Nida Təhlil
Kamil Zeynallının həbsində sirli məqamlar: Rusiya nə planlaşdırır?
Kamil Zeynallının Ermənistanın tələbi ilə Rusiyada saxlanılması ətrafında çoxsaylı müəmma var.
Azərbaycan səfirliyinə verilən məlumata görə, “Kamil Zeynallı MDB çərçivəsində 2023-cü ilin mayında Ermənistanın irəli sürdüyü tələb əsasında saxlanılıb, ona qarşı Ermənistan Cinayət Məcəlləsinin bir sıra maddələri ilə ittiham irəli sürülüb”.
Birincisi, prosedur qaydalarına görə, Ermənistan Azərbaycan vətəndaşını MDB məkanında axtarışa verirsə, bununla bağlı təşkilatın rəsmi məlumatı olmalı idi. K.Zeynallı 10 ay öncə axtarışa verilsə də, saxlama qərarı indi niyə verilib?
İkincisi, K.Zeynallının Ermənistan tərəfindən axtarışa verilməsindən sonra dəfələrlə Rusiyada olduğu haqda məlumatlar var, niyə indi saxlanılır?
Ermənistan Baş Prokurorluğunun rəsmi açıqlamasında “K.Zeynallının həbsi ilə bağlı onlarda məlumatın olmadığı” bildirildi, halbuki, rəsmi axtarışa veriblərsə, həbsdən dərhal sonra İrəvana məlumat verilməli idi. Bu təkzibdən sonra Ermənistan DİN Zeynallının axtarışa verildiyini təsdiqlədi. Ermənistan BP və DİN-in ziddiyyətinin səbəbi müəmma olaraq qalır.
Ermənistan Zeynallıya qarşı CM-nin 135, 137, 140, 147 və 149-cu maddələri ilə ittiham irəli sürüb. Bu maddələr əsasən “ müharibə” ilə bağlıdır. Söhbət K.Zeynallının 44 günlük müharibədə Qarabağda “etdiklərindən” gedir. Ki, bu yalnız Ermənistanın iddialarından ibarətdir. Lakin bu ittihamlara görə, Zeynallının Ermənistana təhvil verilməsi hüquqi baxımdan mümkün deyil. Çünki Ermənistan Azərbaycan vətəndaşını, yaxud Azərbaycan Ermənistan və ya digər ölkənin vətəndaşını yalnız o halda həbs edə bilər ki, həmin şəxs axtarış tələbi ilə çıxış edən ölkənin ərazisində cinayət törətsin. Zeynallı Ermənistanda heç bir cinayət törətməyib, onun “nəsə etdiyi” iddia etdikləri Qarabağ Azərbaycan ərazisidir.
Zeynallının “axtarışa verilməsi”ndən uzun müddət sonra Rusiya hüquq-mühafizə orqanları tərəfindən saxlanılmasında Moskvanın marağı daha çox görünür, əks təqdirdə, bu həbs axtarışa verildiyi vaxt baş tutardı.
Mümkündür ki, Rusiya K.Zeynallının qarşılığında Azərbaycandan nəsə, yaxud kimisə istəsin. Görünür, Zeynallının 44 günlük müharibədə “nəsə etdiklərinə” dair görüntülərin olması və Ermənistan tərəfindən “ittiham edilməsi” “qurban” olaraq onun seçilməsində rol oynayıb, yaxud “qurban” olaraq başqa seçimləri olmayıb.
Asif Nərimanlı
-
İdman05:45Corcinanın Ronaldo ilə bağlı bu paylaşımı gündəm oldu - FOTO
-
Dünya05:15ABŞ-ın yeni silahı İranı təşvişə saldı - Göz açmağa imkan vermir... - Video
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp
-
Nəqliyyat20 Mart 18:36Bakı bir gecədə niyə boşaldı? - Paytaxtı “xilas” etməyin yolları açıqlandı
















.jpg)













.jpg)



.jpg)

