Nida Təhlil
Əliyev Paşinyandan hansı əraziləri tələb edib? - Münxendəki qapalı görüşün pərdəarxası
09:06
“Paşinyan Ermənistanın sərhəddə 4 itki verdiyi (təxribatçılar-red) haqda Münxendə danışmadı, yalnız Rusiyanın əleyhinə danışmaq üçün ora getmişdi. Əliyev, Paşinyan və Şoltsun görüşü isə müəmmalı məqamlarla doludur. Ümumiyyətlə, Şolts orada vasitəçi idi, yoxsa sadəcə, görüşün təşkilatçısı? Çünki Azərbaycan tərəfi Şoltsun yalnız görüşün təşkilatçısı rolunu oynadığını bildirir. Paşinyanın Əliyevə daha böyük vədlər verməsindən ciddi şəkildə qorxuram”.
Publika.az xəbər verir ki, bu barədə Ermənistanda ədliyyə general-mayoru olan Tatul Petrosyan deyib.
T.Petrosyan bildirib ki, Ermənistan artıq uçurumdadır.
“Növbə Ermənistana çatıb. Artıq anklavlardan danışırlar. Azərbaycan kəndləri adlandırdıqları 4 kəndin qaytarılmasından bəhs edirlər, daha sonra 4 anklav kəndi də qaytaracaqlar. Paşinyan bu 8 kəndi mütləq Azərbaycana təhvil verəcək. Yeni vədlər isə dəhlizlə bağlıdır. Əliyev tələb edir ki, ona dəhliz Mehridən lazımdır, Sisyandan yox. Çünki qışda Sisyanın yolları keçilməz olur”, - erməni general bildirib.
T. Petrosyan qeyd edib ki, Paşinyan Rusiya hərbi bazasını və sərhədçilərini də Ermənistandan çıxarmağa hazırlaşır: “Yeni konstitusiya layihəsində bu məsələ öz əksini tapacaq. Bu gün Ermənistan və Türkiyə sərhədini Rusiya qoşunları qoruyur. Bizim Türkiyə ilə heç bir demarkasiya və delimitasiyamız yoxdur. Sovet İttifaqı da çoxdan yoxa çıxıb. Əgər Rusiya qoşunları çıxarsa, Türkiyə də Ermənistandan öz payını qoparacaq”.
Asif
-
Dünya17:08Trampın Türkiyə qərarı İsraildə təşviş yaratdı: Netanyahu hərəkətə keçdi
-
Rəsmi xronika16:21İlham Əliyev fərman imzaladı
-
İdman15:34DÇ bu bərbərin həyatını dəyişdi: Əvvəlcə Mbappedən mesaj gəlib, sonra... - FOTO
-
Sosial14:40"McDonald's"da biabırçı mənzərə: Hər tərəfi çirkli su basıb - VİDEO
-
ABŞ10:46Tramp Ankaradan Vaşinqtona niyə köhnə təyyarə ilə qayıdıb?
-
Region10:34Pezeşkian erməni dilində paylaşım etdi: Dürüst qonşusunuz - FOTO
-
Region10:22Moskva indi ayılıb: İrəvan Hitlerin planlarını dəstəkləyir
-
İdman09:13Xusanovun toy gecəsində nə baş verib? – Gecə saat 4-də…













.jpg)

.jpg)




.png)


















