi. Çünki Qarabağ Azərbayca ərazisi olduğu üçün Bakıya buna görə təzyiq edilməyəcəyini anlayırlar. Lakin sərhəd toqquşmaları ilə buna nail ola biləcəklərini hesab edirlər. 44 günlük müharibədən sonrakı təcrübə də bunu təsdiqləyir: Bakıya təzyiq adətən sərhəd toqquşmalarında edilib, xüsusilə ötən ilin sentyabr döyüşlərində bunun şahidi olduq;
İndi yenidən sentyabr ssenarisi işə salınır. Və bu ssenaridə müxtəlif ölkələrin maraqları olmaqla yanaşı, əsas idarəedici kimi Fransa görünür.
- Azərbaycanı “hücum edən tərəf” kimi göstərməyə və Bakıya bu məsələ üzərindən təzyiq etməyə cəhd edəcəklər;
- Laçın yolu, ümumilikdə Qarabağla bağlı iddiaları “sərhəd toqquşması” fonunda gündəmə gətirəcəklər;
- Bununla danışıqlar masasındakı mövcud gündəliyi də arxa plana keçirmək istəyirlər: vasitəçiliyi qəbul olunmayan Fransa bu məsələdə xüsusilə maraqlı tərəfdir;
Ermənistan Azərbaycan Ordusu qarşısında duruş gətirə bilməyəcəyini anlayır, hərçənd, bu təxribatda əsas hədəf hərbi məqsədlərdən daha çox, siyasi planlardır.
Asif Nərimanlı
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi


































.jpg)
.jpg)