Nida Təhlil
Tehranın fitnəsi: Molla rejimi erməni konsulluğunu niyə Təbrizə gətirir?
Rəsmi İrəvan gələn il Təbrizdə Baş konsulluq açacaq. İranın xarici işlər naziri Hüseyn Abdullahian İrəvana səfəri zamanı buna razılıq verdiklərini elan etdi.
Ermənistan konsulluğunun Təbrizdə - Azərbaycan şəhərində açılmasının konsulluq xidmətləri ilə əlaqəsinin olmadığı və birbaşa siyasi məqsədlərə hesablandığı bəllidir.
Birincisi, 2 milyon əhalinin yaşadığı Təbrizdə “Barun Avak” adlanan yalnız bir erməni məhəlləsi var və burada da cəmi min nəfərə yaxın erməni yaşayır;
İkincisi, ermənilər kompakt şəkildə İsfahanda yaşayır və bura İranın ikinci ən böyük şəhəridir.
Məqsəd həqiqətən də konsulluq xidmətinin göstərilməsidirsə, Ermənistan bunu cəmi min nəfərin yaşadığı Təbrizdə yox, ermənilərin kompakt yaşadığı və İranın ən böyük ikinci şəhəri olan İsfahanda açmalıdır, rəsmi Tehran da İrəvana Təbrizi yox, İsfahanı tövsiyə etməlidir. Vaxtilə Təbrizdə konsulluq açmağımıza müxtəlif bəhanələrlə mane olan İran Azərbaycana konsulluğu ikinci böyük şəhər olan İsfahanda açmağı tövsiyə edirdi.
Ermənistan konsulluğunun məhz Təbrizdə açılması qərarının İrəvandan daha çox, Tehranın istəyi olduğu da istisna deyil. Bununla milli hərəkatın mərkəzi olan Təbrizlə bağlı istədikləri qərarı verə bildiklərinin mesajını çatdırırlar.
Asif Nərimanlı
-
Sosial20:17Azərbaycanda “rayon” sözü hansı sözlə əvəzlənə bilər? - Yeni təkliflər
-
Sosial19:12Sabah bu rayonların bəzi ərazilərində qaz olmayacaq
-
İdman18:48“Qızıl top”un bütün dövrlər üzrə qalibi seçilən ronaldo azarkeşlərə belə təşəkkür etdi
-
Sosial18:12"Azəristiliktəchizat" 9 ayda istilik enerjisi istehsalını nə qədər artırıb?
-
Rəsmi xronika17:32İlham Əliyev İspaniyanın Kralına başsağlığı verdi
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”




































.jpg)
